Xəbər

ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!

İnvestorlara yeni qazanc fürsətləri yaradan ABB istiqrazlarına abunə yazılışının başlandığı elan edilib. Fiziki şəxslər 17 mart 2026-cı il tarixinədək ABB istiqrazlarına abunə yazıla bilərlər. İstiqrazların əldə olunması prosesi kütləvi yerləşdirmə üsulu ilə həyata keçiriləcək. Adlı, faizli, təmin edilməmiş, sənədsiz istiqrazların 1 ədədinin nominal dəyəri 100 manatdır. Qiymətli kağızın ümumi sayı 2 buraxılışın hər birində 50 min olmaqla 100 min olacaq. ABB istiqrazları 1 və 2 il müddətinə buraxılır. Tədavül müddəti 1 il olan istiqrazlarda illik faiz dərəcəsi 10%, 2 il olanlarda 11%-dir. Faiz gəliri rüblük ödənilir və bu gəlirdən vergi tutulmur. İstiqrazların əldə edilməsində fiziki şəxslər üstünlük hüququna malikdirlər. İstiqrazların təkrar bazarda satışı imkanları da yaradılacaq. ABB istiqrazlarına ABB mobile tətbiqi vasitəsilə abunə yazılmaq mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış müvafiq “Anlaşma Memorandumu" əsasında təşkil olunub. Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il ərzində ümumilikdə 1 000 000 ağac əkməkdir. Aksiya Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə keçirilib. Başlanğıc günündə 1 hektar ərazidə 625 ağac əkilib. Növbəti günlərdə isə ağacəkmə 60 hektar sahədə aparılacaq. Bu il ümumən 37 500 ağac əkiləcək. Müvafiq qurumların, o cümlədən ABB-nin dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-dən prokurorluq işçilərinə özəl kredit!

ABB 01 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə yeni bir kampaniyaya start verib. Bankın əməkhaqqı kartı sahibi olan prokurorluq işçiləri 1 oktyabrdan 10 oktyabra qədər nağd pul kreditini indi ABB-dən cəmi 16%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər. Kreditin şərtləri: Məbləğ - 30 000 manatadək Müddət - 60 ayadək İllik faiz dərəcəsi - 16%-dən başlayaraq və maksimum 18% Zaminsiz Komissiyasız Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB mobil tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən hər kəsə nağd pul krediti

Əmək haqqını ABB-nin kartı ilə almayan müştərilər də artıq bu Bankın sərfəli kreditlərindən faydalana bilərlər. ABB hər kəsə nağd pul krediti əldə etmək imkanı yaradır. Kredit alan müştərilərə TamKart da hədiyyə edilir. Kreditin şərtləri: Məbləğ: 15000 manat Müddət: 48 ayadək İllik faiz dərəcəsi: 18%-dən başlayaraq 10 000 manatadək zaminsiz Minimum 500 AZN-lik TamKart kredit kartı hədiyyə Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə ABB-nin filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri isə krediti Banka gəlmədən ABB mobil tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

ABB-dən vergi xidməti işçiləri üçün kredit

ABB 11 fevral Vergi xidməti işçilərinin peşə bayramı gününə özəl olaraq yeni kampaniyaya start verib. Bütün vergi xidməti işçiləri 10 fevraldan 21 fevrala qədər (21 fevral da daxil olmaqla) nağd pul kreditini indi ABB-dən 15%-dən başlanan illik faiz dərəcəsi ilə əldə edə bilər. Kreditin şərtləri: Məbləğ - 30 000 manatadək Müddət - 60 ayadək Komissiya – 0% İllik faiz dərəcəsi – 15%-dən başlayaraq 1000 manatlıq TamKart kredit kartı hədiyyə Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB mobile tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

TamGənc VISA kartını ABB-dən pulsuz əldə et!

ABB TamGənc VISA kartı sahibi olmaq istəyən gənclər üçün gözəl fürsət yaradıb. Bankın elan etdiyi kampaniya çərçivəsində 15 fevrala qədər TamGənc kartını onlayn sifarişlər zamanı pulsuz almaq olar. Üstəlik, kampaniya müddətində TamGənc kartı ilə kinoteatr, teatr və konsert biletləri, oyun və rəqəmsal məhsullar aldıqda, kafe-restoran, taksi xidmətlərindən, dəmiryolu nəqliyyatından istifadə etdikdə, eləcə də gül dükanları, kosmetika, ətriyyat və kitab mağazalarında, musiqi platformalarında ödənişlərdə 10% keşbek hesablanır. Digər əməliyyatlarda isə keşbek standartdır. ABB-nin TamGənc kartı 18-25 yaş arası gənclər üçündür. Bu kart hesabda olan pul qalığına illik 7%-dək gəlir qazandırır. Kart sahibləri aylıq 7000 AZN-dək məbləğdə ölkədaxili kartlara köçürmə və bütün ATM-lərdə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən heç bir komissiya haqqı ödəmirlər. TamGənc kartının sifarişi onlayn qaydada bu link vasitəsilə və ya ABB mobile tətbiqi ilə mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

TamGənc kartını ABB-dən pulsuz əldə et!

