Back

İndi hər kəs TamKart ala bilər

08.09.2020

ABB TamKart sahibi olmaq istəyən müştərilərin seçim imkanlarını daha da genişləndirib. İndi debet rejimində istifadə edilən TamKart Debet məhsulunu da Bankdan əldə etmək olar.

İndiyə qədər TamKart sahibi olmaq istəyən şəxs üçün kredit xətti açıldığından müştərinin rəsmi iş yerinin olması tələb edilirdi. Amma indi hər kəs TamKart sahibi ola, öz vəsaitlərini kart hesabına yerləşdirərək nağdsız ödənişlər aparıb keşbek qazana bilər.

Elə TamKartın müştərilər üçün əsas üstünlüyü də ödənişlər zamanı onlara keşbek qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən faizini ayın sonunda kart hesabına geri alır. ABB-nin “QayğıCash” proqramı çərçivəsində isə Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı əlavə keşbeklər də müştərinin kart hesabına geri qayıdır.

TamKart Debet məhsulu müştərilərə 4 növdə təqdim edilir: VISA TamKart Classic, Mastercard TamKart Standard, TamKart Gold (VISA/MC),  TamKart Platinum (VISA/MC) və TamKart Premium (VISA/MC). TamKart Debet kartının ön tərəfində debet, arxa tərəfində kredit kart məlumatları əks olunur. Kartdan istifadə müddəti 5 ildir (TamKart Premium  - 3 il). 

TamKart Debet-in əsas özəllikləri:

-TamKart Classic/TamKart Standard, qiymət - 20 AZN, keşbek - 1%

-TamKart Gold, qiymət - 50 AZN, keşbek - 1%

-TamKart Platinum, qiymət - 100 AZN, keşbek - 1.5%

-TamKart Premium, qiymət - 300 AZN, keşbek - 1.5%

Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar. 

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Onlayn TamKart Debet sifarişi üçün: ibar.az

ABB Mobile
YÜKLƏ