Xəbər

Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

Ölkəmizdə innovasiya ekosisteminin inkişafı prosesində yaxından iştirak edən ABB İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin keçirdiyi startap layihələri müsabiqəsinə də dəstək verib. İlk mərhələdən keçmiş 10 layihə münsiflər heyətinə təqdim olunub. Onlar arasından 5 qalib seçilib. Belə bir müsabiqənin məqsədi ölkəmizdə Kraudfandinqin inkişafına kömək göstərməkdir. Kraudfandinq ən müasir maliyyələşmə mexanizmlərindən sayılır. Bu, hər hansı layihənın kollektiv maliyyələşdirilməsi metodudur. Startapların, kiçik biznes layihələrinin maliyyələşdirilməsində, xeyriyyə kampaniyalarında, mədəniyyət aksiyalarında bu metoddan geniş istifadə edilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ABB-nin dəstəyi ilə reallaşdırdığı bu təşəbbüs ölkəmizdəki startapçıların da Kraudfandinqin imkanlarından faydalanmasına şərait yaradacaq. Müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi veriləcək. Onlara peşəkar təqdimatların hazırlanmasında kömək göstəriləcək. Növbəti mərhələdə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalı həmin layihələri beynəlxalq Kraudfandinq platforması olan “Kickstarter”-də yerləşdirəcək. Beləliklə, bu startapların kollektiv maliyyələşdirilməsi üçün Kraudfandinq kampaniyasına start veriləcək. Qeyd edək ki, ABB ölkəmizdə startaplara dəstək məqsədilə özünün ABB İnnovasiya Mərkəzini də yaradıb. Bir neçə startap layihəsi hazırda burada inkubasiya mərhələsindədir. Mərkəz haqqında ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən 300.000 manatadək daxili ipoteka krediti!

ABB ev sahibi olmaq istəyənlər üçün çox sərfəli imkan yaradıb. İndi hər kəs arzusunda olduğu mənzilləri, fərdi yaşayış evlərini Bankın təklif etdiyi daxili kredit şərtlərindən faydalanmaqla çox asanlıqla əldə edir. Mənzil və ya fərdi yaşayış evlərinin alınması üçün kreditin şərtləri: Maksimal məbləğ: 300.000 manatadək Müddət: 20 ilədək İllik faiz dərəcəsi: 10%-dən başlayaraq İlkin ödəniş: 15%-dən başlayaraq Bankın müştərisi olmayan şəxslərə də kredit şərtlərindən yararlanmaq imkanı yaradılır. Daxili ipoteka krediti yalnız Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yerləşən əmlaklara ayrılır. Kreditin rəsmiləşdirilməsi prosedurları çox sadədir. Tələb edilən sənədlərin sayı azdır. Hər bir Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsini, bank hesabından çıxarışı və ya Elektron Hökumət Portalından arayışı təqdim etməklə bu kredit imkanından faydalana bilər. Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək mümkündür. Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “ABB universal bank olaraq müştərilərin ən müxtəlif ehtiyaclarını təmin edir. Yeni kredit məhsulumuz müştərilərimizə öz mənzil şəraitlərini yaxşılaşdırmaq imkanı verəcək. Bu məhsul tikinti sektorunda da canlanma yaradacaq”. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçiləcək

EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibi martın 10-da elan ediləcək. Müsabiqədə bu il Azərbaycandan 9 şirkət iştirak edir. Onlar ATL Tech, ELAD, Fortune Trade, IDEA, JL Tech, Your Decor and Events, ZIRA Natural & Gourmet şirkətləri, Portmanat və YIĞIM Ödəniş Sistemidir. Qalib bu şirkətlər arasından seçiləcək və “Dünya üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq. ABB üçüncü ildir ki, “EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyi verir. Bu, Bankın ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərin bir hissəsidir. EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. "EY İlin İş Adamı" müsabiqəsi Azərbaycandan başqa 60-dan çox ölkədə təşkil edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ekvita şirkəti və AZPROMO da müsabiqənin tərəfdaşlarındandır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB və Azercell “ƏDV geri al” xidmətini daha da asanlaşdırdı

ABB tərəfdaşları ilə imkanları birləşdirib müştərilərin işini daha da asanlaşdırır. Bank bu istiqamətdə inteqrasiya tədbirlərini davam etdirir. Növbəti belə layihələrdən biri Azercell şirkəti ilə həyata keçirilib. ABB-nin xidmət həllərinin bu şirkətin platformasına inteqrasiyası sayəsində istifadəçilər indi “ƏDV geri al” xidmətindən Azercell-in “Kabinetim” tətbiqində də istifadə edə bilərlər. Bunun üçün sadəcə tətbiqin müvafiq bölməsində alış-veriş qəbzi üzərindəki QR kodu oxutmaq lazımdır. ƏDV məbləğləri həm “Kabinetim” tətbiqində, həm də ABB mobile-da görünür. Bununla müştərilər daha bir üstünlük qazanırlar. “Kabinetim” istifadəçiləri yeni xidmətdən faydalanaraq ƏDV balansını dərhal Azercell nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərdən yararlana bilərlər. Bu cür inteqrasiya layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış olur. Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin sənədli əməliyyatlar portfeli 1 milyard manata çatıb

