AZAL Miles statusunuz ilə daha çox “Xoşgəldin” mili qazanın!
AZAL Miles loyallıq proqramının üzvləri üçün ABB-AZAL Miles kartı üzrə XX–XX tarixlərində xüsusi təklif təqdim edirik.
AZAL Miles loyallıq proqramının “Silver/Gold” statuslu üzvü olduğunuza görə sizə ABB-AZAL Miles kobrend kartı 2000 deyil, 4000 “Xoşgəldin” mili ilə təqdim ediləcək. Bunun üçün ABB mobile tətbiqindən və ya ABB filiallarından 150 AZN-lik ABB-AZAL Miles kobrend kartını SILVERPLUS promokodu ilə əldə etməyiniz kifayətdir.
ABB-AZAL Miles kartı ilə siz 5 il ərzində mil hesablanan hər əməliyyata görə limitsiz mil qazanır və kartın üstünlüklərindən yararlanırsınız. Qazandığınız millər isə sizə AZAL ilə müxtəlif istiqamətlərə uçuş imkanı yaradır.
Üstəlik, 150 AZN-lik ABB-AZAL Miles kartı sizə təkcə mil deyil, premium səyahət üstünlükləri də təqdim edir.
Bu təklif niyə sərfəlidir?
• Standartdan daha çox “Xoşgəldin” mili ilə başlayırsınız;
• Müxtəlif istiqamətlərə aviabiletlərin dəyərinin yarısından çoxuna yaxın mil əldə edirsiniz;
• Növbəti səyahətinizi daha tez planlaya bilirsiniz;
• Kartın təqdim etdiyi premium səyahət üstünlüklərindən faydalana bilirsiniz.
Kartın üstünlükləri:
• İl ərzində 10 dəfə hava limanı transferi;
• İl ərzində 10 dəfə Fast Track xidməti;
• İl ərzində 10 dəfə lounge zallarına giriş;
• 5 il ərzində limitsiz mil qazanmaq imkanı;
• İl ərzində daha çox mil qazandıran kampaniyalar;
• Doğum günü və ildönümü milləri;
• Rouminq, sağlamlıq xidmətləri, müxtəlif endirimlər və digər üstünlüklər.
Daha çox üstünlüklə tanış olmaq üçün keçidə daxil olun: https://abbmiles.az/advantages
Necə yararlanmaq olar?
ABB mobile tətbiqindən promokod ilə kart sifarişi üçün:
- ABB mobile tətbiqində kart sifarişi bölməsinə keçid edin;
- Kart üçün tələb olunan məlumatları təqdim edin;
- Ödəniş pəncərəsinin son hissəsində yerləşən “Promokod” xanasına klikləyin;
- Sizə özəl təqdim edilmiş SILVERPLUS promokodunu daxil edib təsdiqləyin;
- Ödənişi tamamladıqdan sonra xüsusi şərtlərlə kobrend kartınızı əldə edin.
ABB filiallarından promokod ilə kart sifarişi üçün:
- İstənilən ABB filialına yaxınlaşın;
- Əməliyyatı icra edən əməkdaşa prosesə başlamazdan əvvəl promokodu təqdim edin.
Xüsusi qeydlər:
- ABB mobile tətbiqindən sifariş zamanı “Promokod” xanası mobil cihaz ekran ölçüsündən asılı olaraq ilk baxışdan görünməyə bilər. Bunun üçün ekranı aşağı sürüşdürün;
- ABB mobile tətbiqində qeyd edilməyən və ya ABB filiallarından sifariş zamanı təqdim olunmayan promokodlar üzrə kampaniya çərçivəsində nəzərdə tutulan əlavə millər sonradan təqdim edilmir və standart 2000 “Xoşgəldin” mili hesablanır;
- Qazandığınız “Xoşgəldin” milləri 14 günlük gözləmə müddəti başa çatdıqdan dərhal sonra istifadəyə yararlı olur.