Xəbər

ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi

ABB-nin “Faydalı keşbek” loyallıq proqramı üzrə 1-15 noyabr tarixləri arasında elan etdiyi kampaniya böyük maraqla qarşılanıb. Bankın kampaniya çərçivəsində təklif etdiyi “Zəfər paketi”ni 54 770 müştəri seçib. Bank onların qazandıqları keşbek məbləği qədər vəsaiti YAŞAT Fonduna ianə edib. Yəni, həm qazandıqları keşbek məbləği müştərilərin kart hesablarında qalıb, həm də ABB öz hesabına bu qədər məbləği YAŞAT Fonduna ianə olaraq köçürüb. İanələr 1 – 15 noyabr tarixləri arasında yığılmış keşbeklər üzrə həyata keçirilib. Bir nəfər üçün maksimum ianə məbləği 10 manat olub. Qeyd edək ki, YAŞAT Fondu 2020-ci ilin dekabrında yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstəkdir. YAŞAT Fondu yeni yaradılarkən ABB Fonda ilk ianə göstərən kommersiya qurumlarından olub. Bank YAŞAT Fonduna 1 milyon manat məbləğində ianə edib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 80-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib. Onlara ABB-nin bizneslər üçün yaratdığı yeni məhsul və xidmətlər haqqında geniş məlumat verilib. Bankın müxtəlif layihələri barədə maraqlı təqdimatlar olub. O cümlədən Bankın korporativ kartı və İslam bankçılığı aləti olan “Murabaha” məhsulu, “Fayda biznes” loyallıq proqramı, Ticarət və Təchizat zənciri platformaları, Flydesk xidməti müştərilərə təqdim edilib. İş adamlarını maraqlandıran çoxsaylı suallar cavabandırılıb. Tədbirin sonunda onlayn müsabiqə keçirilib və 10 qalib mükafatlandırılıb. Görüş işgüzar şam süfrəsi arxasında davam edib. Qeyd edək ki, 2016-cı ildən bəri hər il 25 aprel günü Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu, ölkəmizin sosial-iqtisadi həyatında sahibkarların roluna verilən böyük dəyər kimi cəmiyyətimizdə iş adamlarına dəstək əhval-ruhiyyəsini yüksəldir, biznes mədəniyyətini gücləndirir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

Tibb işçiləri üçün güzəştlər!

Tibb işçilərimizin fədakar əməyinə hər zaman yüksək dəyər verən ABB 17 İyun Tibb İşçilərinin Peşə Bayramı gününü özünəməxsus tərzdə təbrik edib. Bank bu günə özəl olaraq tibb işçiləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində ABB-nin TamKart Mastercard Gold, TamKart Visa Classic və TamKart Mastercard Standard kartları tibb işçilərinə pulsuz təklif edilir. Üstəlik, əməkhaqqını ABB vasitəsilə alan tibb işçilərinə bu kampaniya çərçivəsində TamKart üzrə ən azı 1000 AZN-lik kredit limiti ayrılacaq. TamKartın üstünlükləri, müştərilərə yaratdığı imkanlar haqqında ətraflı məlumatları buradan əldə etmək olar. Kampaniya dövründə tibb işçiləri nağd pul kreditini də ABB-dən 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə, həm də komissiyasız əldə edə bilərlər. 10 000 manata qədər kreditin rəsmiləşdirilməsinə görə onlardan zamin tələb olunmur. 17 iyundan 30 iyunadək davam edən bu kampaniyanın üstünlüklərindən Azərbaycanın hər bir tibb işçisi faydalana bilər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Apple Pay ilə ödəyin, 15 AZN keşbək qazanın!

Apple Pay ödəniş sisteminin yeni istifadəçiləri üçün ABB-də gözəl bir kampaniya başlanıb. Kampaniya müddətində müştərilər hər biri 10 manatdan az olmayan ilk 3 Apple Pay ödənişlərinə görə toplam 15 manat keşbək qazanacaqlar. Kampaniya 8 dekabrdan başlayaraq ilk 10.000 müştəriyə aiddir. Qazanılmış keşbək faizləri kampaniya müddətində müştərilərin bank hesabına qayıdacaq. Hər müştəri 15 manatlıq keşbəki yalnız bir dəfə qazana bilər. ABB ölkəmizdə Apple Pay sisteminin tətbiqinə başlayan ilk banklardandır. Apple Pay müştərilərə mobil telefonla təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırır. Apple Pay vasitəsilə həyata keçirilən bütün əməliyyatlar etibarlı şəkildə qorunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz. Apple Pay barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin sponsorudur

21 - 24 sentyabr 2022-ci ildə Şuşada “Shusha Chess 2022” beynəlxalq şahmat turniri keçiriləcək. Turnirin təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. SOCAR-ın baş sponsorluğu ilə keçirilən tədbirə ABB və “Azərxalça” da dəstək verir. Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilən ilk beynəlxalq şahmat turniridir. Tədbir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olub. “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq. “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinə sponsor dəstəyi ABB-nin müxtəlif istiqamətlərdə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinin davamıdır. Bu cür layihələrdə iştirakı ilə ABB ölkəmizdə fiziki və intellektual idman növlərinin kütləviləşməsinə, istedadlarımızın dəstəklənməsinə, cəmiyyətimizin gələcəyinə töhfə verməyə çalışır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “ƏDV geri al” xidmətini LeoBank istifadəçiləri üçün də əlçatan etdi

ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir, müştərilər üçün yeni dəyərlər yaradır. Maliyyə xidmətlərinin daha səmərəli, hər kəs üçün əlçatan və rahat olması üçün imkanlarını ölkəmizdəki başqa banklarla da paylaşır. Belə ki, ABB-nin “ƏDV geri al” xidmətindən artıq LeoBank istifadəçiləri də faydalana bilər. İndi alış-veriş qəbzlərini ABB-nin, yaxud LeoBankın mobil tətbiqində oxutmağınızdan asılı olmayaq geri qayıdan ƏDV məbləğləri eyni hesabda toplanır. Müştəri həmin vəsaitlərdən hər iki mobil tətbiq vasitəsilə istifadə edə bilir. Bundan əvvəl isə eyni imkan Azercell və Hesab.az-la da yaradılıb. Beləliklə, alış-veriş çeklərini artıq həm ABB mobile tətbiqi, həm Azercell, həm Hesab.az, həm də LeoBank tətbiqi vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplamaq olar. “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən yeni Tam DigiCard!

ABB rəqəmsal kart məhsulu olan Tam DigiCard-ı təqdim edib. Tam DigiCard MasterCard debet kartı bir çox bank xidmətlərindən rahat, illik limit olmadan və müxtəlif imtiyazlarla istifadə imkanı yaradır. Kartı anında əldə edib, Apple Pay və Google Pay-lə dərhal yararlanmaq olar. Tam DigiCard sahibləri ölkədaxili kartlara 7000 AZN-dək köçürmə və nağdlaşdırma əməliyyatları həyata keçirərkən heç bir komissiya ödəmirlər. Karta mədaxil zamanı da xidmət haqqı tutulmur. Bu yeni kartla hesabdakı pul qalığına illik 7%-dək gəlir qazanmaq olar. Həmçinin “Faydalı keşbek” paketlərindən birini seçib marketlərdə, restoranlarda, ərzaq və geyim mağazalarında, yanacaqdoldurma məntəqələrində ödəniş zamanı 10%-dək keşbek əldə etmək mümkündür. Müştəri bu kartla “2xƏDV geri al” xidmətindən də yararlana bilər. Hazırda Tam DigiCard-ın sifarişi yalnız ABB mobile tətbiqi ilə mümkündür. Müştəri kart sifarişini SİMA İmza ilə rahat formada rəsmiləşdirir. Kart tam pulsuzdur! Kartınızı sifariş edib anında aktivləşdirərək istifadəyə başlaya bilərsiniz, hər hansısa gözləmə müddətinə ehtiyac yoxdur. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin 3 müştərisi Disneyland-ə ailəvi səyahət qazandı

ABB-nin uzunmüddətli tərəfdaşı Visa ilə birgə keçirdiyi lotereya kampaniyası başa çatıb. Disneyin 100 yaşı münasibətilə təşkil olunmuş lotereyada Bankın Visa premial kart sahibləri iştirak edib. Onlar 20 sentyabra qədər ödənişləri ABB-nin Visa Platinum, Visa Signature və Visa Infinite debet/kredit kartları ilə aparıblar. Şərtlərə görə, həmin kartlarla 100 AZN (USD, EUR, GBP) məbləğində nağdsız ödəniş edən hər kəs 1 uduş şansı qazanıb. Lotereya bir tirajdan ibarət olub. Uduş oktyabrın 10-da ABB-in Baş ofisində keçirilib və tirajın oynanılması Bankın rəsmi Facebook səhifəsində canlı yayımlanıb. Qaliblər xüsusi proqram təminatının köməyi ilə, təsadüfi üsulla seçiliblər. 1-ci yerin qalibi Kaliforniyaya, 2-ci yerin qalibi Laplandiyaya, 3-cü yerin qalibi Londona tam səyahət paketi qazanıb. Hədiyyələr ABB-nin Baş ofisində qaliblərə təqdim olunub. ABB-nin ödəniş kartlarının yaratdığı fürsətlərdən faydalanmaq üçün kartları buradan onlayn sifariş etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!

ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində keçirilən “Karyera Həftəsi” başa çatıb. “Karyera Həftəsi”nə ümumilikdə 137-dən çox qurum qatılıb. Tədbir ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar edərək ölkəmizin əmək bazarındakı mövcud imkanlar haqqında ətraflı məlumat veriblər. Layihə “Karyera Sərgisi” ilə tamamlanıb. “Karyera Sərgisi”ndə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib. “Karyera Həftəsi” zamanı müvafiq prosedurlar əsasında 10 tələbə seçilib. Onlar xüsusi seçimlə ABB-nin Təcrübə proqramına qatılmaq imkanı qazanıblar. Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub. Belə layihələrin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir. Sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB bu cür faydalı layihələri fəal şəkildə dəstəkləyir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya!

ABB 8 Noyabr Zəfər Gününə özəl olaraq sosial məsuliyyət yönümlü keşbek kampaniyasına start verib. 1-15 noyabr 2025-ci il aralığında ABB-nin kartları ilə ödəniş edən müştərilərin qazandıqları keşbekin 10 AZN-ə qədər olan hissəsini Bank öz hesabına YAŞAT Fonduna ianə edəcək. Beləliklə, müştərilər həm özləri keşbek qazanacaqlar, həm də YAŞAT Fonduna ianələrin edilməsinə dəstək olacaqlar. Müştərilər ABB mobile tətbiqindəki “Paket seçimi” bölməsində “Zəfər paketi”ni aktivləşdirərək bu kampaniyaya qoşula bilərlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!