Xəbər

ABB-də endirimli cümə fürsətləri

ABB noyabrın son həftəsinə özəl yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində 22 noyabrdan 25 noyabra qədər TamKart kredit kartı əldə edən müştərilər dekabrın 15-ə kimi onlayn, taksit və birdəfəlik alış-verişlərinin cəmi 100 manatdan 300 manata qədər olduqda 10 manat, 300 manatdan çox olduqda isə 30 manat hədiyyə qazanacaqlar. Kampaniya bütün TamKart kredit kartlarına şamil olunur. Fürsətlər bununla bitmir. 22 noyabrdan 25 noyabra qədər ABB-dan nağd pul krediti əldə edən müştərilər TamKart debit, Azercell kobrend, ABB-Miles debet kartlarını 65% endirimlə əldə edəcəklər. Tək halda TamKart debet, Azercell kobrend, ABB-Miles debit kartlarını əldə edən müştərilər isə 30% endirim qazanacaqlar. Bundan başqa, müştərilər ABB-nin kartları ilə bu müddətdə NLT, Bytelecom, SmartOn və ASUS Brandstore mağazalarında bütün məhsulları 24 ay taksitlə ala biləcəklər. Kampaniya müddətində ABB miles və Azercell kobrend kartları ilə geyim və elektronika dükanlarında, gözəllik və SPA mərkəzlərində toplam 300 manatdan çox ödəniş edən müştərilər ABB miles kartlarına 2000 mil, Azercell kobrend kartlarına isə 3 qat bonus hesablanaraq, toplam 2000 bonus qazanacaqlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan!

ABB mobile tətbiqində qeydiyyatdan keçib tətbiqin imkanlarından istifadə etməyə başlayan yeni müştəriləri qazanc fürsətləri gözləyir. Bu müştərilər ABB-dən aşağıdakı hədiyyələri qazanacaqlar: 6 AZN hədiyyə; 20-dən çox kateqoriya üzrə 10%-dək keşbek; Ölkədə ilk dəfə dərhal qayıdan “2x ƏDV geri al” məbləği Qazanc fürsətləri bununla bitmir. Yeni müştərilər komissiyasız köçürmələrdən də yararlanacaqlar. Üstəlik, ABB mobile ilə bütün ödənişlərindən 2% keşbek qazanacaqlar. Əgər müştəri tətbiqdə avtoödəniş də yaradarsa, keşbeki 3% olacaq. Dərhal “2x ƏDV geri al” gün ərzində oxudulan maksimum 5 qəbzə aiddir. Hər qəbzdəki əməliyyatın 100 AZN-lik hissəsinə hesablanır. Bir yeni müştəri ay ərzində 50 AZN-ə qədər “2x ƏDV” geri qazanır. Daha ətraflı burada Hazırda ABB-nin hər hansı məhsulundan istifadə etməyən istənilən müştəri tətbiqdə Tam DigiCard sifariş verib bu fürsətlərdən faydalana bilər. Tam DigiCard ABB-nin həm rəqəmsal, həm real kart məhsuludur. Bu kart bir çox bank xidmətlərindən rahat, illik limit olmadan və müxtəlif imtiyazlarla istifadə imkanı yaradır. Kartı anında əldə edib, Apple Pay və Google Pay-lə dərhal yararlanmaq olar. Tam DigiCard tamamilə ödənişsizdir və ABB mobile tətbiqində anında aktivləşdirmək olur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-də gələcəyin bankçılığını qarşılayın – səsli süni intellekt köməkçisi ilə bank əməliyyatları!

Bir çox yeni təcrübələri ölkəmizə gətirən ABB bu dəfə müştərilərinə tamamilə fərqli bir xidmət təqdim edib. Artıq ABB müştəriləri süni intellekt əsaslı səsli icra təcrübəsindən də faydalana bilərlər. AI-khan və AI-nur adlı virtual köməkçilər onlara ABB-nin xidmət və məhsulları ilə bağlı bütün məsələlərdə operativ kömək göstərəcək, əməliyyatlarını səsli komandalarla yerinə yetirəcək, suallarını cavablandıracaqlar. Bu yenilik hazırda Beta test mərhələsindədir. ABB mobile tətbiqinin əvvəlcədən qeydiyyatdan keçmiş 10 000 istifadəçisi artıq AI-khan və AI-nurla danışıb ilk funksiya kimi telefon nömrəsi ilə pul köçürməsini test edə bilərlər. Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə sahibinin ad və soyadını səsləndirir, virtual köməkçi dərhal əməliyyatı yerinə yetirir. Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur. İlkin mərhələdə hələlik bu imkan pul köçürmələrinə və bankla bağlı sualların cavablandırılmasına aid olsa da, tezliklə yeni süni intellekt təcrübəsi başqa bank əməliyyatlarını da əhatə edəcək və müştəri rəylərini nəzərə alaraq daha da təkmilləşdiriləcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək

