Ödənişlərindən millər toplayıb pulsuz səyahət etmək istəyənlər üçün ABB-də qazanclı fürsət!
Kampaniya çərçivəsində ABB Miles və ABB Miles Premium kartınızla əlavə 5 qat mil hədiyyə qazanacaqsınız. Belə ki, bu kartlarla toplam, yaxud birdəfəlik 100 AZN-lik, mil hesablanan ödəniş edib 5 qat əlavə mil əldə edin. Bu imkandan yararlanaraq maksimum 3 000 mil qazanmaq mümkündür. Kampaniyaya qoşulmaq üçün 13.07.2022-ci il tarixinədək ABB mobile tətbiqində “Qoşul” düyməsini seçmək lazımdır.
Kampaniya şərtləri:
- “Bahar fürsətləri - Miles” kampaniyasında iştirak edərək mil qazanmış müştərilər kampaniyada iştirak edə bilməz.
- İştirak üçün nəzərdə tutulan minimal məbləğ 14 gün ərzində ləğv edildikdə və ya geri qaytarıldıqda həmin əməliyyat nəzərə alınmır.
- Kampaniya bitdikdən 14 gün sonra qazanılan hədiyyə millər müştərinin mil balansına köçürüləcək.
Kampaniya 09.06.2022-ci ildən 09.07.2022-ci il tarixinədək davam edəcək.
Bu fürsətdən Siz də yararlanın, otel və aviabiletlərinizi pulsuz əldə edin!