ABB TamGənc kartı sahibi olmaq istəyən gənclər üçün gözəl fürsət yaradıb. Bankın elan etdiyi kampaniya çərçivəsində 15 fevrala qədər TamGənc kartını onlayn sifarişlər zamanı pulsuz almaq olar. Üstəlik, kampaniya müddətində TamGənc kartı ilə kinoteatr, teatr və konsert biletləri, oyun və rəqəmsal məhsullar aldıqda, kafe-restoran, taksi xidmətlərindən, dəmiryolu nəqliyyatından istifadə etdikdə, eləcə də gül dükanları, kosmetika, ətriyyat və kitab mağazalarında, musiqi platformalarında ödənişlərdə 10% keşbek hesablanır. Digər əməliyyatlarda isə keşbek standartdır. ABB-nin TamGənc kartı 18-25 yaş arası gənclər üçündür. Bu kart hesabda olan pul qalığına illik 7%-dək gəlir qazandırır. Kart sahibləri aylıq 7000 AZN-dək məbləğdə ölkədaxili kartlara köçürmə və bütün ATM-lərdə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən heç bir komissiya haqqı ödəmirlər. TamGənc kartının sifarişi onlayn qaydada bu link vasitəsilə və ya ABB mobile tətbiqi ilə mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

TamKart al, 30 manatadək hədiyyə qazan!

ABB TamKart sahibləri üçün Bahar kampaniyasına start verib. İndi yeni TamKart kredit kartı əldə edən müştərilər nağdsız ödənişlər zamanı 30 manatadək hədiyyə qazanacaqlar. Kampaniya bütün növ TamKart kredit kartı sahiblərinə aiddir və aprelin 10-a qədər davam edəcək. Bu barədə daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. TamKart eyni vaxtda həm debet, həm kredit kartı funksiyasını özündə birləşdirən kartdır. Bu kart müştərilərə Bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və 40%-dək keşbek imkanı yaradır. Əlavə olaraq qeyd edək ki, TamKart kredit kartı ilə istifadə edilmiş vəsaiti 60 gün güzəşt müddətində faizsiz geri ödəmək mümkündür. Üstəlik, TamKart debetlə ölkədaxili bütün ATM-lərdə 7 000 manatadək nağdlaşdırmaya və ölkədaxili bütün bank kartlarına köçürmələrə görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən tam rəqəmsal təcrübə ilə “İnvoysların maliyyələşdirilməsi”

Bizneslərin etibarlı tərəfdaşı olan ABB daha bir imkanı sahibkarlara təqdim edib. İş adamları ABB Business İnternet Bank platforması üzərindən 3 000 000 AZN-ə qədər “İnvoysların maliyyələşdirilməsi” kreditini rahatlıqla əldə edə bilərlər. Bu kredit məhsulunun əsas üstünlüyü vəsait məbləğinin yüksək olması, rəsmiləşdirmə prosesinin daha az sənədlə, sürətli və rahat şəkildə aparılmasıdır. Belə ki, sahibkar filiala yaxınlaşmadan rəqəmsal platformada sadəcə müraciət formasındakı məlumatları daxil edir, tələb olunan sənədləri yükləyərək göndərir və müqaviləni onlayn şəkildə rəsmiləşdirib vəsaiti tam rəqəmsal təcrübə ilə maksimum 2 günə alır. Məbləğ: 3 000 000 AZN-ə qədər İllik faiz dərəcəsi: 10%-dən başlayaraq Müddət: 18 ayadək B2B (“business to business”) prinsipi ilə fəaliyyət göstərən, biznes müştərilərinə mal və ya xidmət təchiz edən, alıcıları ilə hesablaşmaları nağdsız formada aparan bütün sahibkarlar bu imkandan yararlana bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

ABB uzunmüddətli tərəfdaşı olan Mastercard şirkəti ilə birgə Sustainability Sandbox Hakatonuna start verdiyini elan edib. Hakatonun məqsədi Azərbaycanın ev sahibliyi etdiyi COP29 dövründə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verən fintek ideyalarının təqdim olunmasıdır. Hakaton onlayn keçiriləcək, noyabrın 14-dən 18-dək davam edəcək. Qalib komandaya 10 000 ABŞ dolları məbləğində mükafat veriləcək. Komanda öz ideyalarını reallaşdırmaq üçün Mastercard-ın Sandbox xidmət platformasından faydalanmaq imkanı da qazanacaq. Belə ki, qalib startapçılara öz ideyalarını təcrübədən keçirmək üçün Mastercard-ın xüsusi məlumat bazasına çıxış imkanı yaradılacaq. İdeya özünü doğruldarsa, Mastercard onun geniş planda reallaşmasına dəstək verəcək. İştirak üçün müraciətlərin qəbulu zamanı karbon emissiyalarının izlənməsi və ESG həllərinə xüsusi diqqət yetiriləcək. İştirak etməkdə maraqlı olan startapçılar 6 noyabr tarixinə qədər bu linkdə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün: [email protected] ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!