Xəbər

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

“ABB 2025-ci ilin 9 ayını 261 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətimizdə 12%-ə yaxın artım var. İlin sonuna qədər mənfəətin daha da artacağı proqnozlaşdırılır. Bankın maliyyə nəticələri ABB səhmdarlarına bu ilin mənfəətindən də yüksək dividend ödənişinə imkan verir”. Bunu mediaya açıqlamasında ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib. Onun sözlərinə görə mövcud maliyyə göstəriciləri səhmdarlara cari ilin mənfəətindən təxminən 16%-ə yaxın dividend ödənişinə imkan yaradır. Əgər bu proqnoz özünü doğruldarsa, ABB səhmdarları növbəti ildə də rekord məbləğdə dividend gəliri əldə etmiş olacaqlar. Nəbi Əliyev bildirib ki, il başa çatdıqdan və ABB-nin 2025-ci il üzrə maliyyə hesabatına kənar auditor rəyindən sonra, Bank menecmenti Səhmdarların Ümumi Yığıncağında dividend ödənişi məsələsinə baxılması üçün təklif verəcək. Baş maliyyə inzibatçısının fikrincə, Bankın gəlirliliyindəki pozitiv dinamika səhmlərin qiymətinə də təsir göstərəcək və ABB səhmlərinin bahalaşacağı gözləniləndir. Ötən 1 il ərzində ölkənin kapital bazarında 14 milyon manatdan çox məbləğdə ABB səhmi ticarət edilib. Xatırladaq ki, son 7 ildə səhmdarlarına ardıcıl olaraq dividendlər ödəyən ABB 2024-cü il üzrə mənfəətindən səhmdarlarına 200 000 000 manat məbləğində dividend ödənişi edib. Beləliklə, Bankın hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə təxminən 16%-ə yüksəlib.

Xəbər

TamKartla endirim və əlavə keşbek fürsətləri!

ABB TamKart və Bankın bütün kart sahibləri üçün yeni kampaniyaya start verib. 12, 13, 14 fevral tarixlərində baş tutacaq kampaniya müddətində Bankla tərəfdaş 200-dən yuxarı alış-veriş mərkəzində ABB-nin kartları ilə ödəniş zamanı müştərilərə yerində 70%-ə qədər endirim və eyni anda 10%-ə qədər əlavə keşbek veriləcək. TamKartlılar isə məhsul və xidmətləri 24 aya qədər taksitlə əldə edə biləcəklər. Kampaniya və iştirakçı partnyorların siyahısı ilə buradan tanış ola bilərsiniz. TamKart eyni zamanda həm debet, həm də kredit funksiyasını özündə birləşdirən dual kartdır. Onun müştərilər üçün əsas üstünlüyü ödənişlər zamanı onlara ən azı 2% keşbek qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. ABB-nin “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı müəyyən faizlərdə keşbek də müştərinin kart hesabına geri qayıdır. TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir. Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir. Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “İlin əqdi” mükafatını qazandı!

Bütün ölkələr üzrə ən innovativ və mühüm maliyyə əməliyyatlarının dəyərləndirilməsini aparan “The Global Banking & Markets” təşkilatı ABB-nin bu ilin aprelində 200 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etməsini Azərbaycan üzrə "İlin əqdi" mükafatına layiq görüb. Mükafat İstanbulda keçirilən təntənəli mərasimdə ABB təmsilçisinə təqdim olunub. “The Global Banking & Markets” təşkilatı maliyyə bazarlarının beynəlxalq investisiya icması ilə əlaqələrini gücləndirərək əməliyyatların xərc və risklərini azaltmağa, səmərəliliyini yüksəltməyə xidmət edir. Mükafatlandırılan əməliyyatların seçimi zamanı onun həcmi, müddəti, strukturu, icra keyfiyyəti, açdığı yeni imkanlar və s. bu kimi amillər nəzərə alınır. Xatırladaq ki, ABB ölkə üzrə “İlin əqdi” mükafatına layiq görülən sindikativ krediti Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edib. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışı olub. Bankın bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı və bunun yüksək dəyərləndirilməsi ABB-nin biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır. “The Global Banking & Markets” təşkilatı haqqında ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”

Bizneslərin etibarlı tərəfdaşı olan ABB daha bir imkanı sahibkarlara təqdim edib. İş adamları ABB Business İnternet Bank platforması üzərindən 3 000 000 AZN-ə qədər “İnvoysların maliyyələşdirilməsi” kreditini rahatlıqla əldə edə bilərlər. Bu kredit məhsulunun əsas üstünlüyü vəsait məbləğinin yüksək olması, rəsmiləşdirmə prosesinin daha az sənədlə, sürətli və rahat şəkildə aparılmasıdır. Belə ki, sahibkar filiala yaxınlaşmadan rəqəmsal platformada sadəcə müraciət formasındakı məlumatları daxil edir, tələb olunan sənədləri yükləyərək göndərir və müqaviləni onlayn şəkildə rəsmiləşdirib vəsaiti tam rəqəmsal təcrübə ilə maksimum 2 günə alır. Məbləğ: 3 000 000 AZN-ə qədər İllik faiz dərəcəsi: 10%-dən başlayaraq Müddət: 18 ayadək B2B (“business to business”) prinsipi ilə fəaliyyət göstərən, biznes müştərilərinə mal və ya xidmət təchiz edən, alıcıları ilə hesablaşmaları nağdsız formada aparan bütün sahibkarlar bu imkandan yararlana bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Hakatonun qalibləri elan edildi!

