Geri qayıtmaq

ABB Tech Akademiyasına qəbul başladı!

18.03.2021

ABB-nin yaratdığı ABB Tech Akademiyasına bu gündən yeni qəbul başlanıb. Ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq yeni proqramda “UI/UX dizayn” və “Rəqəmsal marketinq” ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək.

Akademiyaya qəbul olunmaq istəyən şəxslər aprelin 18-dək Akademiyanın rəsmi Facebook və internet səhifəsindən onlayn ərizə göndərə bilərlər: https://ibatech.az

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 2 mərhələdə aparılacaq: motivasiya məktubu və fərdi müsahibə. Təlimlər 26 aprel tarixindən başlanacaq və 4 ay davam edəcək.

ABB Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Gələcəyinə yatırım etmək istəyən hər kəs bu imkandan yararlana bilər. Akademiyada təhsil ödənişlidir. Müraciət edən namizədlər arasından seçim mərhələsində ən yüksək bal toplamış şəxslər isə ABB-nin, eləcə də bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüd proqramı çərçivəsində Akademiyada ödənişsiz təhsil almaq şansı qazanacaqlar.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. İndiyə qədər Akademiyanı 230-dan çox məzun bitirib. ABB Tech Akademiyası məzunlarının 70%-dən çoxu ABB-də və müxtəlif aparıcı  şirkətlərdə işlə təmin olunub. Belə bir Akademiyanın yaradılmasında ABB-nin məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

ABB Mobile
YÜKLƏ