Xəbər

Kafe-restoran sahiblərinə ABB-dən dəstək

ABB xüsusi fəaliyyət sahələri ilə məşğul olan sahibkarlar üçün mütəmadi kampaniyaları davam etdirir. Bank bu dəfə də iaşə sektorunda fəaliyyət göstərən sahibkarlar üçün güzəşt kampaniyasına start verib. Kampaniya çərçivəsində kafe-restoran sahiblərinə ABB geniş çeşidli kredit paketi təqdim edir. Sahibkarlar bankın “Tərəfdaşlara anında dəstək”, “İnvoysların maliyyələşdirilməsi”, “Əmək haqqı layihəsinə dəstək”, “Dövriyyə krediti”, “İnvestisiya krediti”, “Biznes refinans” kredit məhsulunun, E-POS və E-COM kredit xəttinin üstünlüklərindən faydalana bilərlər. Hər bir məhsul üzrə 1 milyon manatadək krediti aşağı faizlərlə, heç bir xidmət haqqı ödəmədən əldə etmək olar. Müvafiq sahələrdə fəaliyyət göstərən hər bir iş adamı bu fürsətdən yararlanaraq biznesini inkişaf etdirə bilər. Kredit üçün Bankın bütün filiallarına müraciət etmək mümkündür. Qeyd edək ki, ABB sahibkarlara məsafədən bank hesabı açmaq imkanı da yaradıb. ASAN İmzaya sahib olan hər bir hüquqi şəxs və ya fərdi sahibkar buradan bank hesabı açaraq maliyyə əməliyyatlarını apara bilər. Bundan başqa, iş adamları Bankın təqdim etdiyi ABB Link xidmətindən faydalanaraq virtual POS-terminal əldə edib elektron kommersiya sistemlərini qurmaqla onlayn satışlar həyata keçirə bilərlər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Qarabağ Dirçəliş Fonduna vəsait köçürmə imkanı

Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanına uyğun olaraq, “Qarabağ Dirçəliş Fondu” dövlət qeydiyyatına alındıqdan sonra ianələrin köçürülməsi üçün Fondun xüsusi bank hesabları yaradılıb. Bu gündən etibarən Fondun hesabına vəsait köçürülməsi yeni bank rekvizitləri vasitəsilə həyata keçiriləcək. İanələr Azərbaycan manatı və ya xarici valyutada köçürülə bilər. Vətəndaşlar Fonda köçürmələrini ABB-nin bütün filial və şöbələrində bu rekvizitlərlə, yaxud Bankın internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada həyata keçirə bilərlər. Qeyd edək ki, Fond dövlət qeydiyyatına alınanadək fiziki və hüquqi şəxslərin ianələri və qrantlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi xəzinə və müvəqqəti bank hesablarında toplanırdı. “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB AKA Bankla müqavilə imzaladı

ABB ilə 17 Avropa bankının qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış AKA Bank (Avropa İxrac-Ticarət Bankı) arasında Çərçivə Müqaviləsinin imzalanması tədbiri keçirilib. Müqaviləni ABB və AKA Bankın İdarə Heyətinin sədrləri Abbas İbrahimov və Marck Wengrzik imzalayıb. Müqavilə Avropa ölkələrindən Azərbaycana idxal olunan malların maliyyələşdirilməsi üzrə uzunmüddətli tərəfdaşlığı əhatə edir. Belə ki, AKA Bank Avropadan Azərbaycana idxal edilən malların ABB-nin zəmanəti ilə uzunmüddətli maliyyələşdirilməsini həyata keçirəcək. Bu, idxal-ixrac prosesləri ilə məşğul olan iş adamları üçün böyük fürsətdir. Bizneslər yaranmış yeni imkandan faydalanmaq üçün ABB-nin bütün filiallarına müraciət edə bilərlər. Artıq müqavilə əsasında Bankın ilk müştərisinə 4,3 milyon Avro məbləğində uzunmüddətli xəttin açılmasına qərar verilib və prosesə başlanıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma sahibkarlarımızı beynəlxalq ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da genişləndirir. ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini uzunmüddətli maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da davam etdirəcəyik”. Məlumat üçün bildirək ki, AKA Bank 1952-ci ildən fəaliyyət göstərir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB biznes proseslərində SİMA İmza-nın geniş tətbiqinə başladı

ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlayıb. Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin “İnternet Bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi “SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür: Bank hesablarının açılması; Pul köçürmələri və konvertasiya əməliyyatları; Hökumət ödənişləri; ANİPay ödənişləri; Kredit ərizələrinin imzalanması; ATM və POS terminal əməliyyatları; AKB və Asan Finance razılıq ərizələrinin təsdiqi; Qeyri-bank xidmətlərindən istifadə Qeyri-bank xidmətləri dedikdə vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur. Fərdi sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn əldə edirlər. Bunun üçün “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!