ABB və Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Müqaviləyə ABB-nin İdarə Heyəti sədrinin müavini Nərgizxanım Biləndərli və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov imza atıb. ABB ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin bu əməkdaşlığı ölkəmizdə müvafiq Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur. Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin təşviqi və geniş müştəri kütləsinin, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin bu imkanlardan faydalanması məqsədilə illik 5 faiz dərəcəsi ilə 15 ilədək müddətə, 10 mln. AZN-dək məbləğdə güzəştli kreditlərin verilməsi imkanının yaradılması barədə razılığa gəliblər. Həmçinin güzəştli kreditlərin verilməsi, onların şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinə nəzarət (monitorinq), geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığı ilə bağlı münasibətlərin tənzimlənməsi məsələləri də razılaşdırılıb. Xatırladaq ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-dən xanımlara hədiyyə

ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xoş bir sürpriz hazırlayıb. Bu gündən başlayaraq Bank ödəniş üzüklərində endirim kampaniyasına start verir. Martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq. Ödəniş üzükləri ABB-nin ölkəmizə gətirdiyi növbəti innovativ bankçılıq texnologiyalarındandır. Bankın ötən ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə ABB-nin istənilən filial və ya şöbəsindən və ya onlayn sifarişlə əldə etmək mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

TamKartla endirim və əlavə keşbek fürsətləri!

ABB TamKart və Bankın bütün kart sahibləri üçün yeni kampaniyaya start verib. 12, 13, 14 fevral tarixlərində baş tutacaq kampaniya müddətində Bankla tərəfdaş 200-dən yuxarı alış-veriş mərkəzində ABB-nin kartları ilə ödəniş zamanı müştərilərə yerində 70%-ə qədər endirim və eyni anda 10%-ə qədər əlavə keşbek veriləcək. TamKartlılar isə məhsul və xidmətləri 24 aya qədər taksitlə əldə edə biləcəklər. Kampaniya və iştirakçı partnyorların siyahısı ilə buradan tanış ola bilərsiniz. TamKart eyni zamanda həm debet, həm də kredit funksiyasını özündə birləşdirən dual kartdır. Onun müştərilər üçün əsas üstünlüyü ödənişlər zamanı onlara ən azı 2% keşbek qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. ABB-nin “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı müəyyən faizlərdə keşbek də müştərinin kart hesabına geri qayıdır. TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir. Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir. Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB mobile ilə cəmi 19 AZN ödəməklə könüllü avtomobil sığortası!

ABB mobile tətbiqində istifadəçilər üçün daha bir yenilik təqdim olunub. Artıq «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da tətbiqdə aktivdir. Könüllü avtomobil sığortası məhsullarını ABB mobile üzərindən indi sərfəli şərtlərlə, hər bir məhsul üzrə illik 19 AZN ödəməklə əldə etmək olar. Siz öz avtomobilinizə dəymiş 5 000 AZN-dən yuxarı zərərə görə «Avto+» könüllü sığorta məhsulunu əldə etməklə əlavə 5 000 AZN-ə qədər sığorta ödənişi ala bilərsiniz. İcbari sığorta ilə sizin digər sürücüyə vurduğunuz zərər maksimum 5 000 AZN-ə qədər qarşılandığı halda, siz həmçinin “Avto Extra” könüllü sığorta məhsulunu əldə etməklə 5 000 AZN-dən yuxarı olan zərər üçün əlavə 5 000 AZN-dək sığorta ödənişi almaq imkanı qazanırsınız. Beləliklə, bu məhsullarla müştəri qəza nəticəsində həm başqasının avtomobilinə vurduğu, həm də öz avtomobilinə dəymiş zərərə görə sığorta ödənişinin məbləğini ABB-nin partnyoru olan «Atəşgah» Sığorta ilə 5 000 AZN-dən 10 000 AZN-ə qədər artırmış olur. ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB və KPMG-Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirildi

Ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verən ABB-nin və KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə Rəqəmsal Ödənişlər Dialoqu keçirilib. Tədbirin əsas mövzusu ödəniş sistemləri ilə bağlı yeniliklərə, o cümlədən bu yeniliklərin hüquqi tənzimlənməsi məsələlərinə həsr edilib. Rəqəmsal Ödənişlər Dialoqunda müxtəlif dövlət və özəl qurumların, məhkəmələrin təmsilçiləri, ABB-nin korporativ müştərilərindən bir qrupu, ayrı-ayrı bankların nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş ekspertlər iştirak ediblər. Tədbirdə ödəniş sistemləri ilə bağlı yerli və xarici təcrübəyə diqqət yönəlib. Ödəniş xidmətlərində yeni tənzimləmələr, onların maliyyə institutlarına təsiri, elektron pulun tənzimlənməsinin hüquqi aspektləri ilə bağlı ətraflı məlumatlar verilib. Elektron ödənişlərdə lisenziyalaşdırma və nəzarət, məsafədən bank və ödəniş xidmətləri, rəqəmsal ödəniş ekosistemində rəqabət və inkişaf məsələlərinə nəzər yetirilib. Rəqəmsal Ödənişlər Dialoqunda Türkiyənin fintek sektoru ilə bağlı da təcrübə mübadiləsi aparılıb. Açıq Bankçılıq dövründə ödəniş bazarı, postsovet məkanında ödəniş tendensiyaları təhlil edilib. Müxtəlif suallar ətrafında polemikalar aparılıb. Belə dialoqlarda məqsəd sahənin mütəxəssislərini bir araya gətirmək, rəqəmsal ödənişlərlə bağlı yenilikləri bölüşmək, gələcək üçün faydalı tərəfdaşlıqlar qurmaqdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. KPMG Azərbaycanın təklif etdiyi xidmətlər barədə məlumatları https://kpmg.com/az/en/ rəsmi internet səhifəsindən və ya (012) 404 89 10 nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin rəsmi Facebook, Instagram və LinkedIn səhifələrindən əldə edə bilərsiniz.

Xəbər

ABB səhmi sifariş et, 5000 manatadək qazan!

ABB yeni lotereya kampaniyasına start verib. "ABB səhmdarı ol, şanslarını artır!" lotereyasının müddəti 10 sentyabr 2024-cü il tarixinə qədərdir. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldə edəcəklər. Tirajların tarixləri: 1-ci tiraj: 01.08.2024 – 10.08.2024 (15.08.2024-cü il, saat 17:00-da oynanılacaq); 2-ci tiraj: 11.08.2024 – 20.08.2024 (23.08.2024-cü il, saat 17:00-da oynanılacaq); 3-cü tiraj: 21.08.2024 – 31.08.2024 (05.09.2024-cü il, saat 17:00-da oynanılacaq); 4-cü tiraj 01.09.2024 – 10.09.2024 (15.09.2024-cü il, saat 17:00-da oynanılacaq). Lotereyanın şərtlərinə görə, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400 000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənəcək və lotereyada həmin say qədər iştirak şansı olacaq. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər. Tirajlar ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək və uduşlar pul şəklində müştərilərin ABB-dəki aktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək. Hədiyyələr hər tiraj üçün eynidir: - 1 nəfər – 5000 AZN - 1 nəfər – 3000 AZN - 1 nəfər – 2000 AZN - 47 nəfər – 100 AZN ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

ABB müştərilərə yığım imkanı və əlavə qazanc fürsəti yaradan daha bir yeni innovativ məhsulunu təqdim edib. Bu, Bankın “Dama-dama” adlı rəqəmsal yığım hesabıdır. Müştərilər ABB mobile tətbiqi vasitəsilə belə bir hesab yaradıb orada müxtəlif məqsədlər üçün müntəzəm şəkildə kiçik vəsaitlər toplaya, faiz qazancı əldə edə bilərlər. “Dama-dama” məhsulu, xüsusən, qarşısına yeni mobil telefon, yaxud başqa müxtəlif cihazlar, səyahət paketləri, ziynət əşyaları və s. almaq kimi minimal hədəflər qoymuş şəxslər üçün unikal imkandır. Onlar “Dama-dama” hesablarına hər gün, hər həftə və ya hər ay kiçik məbləğlər daxil edə bilərlər. Eləcə də onlayn və POS terminal ödənişləri zamanı məbləği 1 manata, 5 manata, 10 manata qədər yuvarlaqlaşdırıb əlavə məbləği rəqəmsal yığım hesablarında toplamaq mümkündür. Bu zaman hədəflərə daha tez çatmaq olacaq. “Dama-dama” hesabında yığılan vəsaitlərə illik 6% gəlir hesablanır. Faiz qazancı hər ayın sonunda müştərinin hesabına əlavə olunur. Hesabdakı vəsaiti istənilən zaman istifadə etmək olar. Rəqəmsal hesab sahibi ABB mobile tətbiqi üzərindən hesabını rahatlıqla idarə edə bilir. “Dama-dama” məhsulu gələcəyini planlaşdıran gənclər, o cümlədən gənc ailələr, kiçik məbləğlərlə yığım etmək istəyənlər, şəxsi maliyyə intizamını gücləndirməyə çalışanlar, pul yığmaq üçün rahat alət axtaranlar, bir sözlə hər kəs üçündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!