Back

Taksi ilə gediş haqqına 10% endirim!

17.09.2021
Taksi ilə gediş haqqına 10% endirim!

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına dəstək verən və nəqliyyat sistemində də nağdsız ödənişlərə şərait yaradan ABB bu məqsədlə növbəti yeniliyi təqdim edib. Baku Taksi Xidmətinin London taksilərində ABB-nin yerləşdirdiyi POS terminallarda istənilən Visa kartı ilə ödəniş zamanı gediş haqqına dərhal 10% endirim tətbiq olunur.

Baku Taksi Xidmətinin taksilərindən istifadə zamanı sərnişin gediş haqqını Visa kartı ilə yanaşı, ödəniş üzüyü, NFC sistemini dəstəkləyən mobil telefonu və ya Garmin saatı ilə rahatlıqla ödəyə bilər, endirim bu vasitələrə də aiddir. Sərnişin 10% endirimi ABB-nin Baku Taksi Xidmətinin London taksilərində quraşdırılmış məsafədən idarə olunan POS terminalları vasitəsilə ödədikdə qazanır.

ABB ilə partnyorluq ticarət və xidmət məkanlarına geniş imkanlar verir. Təsərrüfat subyektləri ABB-nin POS terminallarını quraşdıraraq müştərilərinə müxtəlif faydalar yarada bilərlər. Bank ticarət və xidmət məkanlarında ödənişlərini ABB-nin POS terminalları ilə aparan müştərilərə böyük endirimlər, güzəştlər qazandırır. ABB-nin partnyoru olmaq istəyən təsərrüfat subyektləri ABB-ə bu email vasitəsilə müraciət edə bilər: mail@abb-bank.az

Bankın təqdim etdiyi Visa kartlarının siyahısı ilə buradan tanış olmaq mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