Back

ABB-nin Xırdalan filialı əvvəlki ünvanında xidmətə başladı

24.11.2023
xirdalan-filiali

ABB-nin yeni brend kimliyinə uyğun qurulmuş Xırdalan filialı əvvəlki ünvanında müştərilərə xidmətə başlayıb. Filial Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi - 3 ünvanında fəaliyyət göstərir. Bankın filialarının transformasiyası layihəsi çərçivəsində Xırdalan filialında da xidmət şəraiti müasir standartlara uyğunlaşdırılıb.

Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait var.

Müştərilər Xırdalan filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər. ABB-nin Xırdalan filialında 17 işçi çalışır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin korporativ sosial media səhifələrindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