Geri qayıtmaq

ABB mobile - Mobil Bank

Qoşulma

İndi bankımızın xidmətləri Sizə daha rahat və yaxın oldu. Bankımızda kart və ya cari hesab açmağınız kifayətdir.

  • Telefonunuza AppStore və ya Google Play-dən ABB mobile mobil əlavəni yükləyin və Mobil əlavənin üstünlüklərindən yararlanın:

Google Play - ABB Mobile

App Store - ABB Mobile

  • İlk mərhələdə sistemin dilini seçin.
  • Daha sonra “Qeydiyyatdan keçin” düyməsini sıxın.
  • “Bank xidmətlərinə dair qayda və şərtlər” linkinə daxil olaraq tanış olun.
  • Tanış olduqdan sonra “Razıyam” düyməsini sıxın.
  • Birinci sətirə vəsiqənizin FİN nömrəsini daxil edin. Vəsiqənin FİN nömrəsi ilə bağlı nümunəyə baxmaq üçün köməkçi pəncərədən istifadə edə bilərsiniz.
  • Bankda hesab açan zaman təqdim etdiyiniz telefon nömrənizi daxil edin və “Təsdiq etmək” düyməsini sıxın.
  • Mobil nömrənizə gələn kodu daxil edin və “Təsdiq etmək” düyməsinə sıxın.
  • Açılmış pəncərədə yeni İstifadəçi adı və şifrə yaradın.
  • Şifrənizi təkrar daxil edin.
  • Açılmış siyahıdan Məxfi sualınızı seçin.
  • Sualı cavablandırın və təsdiq etmək üçün “Qeydiyyatdan keçin” düyməsini sıxın.
  • Təbrik edirik! Qeydiyyatdan uğurla keçdiniz!
  • Hazırdır! Daxil ol düyməsinə sıxaraq MobilBank xidmətlərindən yararlana bilərsiniz.

Bundan əlavə ABB mobile tətbiqinə artıq ATM-lər vasitəsilə də qoşulmaq mümkündür.

Şifrənin bərpa edilməsi

Mobil tətbiqdə unudulmuş parolun bərpası aşağıdakı qaydada aparıla bilər:

  • Əlavənin ilk səhifəsində istifadəçi adı və şifrənin bərpası funksiyasından istifadə edərək.
  • Bu zaman Siz şəxsiyyət vəsiqənizin PIN kodunu və telefona daxil olan SMS-i daxil edirsiniz, daha sonra qeydiyyat zamanı gizli sual və cavabı daxil edirsiniz.
  • Yeni parol daxil edilərək təsdiqlənir.

İmkanlar

Hesablar haqqında məlumat:

Cari hesablar:

  • Hesablarınız haqqında ümumi məlumat əldə edə bilərsiniz: hesabın növü, hesab açılan filialın kodu, hesab üzrə qalıq;
  • Hesaba müştəri tərəfindən ad təyin edilməsi.

Ödəniş kartları üzrə:

  • Kart hesabı haqda məlumatın açıqlanması – kartın növü, balansın öyrənilməsi, SMS-xəbərdalıq xidmətinə qoşulu olub-olmaması haqda məlumat, kartın statusu;
  • Əməliyyatlarınıza nəzarət və ya hesabdan çıxarış əldə edə bilərsiniz;
  • SMS-xəbərdarlıq xidmətinə qoşula və ya ləğv edə bilərsiniz, SMS-xəbərdalıq dilini dəyişdirə bilərsiniz;
  • Kartın müvəqqəti bloklaşdıra və blokdan çıxara bilərsiniz;
  • Kartınızı daimi bloklaşdıra bilərsiniz;
  • Köçürmələr apara və ya xidmət haqlarını ödəyə bilərsiniz.

Köçürmələr:

  • Bu bölmədə Siz ödəniş kartınız vasitəsilə cari hesablarınıza və ya digər karta köçürmə edə biləsiniz.

Xidmət haqlarının ödənişi:

  • Kommunal xidmətlər - qaz, su, elektrik enerji haqlarının ödənişi
  • Internet: müxtəlif internet operatorlarının xidmət haqlarının ödənişi
  • Mobil rabitə: müxtəlif mobil rabitə operatorlarının xidmət haqlarının ödənişi
  • TV: müxtəlif TV şirkətlərin xidmət haqlarının ödənişi

Tariflər

ABB Mobile-ə qoşulma və istifadə PULSUZDUR.

