ABB FaydaMania Kuboku həvəskarlarını və e-idman azarkeşlərini bir araya gətirən 2×2 formatlı turnirdir. PlayStation 5 platformasında keçiriləcək yarışda 128 komandanın iştirakı nəzərdə tutulur. Turnir Elektra Events Hall-da baş tutacaq və təsnifat, qrup və pley-off mərhələlərindən ibarət olacaq. Qarşılaşmaların hər hissəsi 6 dəqiqə davam edəcək, hər oyun üçün isə 20 dəqiqə vaxt ayrılacaq.
Turnir iştirakçılara - FC 27 üzrə bacarıqlarını nümayiş etdirmək, digər komandalarla rəqabət aparmaq və qaliblər üçün nəzərdə tutulan pul mükafatları və hədiyyələr uğrunda mübarizə aparmaq imkanı yaradacaq.
Qaliblər üçün mükafatlar:
1-ci yer: 4000 AZN + 2 ədəd Qarabağ FK imzalı forma
2-ci yer: 3000 AZN + 2 ədəd 250 AZN dəyərində Qarabağ FK hədiyyə kartı
3-cü yer: 2000 AZN + 2 ədəd 100 AZN dəyərində Qarabağ FK hədiyyə kartı
*Hər 2 komanda üzvünün 18-29 yaş aralığında olması və FaydaMania-ya qoşulması mütləqdir. Komanda kapitan tərəfindən əvvəlcədən qeydiyyatdan keçirilmiş iştirakçının əvəzinə başqa şəxs yarışa gətirildikdə və ya oyun günü komandanın 2 üzvündən yalnız 1-i tədbirdə iştirak etdikdə yarışdan diskvalifikasiya olunur.
ABB FaydaMania Kuboku həm oyunçular, həm də azarkeşlər üçün dinamik və əyləncəli atmosfer vəd edir.



