ABB-dən milli paralimpiya komandasına dəstək!
Geri qayıtmaq

ABB-dən milli paralimpiya komandasına dəstək!

04.08.2021
Tokio Yay Paralimpiya oyunları

Ölkəmizdə idmanın inkişafına dəstək verən ABB Tokio Yay Paralimpiya oyunlarında Azərbaycan milli komandasının maliyyə tərəfdaşı kimi çıxış edir.

Bununla əlaqədar ABB ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında müqavilə imzalanıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov idman və paralimpiya hərəkatına dəstəyin Bankın korporativ sosial məsuliyyət strategiyasında xüsusi yer tutduğunu bildirib: “Milli paralimpiya komandamıza maliyyə tərəfdaşlığı ABB-nin sosial məsuliyyətindən və ənənələrindən irəli gəlir. Paralimpiyaçılarımızın əzmkarlığı bir daha göstərir ki, qalibiyyət heç bir məhdudiyyət tanımır. Onların belə yüksək arenada ölkəmizi təmsil etməsi cəmiyyətimizdə idmana marağı daha da artırır, paralimpiya hərəkatını genişləndirir. İdmançılarımızdan parlaq qələbə xəbərləri gözləyirik. Onlara uğurlar arzulayırıq”.

Azərbaycan idmançıları Tokio Yay Paralimpiya Oyunlarında 26 avqust - 4 sentyabr tarixləri arasında mübarizə aparacaqlar. Azərbaycanı bu mötəbər idman tədbirində müxtəlif növlər üzrə 36 idmançı təmsil edəcək.

Xatırladaq ki, ABB XXXII Tokio Yay Olimpiya Oyunlarında milli olimpiya komandamızın da maliyyə tərəfdaşıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