Qaydalar 

ABB Mobile üzrə Qaydalar 

Bu Qaydalar fiziki şəxslər tərəfindən diqqətlə oxunmalı, istifadə zamanı onlara əməl olunmalıdır.

1. ABB Mobile-dən istifadə Qaydalarındakı (bundan sonra “Qaydalar”) terminlər aşağıdakı mənanı daşıyır:

Bank – “ABB” Açıq Səhmdar Cəmiyyəti;

Rəqəmsal bankçılıq – rəqəmsal texnologiyalardan və cihazlardan istifadə etməklə Bankın məhsul və xidmətlərini Müştərilərə məsafəli təklif edilməsi. Rəqəmsal bankçılıq dedikdə həm mobil, həm də İnternet Bankçılıq nəzərdə tutulur;

ABB Mobile – mobil telefon vasitəsilə bank hesablarının idarə edilməsi üçün xidmət növü və ya Müştəriyə Banka gəlmədən müəyyən əməliyyatları (məsafəli) həyata keçirmək imkanı verən mobil əlavə. Mobil bankçılıq yalnız mobil (bütün mobil operatorların abonentlər/müştəriləri tərəfindən) cihazlarda istifadə oluna bilər.

İnternet Bankçılıq – kompüter vasitəsilə bank hesablarının idarə ediməsi üçün xidmət növü və ya Müştəriyə Banka gəlmədən müəyyən əməliyyatları (məsafəli) həyata keçirmək imkanı verən proqram təminatı. İnternet Bankçılıq istifadəçiləri şəxsi kompyuter (və ya noutbuk və s.) vasitəsilə Rəqəmsal Bankçılıq çərçivəsində müxtəlif növ əməliyyatlar apara bilərlər.

İstifadəçi – Mobil və ya İnternet Bankçılıqda qeydiyyatdan keçmiş və Qaydaları qəbul etmiş Bankın müştərisi;

Şifrə - Yalnız müştəriyə məlum olan, onun üçün proqram təminatına və ya mobil əlavəyə girişi təmin edən şifrə. Sənədlər parolla təsdiqlənərkən, bu sənədlər kağız daşıyıcıda olan, istifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Onlar arasında ziddiyyət olduqda kağızdakı məlumatlar əsas götürülür;

SIM-kart - (Subscriber Identification Module) – mobil rabitə şəbəkəsində tətbiq olunan müştərinin identifikasiya modulu;

Hesablar – Fiziki şəxslər üçün açılan Bank hesablarıdır. Hesablar dedikdə cari hesablar nəzərdə tutulur;

Cari hesab - Fiziki şəxslər üçün onların hesabına daxil olan pul vəsaitini qəbul etmək, hesabdan pul vəsaitlərini köçürmək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamların yerinə yetirilməsi üçün açılan hesabdır;

Ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir;

Tariflər – Bank tərəfindən birtərəfli qaydada müəyyən edilmiş və İstifadəçi tərəfindən ona göstərilmiş xidmətlər müqabilində ödənilməli olan haqqdır;

Şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd – Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 3-cü bəndinin “Qeyd” hissəsində qeyd olunan sənədlər.

 

2. ABB Mobile ilə əməliyyatların aparılması:

Ödəniş karları

  • Kart hesabından çıxarış;
  • Kartın balansı haqqında məlumat;
  • Kartdan karta köçürmə;
  • Kartdan cari hesaba pul köçürmə;
  • SMS-xəbərdarlıq xidmətinə qoşulma/ləğv;
  • Kartın daimi bloklaşdırılması;
  • Kartın müvəqqəti bloklaşdırılması/açılması;
  • Online ödənişlər.