ABB-nin təşkil etdiyi 2-ci ABB Regional Hakatonu başa çatıb. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən ideya marafonuna həmçinin “Amazon Web Services”, “DAN.IT” və “Next Step” şirkətləri də dəstək olublar. Dünyanın 13 ölkəsindən nümayəndələrin qatıldığı tədbirdə iştirakçılar həm fərdi, həm də komandalar şəklində qeydiyyatdan keçiblər. Hakaton onlayn formatda keçirilsə də, arzu edən komandalara ABB İnnovasiya Mərkəzinin ofisində birgə çalışmaq üçün şərait yaradılıb. Komandalar layihələr irəli sürərək müxtəlif ölkələrdən dəvət edilmiş peşəkar mentorların dəstəyi ilə 48 saat ərzində fasiləsiz şəkildə öz layihələrinin prototiplərini hazırlayıblar. Hakatonun əsas istiqamətləri pərakəndə bankçılıq sahəsini əhatə edib. Münsiflər Heyətinə innovativ həllərlə bağlı yarımfinala vəsiqə qazanan 10 ən yüksək xal toplamış layihə təqdim olunub. Komandalar layihələrinin prototiplərini onlayn şəkildə nümayiş etdiriblər. Münsiflərin verdikləri ballar əsasında 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşib. Hakatonda 1-ci yeri Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təmsilçilərindən ibarət “MSU_WishMasters” komandası tutub. Onlar “ABB Market” layihəsi ilə qalib olublar. Layihə müştəri loyallığı sisteminin qurulmasını, pərakəndə xidmətlər üzrə müxtəlif analitik alətlərin və həyatı asanlaşdıran digər özəlliklərin veb platformasına köçürülməsini nəzərdə tutur. 2-ci yerə “Access Denied” komandası çıxıb. Bu komandanın irəli sürdüyü “All win” layihəsi riteyl xidmətləri bir araya gətirərək müştəri məmnunluğuna xidmət edir. 3-cü yerin qalibi isə hakatona Cənubi Afrika Respublikasından qatılmış “VimDev” komandası olub. Bu komandanın “One way” adlanan layihəsi ödəniş metodlarının mobil tətbiqə köçürülməsi ilə alış-verişi daha da sadələşdirir. Hakatonun şərtlərinə uyğun olaraq 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat məbləğində mükafat verilib. 2-ci yerin qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi mükafatına da layiq görülüb. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB 9, 10, 11-сi sinif şagirdləri üçün Riyaziyyat Yarışmasına qeydiyyatı elan etdi!

İstedadlara dəstəyi ilə ölkəmizin gələcəyinə töhfə verən ABB gənclər üçün möhtəşəm yarışma elan edib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə keçirilən ABB Riyaziyyat Yarışmasının məqsədi riyaziyyat sahəsində xüsusi istedadı olan gəncləri üzə çıxarmaq, onların informasiya texnologiyalarına marağını artırmaq və bu sahədə inkişaflarına kömək göstərməkdir. ABB Riyaziyyat Yarışmasında Azərbaycanda təhsil alan bütün 9, 10, 11-ci sinif şagirdləri iştirak edə bilər. Yarış 3 mərhələdən ibarət olacaq. Qeydiyyatdan keçmiş şagirdlər birinci mərhələdə onlayn imtahan verib 10 riyazi sualı cavablandıracaqlar. İkinci mərhələnin imtahanı onlayn formatda, xüsusi müşahidə platformasının tətbiqi ilə təşkil ediləcək. İkinci mərhələdə ən yüksək bal toplamış iştirakçılar müsahibə mərhələsində iştirak edəcəklər. Bu mərhələni uğurla başa vurmuş 30 nəfər Bakıda 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanacaq. Regionlardan gəlmiş iştirakçıların bütün xərcləri qarşılanacaq. Təlimlərin sonunda final yarışı təşkil ediləcək. Nəticədən asılı olaraq 1-ci, 2-ci və 3-cü yerin qalibləri seçiləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəsi olan yerli və xarici mütəxəssislər cəlb olunacaq. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB istedadlara dəstəyini bütün sahələrdə davam etdirir. ABB Riyaziyyat Yarışması orta məktəblərin yuxarı siniflərində təhsil alan gənclərimiz üçün böyük bir fürsətdir. Bu yarışmaya qatılacaq istedadlar arasından gələcək inkişafın peşəkar mütəxəssislərini seçmək istərdik. Əminik ki, yüksək riyazi biliklərə malik gənclərimiz bu yarışmaya böyük maraq göstərəcəklər və ABB Riyaziyyat Yarışmasında iştirak onların ən böyük uğurlarının başlanğıcı olacaq”. Yarışmada iştirak üçün yanvarın 10-dək bu linkdə qeydiyyatdan keçmək olar: https://abbtech.az/ ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Hər kəsə onlayn kredit yeni ünvanda!

