Geri qayıtmaq

Xalid Nurəddin oğlu Əhədov

1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Avropanın Instituto de Empresa (IE) biznes məktəbində (Madrid) Biznesin idarə edilməsi üzrə MBA, London School of Economics-də (LSE) isə Dövlət inzibatçılığı üzrə EMPA dərəcəsi alıb. 1999-cu ildən müxtəlif kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər "ABB" ASC-nin İdarə Heyətinin sədri olub. 2018-ci ilin avqustundan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci il noyabr ayından etibarən isə Azərbaycan Respublikasının Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsini icra edir.

ABB Mobile
YÜKLƏ