Xəbər

Avtomobil almaq istəyənlər üçün ABB-dən sərfəli kredit!

ABB aşağı faiz dərəcələri ilə avtomobil kreditlərinin verilməsinə başlayıb. Avtomobil almaq istəyən, avtomobilini yeniləmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları bu fürsətdən yararlana bilərlər. Əməkhaqqı kartı istənilən bankdan olan hər kəsin ABB-dən avtomobil krediti almaq imkanı var. Avtomobil kreditinin şərtləri: Müddət – 60 aya qədər Faiz dərəcəsi – 12%-dən İlkin ödəniş – 10%-dən başlayaraq Komissiya - 0.5% (min. 20 AZN) Sənədləşmə çox sadədir. Avtomobil krediti istəyən müştərilər bütün rəsmi avtomobil dilerlərindən avtomobili seçərək, bankın uyğun filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb krediti sifariş edir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda növbə gözləmədən də avtomobil krediti müraciətini edə bilər. Avtomobil krediti barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən yüksək gəlirli əmanət kampaniyası!

Müştərilərə sərfəli fürsətlər yaradan ABB yeni əmanət kampaniyasına start verib. “Qış təklifi” kampaniyası çərçivəsində müştərilər manatla vəsaitlərini “Klassik” əmanət və DigiDeposit üzrə ABB-də yerləşdirib illik 11%-dək qazanc əldə edə bilərlər. Əmanətləri 6, 12, 18 və 24 ay müddətinə yerləşdirmək olar. “DigiDeposit” hesabını ABB mobile tətbiqi vasitəsilə tam rəqəmsal şəkildə açmaq mümkündür. Bu, filiala getmədən Bankda rahat və sürətli şəkildə əmanət yerləşdirməyə imkan verir. “Klassik” əmanət isə ABB filiallarında yerləşdirilir. Kampaniya yalnız yeni rəsmiləşdirilən əmanətlər üçün keçərlidir və avtomatik yenilənən (avtoprolonqasiya olunan) əmanətlər kampaniyada iştirak etmir. Bu fürsət 28.02.2026-cı il tarixinədək davam edəcək. Kampaniya şərtləri barədə ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-dən müəllimlərə sərfəli təklif

ABB 5 Oktyabr Müəllimlər Gününü təhsil işçilərinə özəl kampaniya ilə qeyd edir. Hər bir təhsil işçisi Bankın elan etdiyi yeni kampaniya çərçivəsində nağd pul kreditini ABB-dən sərfəli şərtlərlə ala bilər. Kreditin şərtləri: Məbləğ - 30 000 manatadək Müddət - 60 ayadək Komissiya - 0% Sığorta haqqı - 0% İllik faiz dərəcəsi – 12.9%-dən başlayaraq Kampaniya 12 oktyabr tarixinə qədər keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Krediti Banka gəlmədən ABB mobile tətbiqindən, yaxud Bankın saytından onlayn şəkildə də sifariş verib əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən müəllimlərə özəl kredit!

ABB 5 oktyabr “Müəllimlər günü”nə özəl olaraq yeni kredit kampaniyasına start verib. Bankın əmək haqqı kartı sahibi olan hər bir təhsil işçisi nağd pul kreditini indi ABB-dən cəmi 16%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər. Kreditin şərtləri: Məbləğ - 30 000 manatadək Müddət - 60 ayadək İllik faiz dərəcəsi – 16%-dən başlayaraq və maksimum 18% Zaminsiz Komissiyasız Kampaniya 04-12 oktyabr tarixləri arasında keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB mobil tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən sahibkarlar üçün kampaniya

Daim iş adamlarına faydalı olmağa çalışan ABB kiçik və orta sahibkarlar üçün yeni kampaniyaya başlayıb. Bankın elan etdiyi kampaniya “Sahibkarlara faydalı” adlanır. Kampaniya müddətində Bankın xidmət və məhsullarından yeni istifadə etməyə başlayan sahibkarlara SahibKart, Business/Korporativ kartı və əməkhaqqı kartları hədiyyə olaraq pulsuz veriləcək. Bundan başqa, Bankdan biznes krediti alan şirkət rəhbərlərinə, yaxud fərdi sahibkarlara TamKart Classic hədiyyə edilir, TamKart Gold, Platinum və Premium kartları isə 50% endirimlə təklif olunur. Kredit məbləğindən asılı olaraq sahibkarlar ABB-dən hədiyyə ABB Miles və ya Azercell kobrend kartı əldə etmək, yaxud bu kartları 50% endirimlə almaq fürsəti də qazanırlar. Standart tarifə uyğun gələn müştərilərin ticarət və xidmət məkanlarındakı POS-terminallarda və ya onların veb resurslarında “Azericard” prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bank kartları ilə qəbul edilmiş ödənişlər zamanı 50%-dək komissiya güzəşti edilir. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsində isə müştərilər komissiyada – 50%-dək endirim güzəşti və 12 ayadək güzəşt müddəti qazanırlar. Kampaniya 30 iyun 2021-ci il tarixinə qədər keçərlidir. Bu barədə daha ətraflı Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

ABB İnnovasiya Mərkəzində 2-ci İnkubasiya proqramına qəbul edilmiş layihələrin təqdimatı mərasimi keçirilib. Proqrama ümumən 151 komanda muraciət edib. Aparılan seçimlərə əsasən, 25 komanda 8 həftəlik intensiv preinkubasiya proqramında iştirak imkanı qazanıb. Bu komandalardan isə 10-u növbəti mərhələ kimi inkubasiya mərhələsinə keçib. İnkubasiya mərhələsini də uğurla başa vurmuş bu komandalar hazır layihələrini ABB İnvestor Klubunun üzvləri, ABB-nin rəhbər şəxsləri və digər sahə ekspertləri qarşısında təqdim ediblər. Bu layihələr Fintech, Elektron ticarət, iqtisadi dayanıqlılıq və s. bu kimi sahələri əhatə edir. İntensiv təlim proqramlarını özündə cəmləşdirən 2-ci İnkubasiya proqramı startap komandalarına öz ideyalarını biznesə çevirməkdə dəstək olub. Komandaların 1 avqust 2022-ci il tarixinədək investorlarla görüşlərinin keçirilməsi nəzərdə tutulub. İnvestisiya cəlb edə bilən, məhsullarını inkişaf etdirməyi bacaran və satışa hazır olan komandalar ABB İnnovasiya Mərkəzinin Akselerasiya proqramına keçid alacaqlar. Xatırladaq ki, Mərkəzin 1-ci proqramında da 12 startap layihəsi müvafiq mərhələləri uğurla başa vurub. Beləliklə, ABB İnnovasiya Mərkəzi indiyə qədər investorlara 22 startap layihəsi təqdim edib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət

Mənzil, ev, bağ almaq məqsədilə ilkin ödəniş məbləği toplayan müştərilərə ABB-dən maraqlı təklif var. Bank “Əmanətli ipoteka krediti” məhsulunun şərtlərini dəyişərək müştərilər üçün daha da sərfəli edib. Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir. Müştəri ABB-də “Əmanətli ipoteka krediti” hesabı açıb ora hər ay minimum 300 manat yerləşdirir. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik 9,5%-dək faiz gəliri hesablanır. Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Əmanət müddəti başa çatdıqdan sonra müştəri hesabında yığılmış vəsaitlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır. İpoteka şərtləri: - İllik faiz dərəcəsi: 10%-dən başlayaraq - Maksimal kredit məbləği: 500 000 AZN - Müddət: 25 ilədək - İlkin ödəniş: 15% - Komissiya: yoxdur ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!