Səhifəni dəyərləndirin
Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
ABB-AZAL Miles kartları ilə ödənişlər millərə, millər aviabiletə çevrilir.


Hər cəhətdən sərfəli
Nağdsız əməliyyatlara millər
Etdiyiniz hər 2 azn mil hesablanan ödənişdə 1 mil (hər 1 azn üçün 0.5 mil) qazanacaqsınız.

Xoşgəldin mili
ABB-AZAL Miles kartı əldə etdikdə dövriyyə şərti olmadan 2 000 “Xoşgəldin” mili hədiyyə edilir. Xoşgəldin milləri 14 günlük Gözləmə müddətini tamamladıqdan sonra istifadəyə yararlıdır. Bank tərəfindən hədiyyə olaraq verilən kartlar üzrə Xoşgəldin milləri təqdim edilmir.

Pulsuz baqaj
Millərlə aldığınız biletlərdə 23 kq baqaj əldə edəcəksiniz. "Budget" tarifində standart 23 kq baqaj tətbiq edilmir.

Kartınızı 3 addımda sifariş edin


Komissiyasız əməliyyatlar
Komissiyasız köçürmə
Ölkəxarici və ölkədaxili bütün kartlara 10.000 AZN-dək köçürmə komissiyasızdır.

Komissiyasız nağdlaşdırma
Ölkəxarici və ölkədaxili bütün ATM-lərdə 10.000 AZN-dək nağdlaşdırma komissiyasızdır.

Komissiyasız mədaxil
Digər bank kartları və ABB mobile tətbiqi vasitəsilə mədaxil pulsuzdur. Fiziki və onlayn ödəniş terminalları (MilliÖn, E-manat və s.) vasitəsilə isə aylıq 10 000 AZN-dək mədaxil pulsuzdur. 10 000 AZN-dən yuxarı məbləğlərə 0.5% komissiya tətbiq olunur.

ABB-AZAL Miles MC Black Edition / Visa Platinum
Kart sifarişi üçün şəxsi məlumatlarınızı daxil edin.




ABB-AZAL Miles kartları ilə mil hesablanan nağdsız ödənişlər etdikcə mil toplayın. Topladığınız bu milləri asanlıqla pulsuz aviabiletlərə dəyişərək səyahət xərclərinizi əhəmiyyətli dərəcədə azalda və 23 kq əlavə baqaj üstünlüyü qazana bilərsiniz. Üstəlik, hədiyyə edilən 2000 "Xoşgəldin mili" və hava limanlarında VIP xidmətlərlə (Lounge, Fast Track) səyahətinizin hər anını premium səviyyədə yaşayın.
Tez-tez səyahət edənlər üçün bu kartlar əlavə rahatlıq və səyahət üstünlükləri deməkdir. ABB-AZAL Miles kartları kart sahiblərinə hava limanlarında daha komfortlu vaxt keçirmək, müxtəlif xidmətlərdən yararlanmaq və səyahət zamanı əlavə imkanlar əldə etmək fürsəti təqdim edir. Kart sahibləri 10 dəfə hava limanı lounge zallarına giriş, 10 dəfə Fast Track və 10 dəfə transfer xidmətindən yararlana bilərlər. Eyni zamanda, mil hesablanan əməliyyatlar üzrə limitsiz mil toplamaq mümkündür. Qazanılmış millər yalnız AZAL aviabiletlərinin əldə edilməsi üçün istifadə olunur və digər hava yollarının aviabiletlərinə dəyişdirilə bilməz.
Səyahət həvəskarları üçün vaxt və rahatlıq böyük əhəmiyyət daşıyır. ABB-AZAL Miles kartları bu ehtiyacları nəzərə alaraq səyahət zamanı əlavə üstünlüklər təqdim edir. Hava limanlarında əlavə komfort, xüsusi xidmətlərdən istifadə imkanları və beynəlxalq səfərlərdə rahat ödəniş imkanları bu kartların əsas üstünlükləri sırasındadır. Bu kartlarla müxtəlif ölkələrdə alış-veriş etmək və səyahət zamanı təqdim olunan xidmətlərdən yararlanmaq mümkündür. Daha çox seçim üçün ABB-nin debet kartları səhifəsinə nəzər sala bilərsiniz.