Geri qayıtmaq

“Şanslı ödənişlər” lotereyası başladı!

“Şanslı ödənişlər” lotereyası başladı! Alış-veriş səbətiniz bol hədiyyəli olacaq.

Alış-veriş səbətiniz bol hədiyyəli olacaq.

ABB kartları ilə “Araz” Supermarketlərdəki alış-verişiniz sizə şans gətirəcək! "Şanslı ödənişlər" lotereyasına qoşularaq möhtəşəm hədiyyələr və superpriz – Cherry Tiggo 2 Pro Max avtomobilini qazana bilərsiniz. Daha çox alış-veriş daha çox şans deməkdir. Üstəlik, ABB Mastercard kartları ilə ödəniş edirsinizsə, şanslarınız 2 dəfə çox olacaq. Əlavə olaraq, "Araz" Supermarketlərdə etdiyiniz bütün alış-verişlərdən bol keşbek qazanacaqsınız.

Lotereya 3 tirajdan ibarətdir və 1 mart tarixindən 31 may tarixinədək davam edəcək.

Tiraj tarixləri:
1-ci tiraj: 01.03.2025 – 31.03.2025 (17.04.2025 tarixində oynanılacaq)
2-ci tiraj: 01.04.2025 – 30.04.2025 (15.05.2025 tarixində oynanılacaq)
3-cü tiraj: 01.05.2025 – 31.05.2025 (19.06.2025 tarixində oynanılacaq)

İştirak şərtləri:

  • “Araz” Supermarketlərdə ABB kartları ilə hər 20 AZN-lik alış-verişdə ABB POS terminalları vasitəsilə edilən nağdsız ödənişlə 1 şans qazanırsınız. (Misal: 75 AZN nağdsız əməliyyat etmisizsə 3 şans qazanmış olursuz => 75/20=3.75);
  • ABB Mastercard kartları ilə ödəniş edirsinizsə, şanslarınız 2 dəfə çox olacaq. (Misal: 75 AZN nağdsız əməliyyata görə 6 şans qazanmış olursuz);
  • Alış-veriş zamanı Araz müştəri kartınızı da oxutdurmaq vacib şərtdir.
  • Araz supermarketin franşiza şirkətləri lotereyada iştirak etməyəcək.
  • Tütün məmulatlarının və spirtli içkilərin alışına lotereyada şans hesablanmayacaq. Edilən ödənişdən tütün məmulatlarının və spirtli içkilərin cəmi çıxılacaq və ödənişin qalan hissəsinə standart qaydada şans hesablanacaq.
  • Qazanılan şansları ABB Mobile tətbiqinin "Lotereya” hissəsində izləyə bilərsiniz. Şanslar hər tiraj müddətinin yekununda cəmlənəcək və lotereyada həmin say qədər iştirak şansı olacaqdır. Hər tiraj dövründən sonra şanslar sıfırlanacaq. Müştərilər hər növbəti tirajda iştirak üçün nağdsız əməliyyatlar edib yeni şanslar qazanmalıdırlar.
  • Ləğv edilmiş ödənişlərə şans hesablanmayacaq.
  • İştirak hüququ qazanmış şəxslər lotereyada könüllü iştirakını dayandırmaq üçün ABB-nin 937 qısa nömrəsinə zəng etməklə məlumat verə bilərlər və ya ABB mobile tətbiqində şansların hesablandığı bölümünə daxil olaraq “deaktiv et” seçimini etməklə lotereyada iştirak hüququndan imtina edə bilərlər. İştirakçının qeyd olunan 937 qısa nömrəsinə zəng etməməsi və ya mobil tətbiqdə “deaktiv et” seçimini etməməsi lotereyada könüllü iştiraka razılığı kimi qəbul edilir.
    Lotereyada yalnız 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər;
  • ABB-nin əməkdaşları və aidiyyatı şəxslər lotereyada iştirak etməyəcəkdir.

  • Sui-istifadə, dələduzluq və digər qeyri-qanuni yollarla lotereyada qalib gəlmə müəyyən edildiyi halda həmin qaliblər üzrə uduşlar uğursuz hesab edilərək, nəticə ləğv ediləcək.
  • Lotereyanın uduş fondu oynanıldığı tarixdən 90 (doxsan) iş günü ərzində müştərinin tapılmaması, ABB ilə əlaqə saxlamaması, yaxud hədiyyəsini götürməməsi halında hədiyyələr təşkilatçının sərəncamında qalacaq;
  • Həmçinin uduş fondu oynanıldıqdan sonra 5 iş günü ərzində qaliblərin şifrələnmiş formada ad, soyad, ata adı, müştəri nömrəsi və mobil nömrə (nümunə: GÜ*** Nİ****** RA*****; müştəri nömrəsi: 11***22, mob: 99450 43***77) və hər birinə düşən uduşlar barədə məlumat ABB-nin rəsmi vebsaytında (www.abb-bank.az), sosial şəbəkələrdəki rəsmi səhifələrdə (Facebook: ABB | Baku ), (Instagram: Instagram (@abb_bank) ) dərc olunacaqdır. Qaliblərə əlavə olaraq zəng vasitəsi ilə, sms və push kommunikasiya kanalları vasitəsi ilə məlumat veriləcəkdir.

 

Hədiyyələr:

  • 1-ci tiraj:
    1 ədəd Chery Tiggo 2 Pro Max
    3 ədəd Phone 16 Pro 128 GB
    3 ədəd Apple Watch series 10
    3 ədəd AirPods 4
  • 2-ci tiraj:
    1 ədəd Chery Tiggo 2 Pro Max
    3 ədəd iPhone 16 Pro 128 GB
    3 ədəd Apple Watch series 10
    3 ədəd AirPods 4
  • 3-cü tiraj:
    2 ədəd Chery Tiggo 2 Pro Max
    3 ədəd iPhone 16 Pro 128 GB
    3 ədəd Apple Watch series 10
    3 ədəd AirPods 4

Unutmayın, hər alış-verişiniz sizə qalib olmaq şansı yaradır. Siz də ABB Mastercard kartları ilə “Araz” Supermarketlərdə daha çox alış-veriş edin, daha çox şans qazanın!


Kart sifariş et!

 

ABB Mobile
YÜKLƏ