Cari hesablar

  • Balans haqqında məlumat
  • Hesabdan çıxarış

Əmanətlər

  • Əmanətlər haqda məlumat

Kreditlər

  • Kreditlər, kredit borcu haqda məlumat

Digər xidmətlər

  • Valyuta məzənnələri
  • Xidmət şəbəkəsi (filial, şöbə, bankomat)

3. İstifadəçinin öhdəlikləri və məsuliyyəti:

a. Mobil telefonun, SİM-kartın və ya mobil cihazın itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək.

b. İstifadəçi buraxılış məlumatını (şifrə) itirdiyi, şifrə oğurlandığı və ya unudulduğu halda, xidmət göstərən filiala şəxsiyyət vəsiqəsi ilə müraciət edir. Müraciət olunduqdan sonra məlumatlar yoxlanılır və köhnə məlumatlar silinərək yenisi ilə əvəz olunur.

c. İstifadəçi buraxılış məlumatını (şifrə) və ya kod sözünü itirdiyi, məlumat oğurlandığı, unudulduğu halda və istifadəçi tərəfindən yenilənməsi mümkün olmadığı halda, ona xidmət göstərən filiala şəxsiyyət vəsiqəsi ilə dərhal müraciət edir. Müraciət olunduqdan sonra məlumatlar yoxlanılır və məlumatların verilməsi üzrə sorğu verilərək yenilənir;

d. Rəqəmsal Bankçılıq əlavələrinin işləməsi üçün İstifadəçi İnternet şəbəkəsinə qoşulmasına görə məsuliyyət daşıyır;

e. İstifadəçi tərəfindən proqram təminatının düzgün quraşdırılmamasından əmələ gələn problemlərə görə məsuliyyəti İstifadəçi daşıyır;

f. Bank İstifadəçi tərəfindən məlumatların ötürülməsi zamanı baş verə biləcək mənfi hallara görə heç bir məsuliyyət daşımır və İstifadəçi ilə onun İnternet-provayderi arasında olan mübahisələrdə iştirak etmir;

g. İstifadəçi Rəqəmsal Bankçılıq sistemi vasitəsilə həyata keçirilən elektron əməliyyatların mövcud qanunvericiliyə uyğun tərtib edilməsinə, onların buraxılış məlumatlarını istifadə etməklə təsdiq edilməsinə, habelə İstifadəçi tərəfindən Rəqəmsal Bankçılıq sisteminə daxil edilən məlumatların dürüstlüyünə və tamlığına görə məsuliyyət daşıyır, bununla bağlı yarana biləcək bütün risklərə və İstifadəçiyə dəymiş zərərə görə məsuliyyəti tam olaraq İstifadəçi daşıyır;

h. Mobil telefon SİM-kartın və/və ya mobil cihazın giriş şifrəsinin itirilməsi, o cümlədən oğurlanması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır;

i. Bankın İstifadəçinin hər hansı bir hesabını/hesablarını və ya hesab növünü/növlərini Rəqəmsal Bankçılıq xidmətinə qoşmaqdan, habelə İstifadəçiyə Rəqəmsal Bankçılıq vasitəsilə hər hansı bir əməliyyat növünü aparmaqdan imtina edə bilmək hüququnu İstifadəçi qəbul edir.

j. Qaydalara və Rəqəmsal Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Yenilənmiş Qaydalar Rəqəmsal bankçılıqda yerləşdirildiyi gün İstifadəçi tərəfindən onların qəbul edildiyi gün sayılır.

4. Sorğu və etirazların verilməsi və onlara baxılma qaydası:

Müştəri qeydiyyat zamanı və ya qeydiyyatdan keçdikdən sonra yaranmış hər hansı anlaşılmazlıq zamanı Bankın məlumat mərkəzinə müraciət edərək müvafiq sorğu və ya etirazını bildirə bilər;

5. Elektron sənədlərin hüquqi qüvvəsi:

a. Bu Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;

b. Sənədlər qanunda nəzərdə tutulmuş qaydada (Elektron imza haqqında qanun) təsdiqlənərkən, bu sənədlər kağız daşıyıcıda olan istifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Onlar arasında ziddiyyət olduqda kağızda olan məlumat əsas götürülür;

c. İstifadəçinin Rəqəmsal Bankçılıq sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatlara dair Banka daxil olan elektron sifariş və tapşırıqlar Bank üçün İstifadəçinin hesabları üzrə əməliyyatların keçirilməsi üçün əsas təşkil edir;

d. Bu Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar və Rəqəmsal Bankçılıq vasitəsilə təsdiq edilmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübüt təşkil edir.

 

ABB Mobile
YÜKLƏ