Gələcəyin bankçılığını quran ABB-nin təqdim etdiyi danışan süni intellekt köməkçiləri Beta mərhələsində uğurla sınaqdan keçdikdən sonra artıq hamıya əlçatandır. AI-khan və AI-nur adlı süni intellekt köməkçiləri müştərilərə ABB-nin xidmət və məhsulları ilə bağlı bütün məsələlərdə operativ kömək göstərir, bank əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırır. Artıq müştərilər AI-khan və AI-nurla sadəcə danışaraq kartları və hesabları arasında, həmçinin mobil nömrə ilə digər şəxslərə köçürmələr edə bilirlər. Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə sahibinin ad və soyadını səsləndirir, süni intellekt dərhal əməliyyatı yerinə yetirir. Zərurət yarandıqda müştərinin kartının bloklaşdırılmasını, yaxud yenidən aktivləşdirilməsini də AI-khan və AI-nur həyata keçirir! Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur. Yeni funksiyalar əlavə olunmaqla süni intellekt təcrübəsi tezliklə başqa bank əməliyyatlarını da əhatə edəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli Qanuna əsasən, qumar oyunları ilə bağlı bir sıra yeni məhdudiyyətlər müəyyənləşib. Qanunvericiliyə müvafiq dəyişikliklərə görə, aşağıda qeyd edilənlər üzrə bank əməliyyatlarının həyata keçirilməsi qadağan edilir və inzibati məsuliyyətə səbəb olur: Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı; Qumar oyunlarında iştirak; Qumar oyunları üzrə uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları ilə bağlı bank əməliyyatları istisna edilir.

Xəbər

Ən çox bankçılıq mükafatını ABB qazandı!

ABB 2025-ci ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının (ABA) 8 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank”. Bu, eyni bankın fərqli nominasiyalar üzrə qazandığı ən çox sayda bankçılıq mükafatıdır.2025-ci ildə ABB rəqəmsal ödənişlər sahəsində mühüm innovativ layihələr həyata keçirib. O cümlədən tətbiq etdiyi süni intellekt modellərinin sayını 176-a çatdırıb. Səsli süni intellekt köməkçilərini bütün müştərilərin istifadəsinə verib. Məhsul və xidmətlərin rəqəmsallaşdırılması sayəsində bank əməliyyatlarının 90%-nin kağızsızlaşdırılmasına nail olub. ABB 2025-ci ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlara geniş imkanlar yaradan ABB Biz tətbiqini yeni funksionallıqlarla daha da inkişaf etdirib. İl ərzində ABB əhalinin maliyyə savadlılığı, xüsusilə kibertəhlükəsizlik sahəsində məlumatlılıq səviyyəsinin artırılması üçün geniş kampaniyalar həyata keçirib. Bank 2025-ci ildə beynəlxalq əlaqələrini də genişləndirib. Beynəlxalq İqtisadi Forum (Davos Forumu) da daxil olmaqla bir çox beynəlxalq qurumlarla tərəfaşlıq əlaqələrini gücləndirib. Getdikcə artan qlobal nüfuzunun göstəricisi kimi, ABB ötən il Masreqbank-ın təşkilatçılığı ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan 200 000 000 dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib. ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!

