Back

ABB tibb sektorunda fəaliyyət göstərən sahibkarlara dəstək verir

20.07.2020

ABB xüsusi fəaliyyət sahələri ilə məşğul olan sahibkarlar üçün kampaniyaya start verib. COVID -19  pandemiyasına qarşı mübarizə dövründə tibb sahəsinin prioritet olduğunu nəzərə alaraq bu kampaniyadan ilk növbədə əczaçılıq və tibbin başqa sahələri ilə məşğul olan sahibkarlar faydalanacaqlar.

Kampaniya çərçivəsində bu sektorda fəaliyyət göstərən iş adamlarına ABB geniş çeşidli kredit paketi təqdim edir. Sahibkarlar bankın “Tərəfdaşlara anında dəstək”, “İnvoysların maliyyələşdirilməsi”, “Əmək haqqı layihəsinə dəstək”, “Dövriyyə krediti”, “İnvestisiya krediti”, “Biznes refinans” kredit məhsulunun, E-POS və E-COM kredit xəttinin üstünlüklərindən faydalana bilərlər.

Hər bir  məhsul üzrə 1 milyon manatadək kreditləri aşağı faizlərlə, heç bir xidmət haqqı ödəmədən əldə etmək olar. Bu fürsətdən müvafiq sahələrdə fəaliyyət göstərən hər bir iş adamı yararlanaraq biznesini inkişaf etdirə bilər. Kredit üçün Bankın bütün filiallarına müraciət etmək mümkündür. 

Qeyd edək ki, ABB sahibkarlara məsafədən bank hesabı açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın təqdim etdiyi ABB Link xidmətindən faydalanaraq virtual POS-terminal əldə edib elektron kommersiya sistemlərini qurmaqla onlayn satışlar həyata keçirə bilərlər. 

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