Geri qayıtmaq

ABB Miles kartlarını alanlar üçün “Xoş gəldin” kampaniyası!

17.09.2020

ABB özünün yeni kart məhsullarından olan ABB Miles kartları ilə bağlı yeni kampaniyaya start verib. “Xoş gəldin” adlanan kampaniya çərçivəsində oktyabrın 12-ə qədər hər bir yeni ABB Miles kartı alan müştəriyə dövriyyə tələbi olmadan 2000 mil, ABB Miles Premium kartı istifadəçilərinə isə 4000 mil hədiyyə ediləcək. ABB Miles kartlarını buradan onlayn sifariş vermək olar. 

ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər.

ABB Miles kartlarının bir çox üstünlükləri var. Kartdan istifadə müddəti 3 ildir. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində mil balansını yoxlamaq olur. “QayğıCash proqramı” çərçivəsində ABB ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş keşbek faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. 

Müasir dövlət bankı olan ABB-nin məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. 

Sifariş et

ABB Mobile
YÜKLƏ