Data Rouminq xidməti xaricdə olarkən internetə qoşulmağa, mesajlaşma tətbiqlərindən istifadə etməyə, xəritələrdən yararlanmağa və onlayn qalmağa imkan yaradır.
Xidmətdən istifadə etmək üçün Visa Konsyerj tətbiqində “Visa Travel” bölməsinə daxil olaraq “Airport Services” hissəsində yerləşən “Azercell Roaming” xidmətini seçmək lazımdır.
Xidmətdən yararlanmaq üçün son 35 gün ərzində (son 5 gün nəzərə alınmamaq şərti ilə) Apple Pay və ya Google Pay vasitəsilə Travel Card Visa Signature kartı ilə minimum 500 AZN məbləğində ödəniş həyata keçirilməlidir.
Visa Konsyerj vasitəsilə xidmət haqqında ətraflı məlumat əldə edə və sifariş yarada bilərsiniz.
Telegram çat-botu: https://mssg.me/concierge_service_az