Back

ABB ölkədə təmassız əməliyyatları dəstəkləyən ilk ATM-ləri quraşdırdı

29.07.2020

Ölkəmizin ən geniş ATM şəbəkəsinə malik bankı olan ABB yeni nəsil ATM-lərin quraşdırılmasına başlayıb. Bu qurğuların Azərbaycanın bank sektorundakı əsas yeniliyi NFC funksiyasına malik olmasıdır. Bu isə o deməkdir ki, müştəri təmassız ödəniş kartı, ödəniş üzüyü, mobil telefonu vasitəsilə də həmin ATM-lərdə əməliyyatlar edə bilər. Bu ödəniş vasitələrini ATM-ə sadəcə yaxınlaşdırmaqla müxtəlif əməliyyatları təmassız həyata keçirmək, o cümlədən balansdakı qalığı öyrənmək, hesaba mədaxil etmək və vəsaiti nağdlaşdırmaq da olar.

Ölkəmizdə ağıllı ödəniş cihazları, o cümlədən ödəniş üzükləri vasitəsilə ATM-lərdən istifadə indiyədək mümkün deyildi. ABB ilk dəfə bu yeniliyi tətbiq etdikdən sonra artıq bu, mümkün olacaq.  

Yeni ATM-lər vasitəsilə vəsaitləri cash-in qaydada kart hesabına keçirmək də mümkündür. Eyni anda 250 - 300 əskinası hesaba mədaxil etmək olur. Müştərilər manatla yanaşı, dollar və avro əskinaslarını da bu ATM-lər vasitəsilə müvafiq hesablarına cash-in qaydada daxil edə bilərlər.   

Yeni ATM-lər Bakı və regionlardaki filiallarla yanaşı, müştərilərin sıx olduğu ərazilərdə və partnyor şəbəkələrində də quraşdırılacaq.  

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