ƏDV geri al xidməti

İndi hər kəs ABB-nin mobil tətbiqini yükləməklə və ya edvgerial.abb-bank.az portalı vasitəsilə ƏDV geri ala bilər.

QEYDİYYAT

Qeydiyyatdan keç və ƏDV geri al kartını ilk dəfə aktiv et.

QƏBZİN ƏLAVƏ EDİLMƏSİ

Qəbzlərin QR kodunu oxutmaqla və ya fiskal ID-sini daxil etməklə ƏDV faizlərini geri al.

İSTİFADƏ

Toplanmış ƏDV faizlərindən mobil tətbiq üzərindən istədiyin kimi istifadə et.

ƏDV geri almaq üçün 90 dəqiqə gözləməyə ehtiyac yoxdur

Tez-tez verilən suallar

“ƏDV geri al” xidmətindən necə istifadə etmək olar?

Müştəri edvgerial.abb-bank.az portalı və ya ABB mobile tətbiqi vasitəsilə qeydiyyatdan keçir. Kartlar bölümündə “ƏDV geri al” kartını aktivləşdirir. Kartı aktivləşdirdikdən sonra alış-veriş qəbzinin fiskal ID-sini qeyd etməklə, yaxud QR kodu oxutmaqla ƏDV faizlərini geri ala bilir.

Hazırda digər portal vasitəsilə və mobil tətbiq üzərindən "ƏDV geri al" xidmətindən istifadə edirəm. Orada yığılan ƏDV faizləri ABB-nin “ƏDV geri al” kartında əks olunacaqmı?

Xeyr, digər tətbiq və ya portal vasitəsilə qaytarılan ƏDV faizləri ancaq həmin tətbiq və ya portal çərçivəsində əks olunur.

Fiskal ID nədir?

Malın xüsusi qurğular vasitəsilə oxuna bilən QR kodu, yaxud çek üzərində nəzarət mexanizminin formalaşdırdığı 12 rəqəmlik unikal identifikasiya nömrəsi. Fiskal ID qəbzlərin üzərində çap olunur.

ABB mobile nədir?

ABB-nin mobil bank tətbiqi.

ABB mobile tətbiqini haradan yükləyə bilərəm?

ABB mobile tətbiqini Android əməliyyat sistemli mobil cihazlardan "Play Store", iOS əməliyyat sistemli mobil cihazlardan isə "Apple Store"-dan yükləyə bilərsiniz.

Tətbiqi yükləyəndən sonra nə etməliyəm?

Tətbiqi yüklədikdən sonra qeydiyyatdan keçməlisiniz.

Əgər ABB müştərisisinizsə,

  • Kart nömrəsi və ya şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsini daxil edin;
  • Banka təqdim etdiyiniz mobil nömrəni daxil edin;
  • İstifadəçi qaydalarına razılıq verin;
  • Bank tərəfindən göndərilən birdəfəlik şifrəni (OTP) daxil edin;
  • Mobil tətbiqə giriş üçün şifrəni müəyyənləşdirin;
  • Barmaq izi ilə giriş imkanını aktivləşdirin.

Bu addımlardan sonra qeydiyyatınız uğurla yekunlaşacaq.

Əgər ABB müştərisi deyilsinizsə,

  • Şəxsiyyəti təsdiqləyən sənədin FİN-ini daxil edin;
  • Doğum tarixinizi daxil edin;
  • Aktiv mobil nömrənizi daxil edin;
  • İstifadəçi qaydalarına razılıq verin;
  • Barmaq izi ilə giriş imkanını aktivləşdirin.

Bu addımlardan sonra qeydiyyatınız uğurla yekunlaşacaq.

ABB mobile tətbiqini haradan yükləyə bilərəm?

ABB mobile tətbiqini Android əməliyyat sistemli mobil cihazlardan "Play Store", iOS əməliyyat sistemli mobil cihazlardan isə "Apple Store"-dan yükləyə bilərsiniz.