ABB-nin hər kəs üçün əlçatan olan onlayn kredit təklifləri artıq yeni vahid ünvanda təqdim edilir. Heç yerə getmədən www.nagdkredit.az saytına daxil olmaqla hər kəs cəmi 3 dəqiqəyə onlayn kredit ala bilər. Belə ki, iş yerindən və əmək haqqını hansı bankdan almasından asılı olmayaraq rəsmi gəlirə malik bütün şəxslərə, o cümlədən, müəllimlərə, tibb işçilərinə, dövlət qulluqçularına, mühəndislərə və başqa sənət sahiblərinə ABB-nin təqdim etdiyi platforma vasitəsilə sürətli kredit almaq imkanı yaradılıb. Banka müraciət, kreditin rəsmiləşdirilməsi və əldə edilməsi onlayn qaydada baş verir. Müştərinin sifariş etdiyi məbləğ cəmi 3 dəqiqə ərzində birbaşa onun hesabına köçür. Üstəlik, kredit məbləği də 35 000 AZN-ə qədər artırılıb. Kreditin şərtləri: Məbləğ - 35 000 AZN-dək; Müddət - 60 ayadək; İllik faiz dərəcəsi – 11,9%-dən başlayaraq; Zaminlik tələbi - yoxd; Komissiya haqqı – yox Yeni www.nagdkredit.az platforması ilə ABB bank məhsul və xidmətlərini müştərilərə daha rahat və sürətli şəkildə təqdim edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu

ABB İnnovasiya, Mastercard və ADA Universitetinin birgə təşkil etdiyi “AI Startup Challenge” müsabiqəsi uğurla baş tutub. Süni intellekt sahəsində innovativ ideyaların və texnoloji həllərin bir araya gətirilməsi məqsədi daşıyan yarışmada iştirak üçün 200 komanda müraciət edib. Onlardan 40-ı seçim mərhələsini keçərək finalda iştirak haqqı qazanıb. Müsabiqə zamanı komandalar real sektor problemlərinə yönəlmiş AI əsaslı layihələrini yerli və xarici ekspertlərdən ibarət münsiflər heyətinə təqdim ediblər. Müsabiqədə ilk 3 yeri “Granslate”, “Agentixa” və “Innoroom” komandaları tutub. Həmin komandalar 5 000, 3 000 və 2 000 AZN məbləğində mükafat qazanıblar. Eyni zamanda ilk 20 komanda ABB İnnovasiyanın preinkubasiya proqramına keçid və Mastercard Sandbox platformasına çıxış imkanı qazanıb. ABB İnnovasiya süni intellektin real sektorlara inteqrasiyasını dəstəkləmək, yerli texnoloji komandaların inkişafına töhfə vermək və beynəlxalq potensiallı layihələri önə çıxarmaq məqsədilə belə təşəbbüsləri davam etdirmək niyyətindədir. ABB İnnovasiyanın yeni imkanları haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin baş sponsorluğu ilə “İnnovasiya həftəsi”

Ölkəmizdə üçüncü ildir ki, təşkil edilən “InnoWeek – İnnovasiya həftəsi” start götürüb. Dekabrın 19-a qədər davam edəcək tədbirin əsas məqsədi innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, BMT İnkişaf Proqramının, İnnovasiyalar Agentliyinin, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir. Ölkəmizdə innovasiyaların inkişafına ardıcıl dəstək verən ABB da “İnnovasiya həftəsi”nin baş sponsorlarındandır. Tədbirin digər baş sponsorları isə BP və “BestComp Group” şirkətləridir. Həftə çərçivəsində nəzərdə tutulmuş tədbirlər COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətləri nəzərə alaraq onlayn keçirilir. İnnovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənc nəslin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına kömək məsələlərinə burada xüsusi diqqət yetiriləcək. ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılmasına dəstək tədbirlərinin Bankın fəaliyyətində əhəmiyyətli yer tutduğunu bildirib: “Bu ilin əvvəlində 1-ci ABB Regional Hakatonunu uğurla keçirdik. Bir neçə ay əvvəl yaratdığımız ABB İnnovasiya Mərkəzində isə 12 layihə artıq inkubasiya dövrünü başa çatdırıb. Onlar hazırda investorlara təqdim olunma ərəfəsindədir. Ötən ildən yaratdığımız ABB Tech Akademiyası da fəaliyyətini yeni proqramlarla davam etdirir. Ənənəvi “InnoWeek” tədbirinin məzmunu bizim bu sahədə hədəflərimizlə uzlaşır. Postpandemiya dövründə innovasiyalara maraq daha da artacaq və bu cür layihələr gələcək inkişafa töhfə verəcək”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!