Xəbər

ABB işəqəbul portalını təqdim etdi

ABB ölkəmizdə bank sektorunun ən yaxşı işəgötürəni brendini formalaşdırmaq üçün daha bir əhəmiyyətli addım atıb. Bank işəqəbul prosesini asanlaşdıran https://careers.abb-bank.az platformasını istifadəyə verib. ABB-dəki vakansiyalara müraciət etmək istəyən namizədlərin artıq Banka mütəmadi CV göndərmələrinə ehtiyac yoxdur. Namizədlər portalda özlərinə şəxsi kabinet yaratmaqla mövcud vakansiyalar barədə ətraflı məlumat əldə edə və müraciətlərini yükləyə bilərlər. Portal namizədlərə təkrar müraciət göndərmədən şəxsi kabinetdən məlumatlarını yeniləmək imkanı yaradır. Namizədlər ABB-də işəqəbul üçün müraciətlərinə baxılma prosesinin mərhələlərini də portalda izləyə bilərlər. Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “ABB rəqəmsallaşma proseslərini genişləndirir və bu sahədə ən qabaqcıl təcrübələri tətbiq edir. İndiyə kimi bir çox proseslərimizi avtomatlaşdırmışıq. Təlimlərimiz xüsusi platformada həyata keçirilir. İndi isə belə bir portalı istifadəyə verməklə komandamıza qoşulmaq istəyən istedadların inkişafı üçün real imkan yaratdıq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin baş sponsorluğu ilə “Karyera sərgisi”!

ABB-nin baş sponsorluğu ilə ADA Universitetində “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera sərgisi” keçirilib. “Karyera həftəsi” ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar ediblər. Gənclərdə əmək bazarı, bu bazarın mövcud tələbləri barədə təsəvvür yaradılıb. “Karyera həftəsi” zamanı xüsusi prosedurlar əsasında 3 tələbə seçilib. Onlar ABB-nin Təcrübə proqramına cəlb olunub. Həmin gənclər ABB-nin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. “Karyera sərgisi”ndə isə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib. ABB-nin Baş direktoru Aynur Süleymanlı “Karyera sərgisi”ndə çıxışı zamanı Bankın istedadlı gənclərə dəstək üçün bir sıra proqramlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, ABB müəyyən bilik və bacarıqlara malik, amma iş təcrübəsi olmayan gənclərə də imkanlar yaradır. Onlara təcrübə qazanmaqda dəstək verir. “Bank sektorunun ən yaxşı işəgötürəni olmaq bizim əsas hədəflərimizdən biridir. Bu məqsədlə ABB ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, bu cür karyera tədbirlərinə tərəfdaşlığı da fəaliyyətində xoş bir ənənəyə çevirib” – deyə o vurğulayıb. Aynur Süleymanlı tələbə və məzunları bu cür imkanlardan faydalanmağa çağırıb. Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Tech Akademiyasında "Karyera Həftəsi" baş tutdu

ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Tədbirdə ABB, Azərikard, Azercell, Azerconnect, Azintelecom, Unibank, Bank of Baku, Rabitəbank, Bank Respublika, Caspian İnnovation Center, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri də iştirak edib. Tədbirin əsas məqsədi ABB Tech Akademiyasının tələbə və məzunlarını ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etmək olub. Tələbə və məzunlar işəgötürənlərin təqdimatlarını dinləyib, şirkətlərdəki aktiv vakansiyalar, təcrübə proqramları barədə ətraflı məlumat əldə ediblər. Stendlərdə qurumların təmsilçilərindən suallarına cavab alıblar. ABB Tech Akademiyası öz məzun və tələbələrinin işlə təmin olunmasına daim dəstək verir. Hazırda Akademiyanın məzunlarının 82%-i ölkəmizdə və xaricdə qabaqcıl şirkətlərdə çalışmaqdadırlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!

ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində keçirilən “Karyera Həftəsi” başa çatıb. “Karyera Həftəsi”nə ümumilikdə 137-dən çox qurum qatılıb. Tədbir ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar edərək ölkəmizin əmək bazarındakı mövcud imkanlar haqqında ətraflı məlumat veriblər. Layihə “Karyera Sərgisi” ilə tamamlanıb. “Karyera Sərgisi”ndə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib. “Karyera Həftəsi” zamanı müvafiq prosedurlar əsasında 10 tələbə seçilib. Onlar xüsusi seçimlə ABB-nin Təcrübə proqramına qatılmaq imkanı qazanıblar. Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub. Belə layihələrin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir. Sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB bu cür faydalı layihələri fəal şəkildə dəstəkləyir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!