İş adamlarının etibarlı tərəfdaşı olan ABB biznesə dəstəyini sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahəsində də uğurla davam etdirir. Bankın bu istiqamət üzrə portfelinin həcmi martın sonuna 1 milyard manata çatıb. ABB biznes qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların ən müxtəlif növlərini təklif edir. Müştərilər Bankın akkreditiv, bank qarantiyası, inkasso, layihələrin maliyyələşməsi məhsullarından rahatlıqla istifadə edə bilərlər. ABB xaricdə ən geniş müxbir şəbəkəsinə malik Azərbaycan bankıdır. Dünyanın 30-a yaxın bankında, o cümlədən 4 ABŞ bankında müxbir hesabları var. Bundan başqa, 30-dan çox nüfuzlu bankla tərəfdaşlıq edərək sənədli əməliyyatların və ticarətin maliyyələşdirilməsi əməliyyatlarının aparılması üçün kredit xəttləri mövcuddur. ABB xarici tərəfdaşları olan banklardan da şirkətlər üçün qarantiya məktublarının alınmasını təmin edə bilir. Eyni zamanda, xarici bankların vəsaitləri hesabına layihələrin 10 ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait yaratmaq imkanındadır. Bütün bunlar iş adamları üçün böyük fürsətlər deməkdir. Belə ki, ABB-nin sənədli əməliyyat məhsulları hesabına müştərilər beynəlxalq ticarət əməliyyatlarını, hesablaşmalarını heç bir gecikmə yaranmadan həyata keçirə bilirlər. ABB-nin istənilən filialına müraciət etməklə bu imkanlardan yararlanmaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət

Mənzil, ev, bağ almaq məqsədilə ilkin ödəniş məbləği toplayan müştərilərə ABB-dən maraqlı təklif var. Bank “Əmanətli ipoteka krediti” məhsulunun şərtlərini dəyişərək müştərilər üçün daha da sərfəli edib. Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir. Müştəri ABB-də “Əmanətli ipoteka krediti” hesabı açıb ora hər ay minimum 300 manat yerləşdirir. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik 9,5%-dək faiz gəliri hesablanır. Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Əmanət müddəti başa çatdıqdan sonra müştəri hesabında yığılmış vəsaitlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır. İpoteka şərtləri: - İllik faiz dərəcəsi: 10%-dən başlayaraq - Maksimal kredit məbləği: 500 000 AZN - Müddət: 25 ilədək - İlkin ödəniş: 15% - Komissiya: yoxdur ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB tərəfindən Bank “BTB” ASC-nin aktivlərinin alınmasına dair məlumat

Bank “BTB” ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank “BTB” ASC ilə ABB arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmışdır. Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur. Proses çərçivəsində Bank “BTB” ASC-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanacaq. Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər. Bank “BTB” ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin ABB tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək. Müştərilər kredit ödənişlərinin edilməsi və müvafiq sənədləşmə işləri üçün ABB-nin istənilən filial və ya şöbəsinə yaxınlaşa bilərlər. Qeyd olunan məsələlərlə bağlı ABB-nin Məlumat Mərkəzinə (937) müraciət etməklə əlavə məlumat əldə oluna bilər.

Xəbər

“ABB” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “ABB” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ABB) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 25 oktyabr 2021-ci il tarixində saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, ABB-nin nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq koronavirus (Covid-19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarlarımızın sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə səsvermə bülleteni 10 oktyabr 2021-ci il tarixinədək ABB-nin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı haqqında Əsasnamə”nin 2.11-ci bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 24 oktyabr 2021-ci il tarixinədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün ABB-nin korporativ katibi tərəfindən həyata keçiriləcəkdir. “ABB” ASC-nin İdarə Heyəti

Xəbər

ABB-də qazanc fürsətləri!

Müştərilərinə yeni-yeni fürsətlər yaradan ABB “Black Friday” kampaniyasına start verib. Noyabrın 30-dək davam edəcək kampaniya zamanı müştərilərə TamKart debet Visa Classic, Mastercard Standard kartları, Azercell co-brand debet kartları, ABB Miles, ABB Miles Premium debet və kredit kartları güzəştli şərtlərlə təqdim olunur. Belə ki, TamKart debet Visa Classic, Mastercard Standard kartlarını kampaniya müddətində cəmi 5 manata əldə etmək olar. Yeni alınmış bütün Azercell co-brand debet kartlarında müştərilərə 7GB internet (600 bonus) hədiyyə verilir. 30 noyabr tarixinə qədər ABB Miles və ABB Miles Premium kartlarına da endirim tətbiq olunacaq. Belə ki, müştərilər ABB Miles kartını 20 AZN-ə, ABB Miles Premium kartını isə 120 AZN-ə əldə edə bilərlər. Qazanc fürsətləri bununla bitmir. TamKart debet və kredit kartları ilə onlayn alış-verişlərdə 100 manat və daha çox məbləğdə əməliyyatlardan əlavə 10 AZN keşbək qazana bilərsiniz. Eyni kartla maksimum 5 əməliyyat - 50 AZN keşbək qazanmaq imkanı var. Kampaniyada ilk 1000 kart iştirak edəcək, odur ki, fürsətləri dəyərləndirməyə tələsin. ABB-nin çeşidli ödəniş kartlarını buradan sifariş vermək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “Teknofest” Festivalında startapları dəstəkləyir

Bu gündən Azərbaycanda “Teknofest-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlanıb. Festival çərçivəsində təşkil olunan “TAKE OFF BAKU” startap sammitinin əsas təşkilatçısı ABB-dir. ABB özünün İnnovasiya Mərkəzinin imkanlarından faydalanaraq qlobal bazarlara çıxış potensialına malik startapların, xarici və yerli investorların cəlb olunmasında yaxından iştirak edib. Sammit zamanı investorlar, şirkətlər, xarici mentorlarla görüşlər keçiriləcək, startapların təqdimatı və mükafatlandırılması olacaq. “Teknofest” Festivalı 2018-ci ildən keçirilir. Festivalın təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı). Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu tədbirin tərəfdaşıdır. “Teknofest”in məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15 000 USD, 10 000 USD və 5 000 USD dəyərində maliyyə dəstəyi təqdim olunacaq. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçirilir. Festival haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!