Ödənişləri TamKart kredit kartları ilə aparmaq indi daha da sərfəlidir. ABB-nin start verdiyi yeni kampaniya müddətində TamKart kredit kartı sahibləri və kampaniya müddətində TamKart kredit kartı əldə edən müştərilər 16.01.2023 tarixinədək nağdsız ödənişlərində 23 AZN qazanacaqlar.
Kampaniyadan yararlanmaq üçün cari müştərilərin ABB mobile-da "Qoşul" düyməsini klikləməsi, yeni müştərilərin isə TamKart sifariş etməsi kifayətdir.
Kampaniya şərtləri:
- Kampaniya müddətində TamKart kredit kartı əldə edən və ya aktiv TamKart kredit kartı olan müştərilər 19.12.2022-16.01.2023 tarixlərində (qeyd olunan tarixlər daxil) 20 AZN və ya üzəri məbləğdə olan 5 və ya daha artıq alış-veriş (onlayn , taksit və birdəfəlik ödənişlərinin) edərsə 23 AZN hədiyyə qazanacaqlar.
- Kampaniya bütün TamKart kredit kartlarına şamil olunur.
- Kampaniya çərçivəsində qazanılacaq məbləğlər 16.01.2023 tarixindən ( kampaniya istifadəsi üçün verilən müddət tam bitdikdən sonra) 15 iş günü ərzində müştərilərin kart hesabına əlavə olunacaq.
- Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri və nağdlaşdırma əməliyyatları kampaniya şərtlərinə aid edilmir.
- Eyni gündə eyni ticarət obyektində edilən əməliyyatların yalnız biri nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar kampaniyada nəzərə alınmayacaq.