Apple Pay ilə ilklərdən ol

Ödənişlərinizi Apple cihazınızla həyata keçirmək imkanı

Kart sifariş edin

Asan

Bir neçə addımda Apple cihazlarınızla rəqəmsal pulqabınızı aktivləşdirin

Etibarlı

Kart məlumatlarınızı heç bir tərəflə paylaşmadan təhlükəsiz ödəniş edin

Sürətli

Kartınızı axtarmağa vaxt sərf etmədən bir neçə saniyədə ödəniş edin

Kartı necə əlavə edim?

ABB mobile tətbiqində Apple Wallet-a əlavə etmək istədiyiniz kartın üzərinə toxunun, Apple Pay düyməsini sıxın, nömrənizə gələn OTP kodu daxil edərək Apple Pay-i aktivləşdirin.

apple-pay

Yeni nəsil təmassız ATM-lərdən istifadə imkanı

ABB-yə məxsus NCR ATM-lərdə Apple cihazlarınızla pul məxaric edin

Sizə yaxın ATM

Apple Pay-i aktivləşdirmək üçün kart sifariş edin

ABB kartlarından birini sifariş etməklə Siz də Apple Pay-in üstünlüklərindən faydalanın

Kart sifariş edin

Necə ödəniş edim?

Yan düyməni və ya “Home button”-ı 2 dəfə sıxın, “Face ID”, yaxud “Touch ID” ilə identifikasiya edin, daha sonra cihazı terminala yaxınlaşdıraraq ödəniş aparın.

apple-pay-how-to-pay

FAQ

Apple Pay nədir?

Apple Pay Apple cihazları üçün nəzərdə tutulmuş rəqəmsal ödəniş vasitəsidir. Sürətli və təhlükəsiz ödəniş üsulu Apple Pay Azərbaycan bazarı üçün də artıq aktivdir.

Apple Pay-də ödənişlər üçün əsas kartı necə təyin edə bilərəm?

Apple Pay-ə ilk əlavə edilən kart əsas kartdır. Əgər birdən çox kart əlavə etmisinizsə, istənilən zaman əsas kartı dəyişə bilərsiniz. Bu proses hər cihaz üçün ayrılıqda həyata keçirilir.

- iPhone və ya iPad cihazlarında Settings > Wallet & Apple Pay-ə keçid edin, Transaction Defaults-a daxil olaraq əsas kartınızı təyin edin.

- Apple Watch-da iPhone cihazınızdakı Apple Watch tətbiqində My Watch tabından Wallet & Apple Pay-ə keçid edin, Default Card bölməsinə daxil olaraq əsas kartınızı seçin.

- Mac cihazlarında isə System Preferences > Wallet & Apple Pay keçid edin və əsas kartınızı seçin.

Bir cihazda bir neçə kartı Apple Wallet-a əlavə edə etmək olarmı?

Bəli, Siz bir Apple cihazında bir neçə kartı Apple Wallet-a əlavə edə bilərsiniz.

Eyni kartı fərqli Apple cihazlarında Apple Wallet-a əlavə etmək olarmı?

Bəli, Siz eyni kartı birdən çox Apple cihazlarında Apple Wallet-a əlavə edə bilərsiniz.

Apple Pay-dən istifadə edərək NCR ATM-lərdən məxaric etmək mümkündürmü?

Bəli, məxaric etmək üçün Apple Pay-i aktivləşdirdikdən sonra cihazınızı NCR ATM-ə yaxınlaşdırın. Kartın PİN kodunu daxil etməklə kart hesabınızdan pulu məxaric edə bilərsiniz.

Kart məlumatlarım paylaşılırmı?

Xeyr, Apple Pay-ə əlavə edilmiş kartlara aid məlumatlar cihazınızda saxlanılmır və ya 3-cü şəxslərlə paylaşılmır.

Kartı Apple Wallet-a əlavə etmək üçün komissiya haqqı tələb olunurmu?

Xeyr, kartınızı Apple Wallet-a əlavə edərkən heç bir komissiya haqqı tutulmur.

Apple Pay ilə bağlı necə əlavə məlumat əldə edə bilərəm?

Apple Pay ilə bağlı əlavə məlumat üçün Məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Tel.: 937 və ya (+994 12) 493 00 91