Back

ABB-də mediatorlar üçün təlim

28.02.2022

ABB-nin təşəbbüsü və təşkilatçılığı ilə mediatorlar üçün təlim təşkil olunub. Təlimə Ədliyyə Akademiyası, Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası da dəstək verib. Mövzu “Bankla müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” olub. Təlimdə 27 mediator iştirak edib. Təqdimatlarda müştərilərlə bağlanmış müqavilələrdən irəli gələn mübahisələrə diqqət yönəlib. Hesablaşmalar, kart əməliyyatları, İnternet Bankdan istifadə və s. xidmətlərlə bağlı yarana biləcək mübahisələrin spesifikliyi nəzərdən keçirilib. Müxtəlif məqamlara aydınlıq gətirilib. İştirakçıların sualları cavablandırılıb.

ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov bildirib ki, Bank cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir: “Bu gün bank əməliyyatları həyatımızın bir hissəsinə çevrilib. Əməliyyatlar genişləndikcə, proseslər rəqəmsallaşdıqca müəyyən suallar da artır. Mediasiya prosesləri bu cür sualların cavablandırılması, mümkün mübahisələrin vaxtında və düzgün həlli baxımından çox önəmlidir. Ümid edirik ki, belə təlimlər faydalı olacaq”. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