Depozit kalkulyatoru sizə depozit hesablama prosesini asanlaşdırmağa, illik və aylıq qazancınızı müqayisə etməyə kömək edəcək. Depozitə pul qoymaqla, həm pulunuzu yığa, həm də artıra bilərsiniz. İllik ödənilən bank depozit faizləri üçün maksimal miqdar 8% olaraq təyin edilmişdir. Minimum əmanət məbləği isə, 500 AZN/USD olmalıdır. Depozit kalkulyatoru ilə banka qoyacağınız puldan nə qədər qazanacağınızı rahatlıqla hesablayıb, nəticədə görə bilərsiniz. Kalkulyatorda müddət və məbləği artırıb, azaldaraq hansı müddətdə nə qədər pulu depozit hesabınıza daxil etsəniz, sizin üçün qazanclı və sərfəli olduğunu görə bilərsiniz. Bank depozit faizləri ilə tanış olaraq əmanət hesabı açmaq üçün ABB-nin istənilən filialına yaxınlaşmağınız kifayətdir.