![ABB-nin müştərisi “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın qaliblərindən oldu](https://abb-bank.az/storage/uploads/1598946393_qalib.png?v=970)
ABB-nin müştərisi, təmassız Mastercard ödəniş kartı sahibi olan Bəhruz Tarıverdiyev “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın qaliblərindən oldu. Ödənişini Bankımızın kartı ilə aparan müştərimiz iyulun 22-də keçirilən tirajda “Lexus UX” avtomobili qazanıb.
Biz də şanslı müştərimizə Bankımızın yeni məhsulu olan İBAMiles premium kartını hədiyyə etdik.
Mastercardın keçirdiyi lotereya hələ yanvarın 17-ə qədər qədər davam edəcək. Mağazada Mastercard kartları ilə hər ödəniş bir şansdır. Təmassız ödənişlərdə isə uduş şansı 10 qat artır.
ABB-nin təmassız Mastercard kartlarını buradan onlayn sifariş verə bilərsiniz: https://ibar.az/az/individual/plastic-cards/
Siz də Bankımızdan ödəniş kartları sifariş edin, şansınız hər zaman bol olsun.