ABB mobile tətbiqində “ƏDV geri al” kartını necə aktivləşdirə bilərəm?

“ƏDV geri al” kartını aşağıdakı addımlarla aktivləşdirə bilərsiniz:

  • “Kartlar” bölməsində “ƏDV geri al” kartını seçin;
  • “ƏDV geri al” xidmətindən istifadə qaydalarına razılıq verin;
  • “ƏDV geri al” portalında qeydiyyat üçün məlumatları təsdiqləyin;
  • Bank tərəfindən təqdim olunmuş birdəfəlik şifrəni daxil edin;
  • “ƏDV geri al” portalı üçün parol müəyyənləşdirin;
  • “ƏDV geri al” kartınız aktivləşir.

Portalda qeydiyyatın aparılması necə baş verir?

  • Şəxsiyyət vəsiqəsinin FİN kodu, doğum tarixi və aktiv mobil nömrə daxil edilir;
  • Telefona gələn OTP kodu ilə eyniləşdirmə aparılır;
  • Portala giriş üçün parol təyin edilir, bununla da portalda qeydiyyat başa çatır və avtomatik olaraq “ƏDV geri al” kartı yaranır;
  • ABB mobile tətbiqindən birbaşa portal üçün şifrə təyin etmək imkanı da var;
  • Portalda yalnız 18 yaşı tamam olmuş şəxslər qeydiyyatdan keçə bilər.

Giriş etmək üçün hansı məlumatları daxil etməliyəm?

Portala giriş etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu və ya qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni, həmçinin qeydiyyat zamanı yaratdığınız şifrəni daxil etməlisiniz.

QR kod vasitəsilə ƏDV-ni geri qaytarmaq mümkündürmü?

Bəli, ABB mobile tətbiqi vasitəsilə çekin üzərindəki QR kodu oxuda bilərsiniz. Bu zaman açılan pəncərədəki məlumatların Dövlət Vergi Xidmətinin bazasındakı məlumatlara uyğunluğu yoxlanır. İstifadəçi məlumatlandırılır və çekin təsdiqlənməsi dərhal “ƏDV geri al “kart bölməsində əks olunur.

Geri qaytarılmış ƏDV faizlərindən necə istifadə edə bilərəm?

Kartda toplanmış ƏDV faizləri məbləğini ölkədaxili bütün banklara aid ödəniş kartlarına köçürə və ya elə tətbiq üzərindən müxtəlif ödənişlər (mobil, kommunal, internet, TV və s.) apara bilərsiniz.

Çekin yaranma vaxtından 90 dəqiqə keçməyibsə, çek əlavə olunduqdan sonra nə baş verir?

Çek yaradıldıqdan 90 dəqiqə keçmədən əlavə edilərsə, müştəriyə ”Bu çek sistemdə yoxdur, avtomatik olaraq təkrar yoxlanılacaq” məzmunlu bildiriş göndərilir. Çek sistemdə əks olunduqdan sonra isə avtomatik şəkildə “əlavə olunan çeklər” bölməsinə keçirilir.

Çek üzrə "gözləmə" statusu nədir?

Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si sistemə daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” statusu ilə “əlavə olunan çeklər” bölməsində saxlanılır.

Çek üzrə "Qaytarılan" statusu nədir?

Çekin yaranma tarixindən 30 təqvim günü keçibsə, çekin fiskal ID-si sistemə daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür. “Qaytarılan” statusu ilə “əlavə olunan çeklər” bölməsində saxlanılır.

Çek üzrə "ləğv olunan" statusu nədir?

Çekin yaranma tarixindən 30 təqvim günü keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik şəkildə təkrar yoxlanır. Çek qüvvədə olmadıqda, “ləğv olunan” statusu ilə “əlavə olunan çeklər” bölməsində saxlanılır.

ABB Mobile
YÜKLƏ