Biznes kreditlərinin təhlili şöbəsi - Aparıcı / Baş mütəxəssis
Geri qayıtmaq

Biznes kreditlərinin təhlili şöbəsi - Aparıcı / Baş mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Kiçik və Orta sahibkarlıq subyektlərinin kredit və qarantiya sifarişlərinin təhlili və qiymətələndirilməsi, rəyin formalaşdırılması Sifarişlərin Kredit Komitəsinə təqdim edilməsi və müdafiəsi;
  • Kiçik və Orta sahibkarlıq seqmenti üzrə kredit portfelinin keyfiyyətinin təhlili və nəzarət;
  • Kredit gecikmələrinin ilkin təqibi və gecikmə səbəblərinin təhlili;
  • Kiçik və Orta Sahibkarlıq subyektlərini üçün nəzərdə tutulmuş cari məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün bazarın araşdırılması və təkliflərin verilməsi;
  • Filial əməkdaşları ilə kommunikasiyanın qurulması. 

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilli ;
  • Maliyyə təhlili, monitorinq bilikləri və bank qanunvericiliyi ilə bağlı bilikləri olan;
  • Sahə üzrə 1-3 il iş təcrübəsi olani;
  • Analitik düşüncə və ünsiyyət qurma qabiliyyəti olan şəxsdir;
  • İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir. 

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes kreditlərin təhlili üzrə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

ABB Mobile
YÜKLƏ