ABB müştərilərinin danışan süni intellekt köməkçiləri AI-nur və AI-khanın imkanları yeni funksiyalarla daha da genişlənib. Mobil rabitə ödənişləri, bankdaxili və digər banklara köçürmələr, fərdi maliyyə məsləhəti Artıq mobil rabitə ödənişlərini (Azercell, Bakcel, Nar) də sadəcə onlarla danışıb həyata keçirmək olar. Bundan başqa, AI-nur və AI-khan indi müştərilərə fərdi maliyyə meneceri kimi də kömək göstərir. Apardıqları əməliyyatlara əsasən, onların aylıq gəlir və xərcləri ilə bağlı suallarını cavablandırır, vəsaitlərini düzgün idarə etməkdə dəstək olur. Artıq həm ABB kartına, həm digər bank kartına kart nömrəsi və ya şablonla köçürmələri də süni intellekt köməkçiləri ilə yerinə yetirmək mümkündür. İstifadəçilərin 56%-i AI-nurla, 44%-i AI-khan-la danışıb Qısa zamanda ABB-nin 150 minə yaxın müştərisi süni intellekt köməkçisinin xidmətindən faydalanıb və istifadəçi sayı sürətlə artmaqdadır. İndiyə qədər süni intellekt köməkçiləri ilə 1 milyondan çox qarşılıqlı ünsiyyət qurulub. İstifadəçilərin 56%-i köməkçi kimi AI-nuru, 44%-i isə AI-khanı seçib. AI-nur və AI-khan Bankın xidmət və məhsulları ilə bağlı əksər məsələlərdə operativ kömək göstərir, bank əməliyyatlarını, o cümlədən müştərinin kartları və hesabları arasında, eləcə də mobil nömrə ilə digər şəxslərə köçürmə əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırırlar. Zərurət yarandıqda müştərinin kartının bloklaşdırılmasını, yaxud yenidən aktivləşdirilməsini də AI-khan və AI-nur həyata keçirir! Bank əməliyyatları daha rahat, sürətli və təhlükəsiz Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat və sürətli şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur. ABB yeni funksiyalarla müştərilərin süni intellektdən istifadə təcrübəsini tezliklə daha da inkişaf etdirəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB mobile-da “Fayda” var!

ABB özünün yeni loyallıq proqramını təqdim edib. ABB mobile tətbiqinin müştərilərə özəl bölməsində yerləşdirilmiş “Fayda” proqramından tətbiqin hər bir istifadəçisi yararlana bilər. Ödənişlərini ABB mobile tətbiqi ilə edən müştərilər “Fayda”lar toplayırlar. Toplanmış “Fayda”larla bəzi bank məhsulları, endirim kuponları və müxtəlif hədiyyələr qazanmaq olar. Hər bir müştəri ABB mobile tətbiqində ilk dəfə qeydiyyatdan keçərkən ilkin olaraq 2000 xoşgəldin “Fayda”sı qazanacaq. Topladığı “Fayda”ları balansında dərhal görə biləcək. Ondan sonra ABB mobile ilə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni “Fayda”lar qazandıracaq. Gələcəkdə mobil tətbiq istifadəçiləri daha çox üsullarla “Fayda”lar qazana və onları xərcləyə biləcəklər. Toplanmış “Fayda”lar 1 il müddətində qüvvədədir. ABB mobile istifadəçisi tətbiqin “Tarixçə” bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi izləyə bilər. Vaxtı bitmiş “Fayda”lar etibarsız sayılır və bərpa olunmur. Bank “Fayda”lardan vaxtında yararlanmaq üçün müştərilərə xüsusi təkliflər təqdim edir. ABB mobile müştərilərə bir çox bank əməliyyatlarını cəmi bir neçə toxunuşla həyata keçirmək imkanı yaradan mobil bankçılıq həllidir. Tətbiqi buradan yükləyib istifadə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən “SOCAR Polymer”ə böyük məbləğdə maliyyələşmə

SOCAR-ın strateji tərəfdaşlarından olan ABB “SOCAR Polymer” layihəsinə 65 milyon ABŞ dolları həcmində dəstək verib. Bank bunu “SOCAR Polymer Investments” şirkətinin buraxdığı istiqrazları almaqla həyata keçirib. ABB “SOCAR Polymer”in istiqrazlarını almış 8 bank arasında ən böyük paya malik bank olub. Bu, “SOCAR Polymer”ə daha sərfəli maliyyə resursları hesabına layihə xərclərini azaltmağa şərait yaradacaq. “SOCAR Polymer” son 40 il ərzində ölkəmizin neft-kimya sənayesində həyata keçirilən birinci belə layihədir. Azərbaycanın kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi daşıyan layihənin əsası 2013-cü ildən qoyulub. Şirkətin istehsalat obyektləri polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. Zavodlar müvafiq olaraq 2018-ci və 2019-cu ildə istismara verilib. Proqnozlara görə, bu layihənin uğurlu nəticəsi Azərbaycan sənayesinin bir çox əhəmiyyətli sektorunda multiplikasiya effekti yaradaraq çoxsaylı yeni iş yerlərinin açılmasını təmin edəcək. Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli ayrı-ayrı istehsal subyektlərinə bu cür dəstək tədbirlərinin davamlı xarakter daşıdığını qeyd edib: “ABB həm böyük istehsalçılar, həm də kiçik və orta sahibkarlıq müəssisələri ilə tərəfdaşlıq əlaqələrini getdikcə inkişaf etdirir. Biz real layihələrin maliyyələşdirilməsinə kömək göstərməyə hər zaman hazırıq”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!