Back

ABB-dən sahibkarların satışlarını artıracaq möhtəşəm imkan!

28.02.2023

“ABB POS mobil” xidmətini bazara təqdim edib. Hüquqi şəxslər və fərdi sahibkarlar bundan sonra mobil telefonlarından POS terminal kimi istifadə edə bilərlər.

Bu xidmət alış-veriş zamanı müştərilərdən ödənişləri NFC-ni dəstəkləyən mobil telefonla nağdsız qəbul etmək imkanı yaradır. Beləliklə, “ABB POS mobil” xidməti vasitəsilə sahibkar mobil telefonuna POS terminal funksiyası əlavə etmiş olur. Bu xidmətdən yararlanaraq nağdsız ödənişləri qəbul edə bilir. Ödənişləri təmassız kartlar, GooglePay və ApplePay-i dəstəkləyən mobil telefonlar və “ağıllı saatlar”la qəbul etmək mümkündür.

“ABB POS mobil” xidmətinə qoşulmaq üşün heç bir depozit tələbi yoxdur. Müştəridən dövriyyə həcmi də tələb olunmur. Xidmətə yeni qoşulan müştəri bu imkandan 2 ay pulsuz istifadə edə bilir. Üstəlik, ABB-dən sahibkarlar üçün nəzərdə tutulmuş kart hədiyyə alır. Xidmətə qoşulmaqdan ötrü bu linkə keçərək “Partnyor ol” bölməsində müraciət yerləşdirmək, yaxud filiala müraciət etmək və ya ABB-nin 937 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq kifayətdir. Onu da qeyd edək ki, ABB bu imkanı Visa beynəlxalq ödəniş sistemi ilə birgə yaradıb.

Son dövrlər ödənişlərini nağdsız aparmağa üstünlük verən müştərilərin sayı artır. “ABB POS mobil” xidmətindən istifadə, bu baxımdan, iş adamlarının satışlarını artıracaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