Səhifəni dəyərləndirin
Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
ABB-AZAL Miles kartları ilə ödənişlər millərə, millər aviabiletə çevrilir.


Hər cəhətdən sərfəli
Nağdsız əməliyyatlara millər
Etdiyiniz hər 3 azn mil hesablanan ödənişdə 2 mil (hər 1 azn üçün 0.6667 mil) qazanacaqsınız.

Xoşgəldin mili
90 gün ərzində 9 000 AZN (və ya valyuta ekvivalentində) mil hesablanan MCC-lərdə dövriyyə etdikdə 9 000 “Xoşgəldin” mili qazanacaqsınız. Dövriyyə şərti tamamlandıqdan sonra 14 gün ərzində əməliyyatın ləğvi və geri qaytarılması olmadıqda millər hesabınıza əlavə olunur. Bank tərəfindən hədiyyə olaraq verilən kartlar üzrə “Xoşgəldin” milləri təqdim edilmir.

Pulsuz baqaj
Millərlə aldığınız biletlərdə 23 kq baqaj əldə edəcəksiniz. "Budget" tarifində standart 23 kq baqaj tətbiq edilmir.

Komissiyasız əməliyyatlar
Komissiyasız köçürmə
Ölkəxarici və ölkədaxili bütün kartlara 20.000 AZN-dək köçürmə komissiyasızdır.

Komissiyasız nağdlaşdırma
Ölkəxarici və ölkədaxili bütün ATM-lərdə 20.000 AZN-dək nağdlaşdırma komissiyasızdır.

Komissiyasız mədaxil
Digər bank kartları və ABB mobile tətbiqi vasitəsilə mədaxil pulsuzdur. Fiziki və onlayn ödəniş terminalları (MilliÖn, E-manat və s.) vasitəsilə isə aylıq 10 000 AZN-dək mədaxil pulsuzdur. 10 000 AZN-dən yuxarı məbləğlərə 0.5% komissiya tətbiq olunur.

Kartınızı 3 addımda sifariş edin


ABB-AZAL Miles MC World Elite / Visa Infinite
Kart sifarişi üçün şəxsi məlumatlarınızı daxil edin.




ABB-AZAL Miles kartları ilə mil hesablanan nağdsız ödənişlər etdikcə mil toplayın. Topladığınız millərdən AZAL aviabiletlərinin əldə edilməsi üçün istifadə edə bilərsiniz. Premium kart üstünlükləri ilə səfərlərinizdə daha çox rahatlıq qazanın.
Tez-tez səyahət edənlər üçün kart əlavə rahatlıq və səyahət üstünlükləri təqdim edir. Visa Infinite və Mastercard World Elite kartları bu məqsədlə hazırlanıb. ABB-AZAL Miles kartları kart sahiblərinə hava limanlarında əlavə xidmətlərdən yararlanmaq və səyahət zamanı müxtəlif üstünlüklər əldə etmək imkanı verir. Kart sahibləri limitsiz fast track, transfer, lounge zallar xidmətindən yararlana bilərlər. Eyni zamanda, mil hesablanan əməliyyatlar üzrə limitsiz mil toplamaq mümkündür. Qazanılmış millər yalnız AZAL aviabiletlərinin əldə edilməsi üçün istifadə olunur və digər hava yollarının aviabiletlərinə dəyişdirilə bilməz.
Səyahət həvəskarları üçün vaxt və rahatlıq böyük əhəmiyyət daşıyır. Visa Infinite və Mastercard World Elite kartları səyahətlər zamanı müxtəlif üstünlüklərdən yararlanmaq imkanı təqdim edir. Hava limanlarında əlavə xidmətlərdən istifadə və beynəlxalq səfərlərdə rahat ödəniş imkanları bu kartların əsas üstünlükləri sırasındadır. ABB-AZAL Miles kartları ilə mil hesablanan nağdsız ödənişlərdən mil toplamaq və qazanılmış millərdən AZAL aviabiletlərinin əldə edilməsi üçün istifadə etmək mümkündür. Millərlə alınan biletlərdə baqaj üstünlüyündən də yararlanmaq mümkündür. ABB-AZAL Miles kartları AZN, USD və EUR valyutalarında təqdim olunur. Kartları Bakı və Abşeron ərazisində kuryerlə pulsuz təhvil almaq və ya ABB filialından əldə etmək mümkündür. Daha çox seçim üçün debet kartları səhifəsinə nəzər sala bilərsiniz.