Xəbər

ABB “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatına layiq görüldü!

Ölkəmizin bank sektorunda ən yaxşı işəgötürən olmağı qarşısına hədəf qoymuş və buna doğru ardıcıl irəliləyən ABB “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatının sertifikatını əldə edib. Təşkilatın auditorları 3 ay çəkən sertifikasiya prosesində dünya təcrübəsindən irəli gələn 255 norma üzrə dəyərləndirmə aparıblar. Bu təcrübələrin ABB-də mövcudluğu yoxlanıb. Təhlillər iş mühiti, istedadların cəlbi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah, inkişaf və s. kimi istiqamətləri əhatə edib. ABB-nin müvafiq meyarları 88% yerinə yetirdiyi müəyyənləşib və Bank “Ən yaxşı işəgötürən” sertifikatına layiq görülüb. Qeyd edək ki, bu beynəlxalq sertifikatın əldə olunması üçün minimal normativ tələb 60%-dir. Dünya təcrübəsinə əsasən, sözügedən sertifikatı alan şirkətlərin ortalama nəticəsi 85%-dir. Göründüyü kimi, ABB bu sahədə də mövcud dünya təcrübəsindən daha üstün nəticə göstərib. Beləliklə, fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, əməkdaşları üçün layiqli iş şəraiti yaratdığını bir daha nümayiş etdirib. Top Employers Institute indiyə qədər 121 ölkə və regionda 2300-dən çox təşkilatın sertifikatlaşdırılmasını aparıb. Qurumun həyata keçirdiyi sertifikasiya prosesləri qlobal miqyasda 12 milyondan çox işçinin həyatına müsbət təsir göstərməkdədir. “Ən yaxşı işəgötürən” sertifikatını əldə etmiş şirkətlər sırasında BP, Coca-Cola, HSBC, Unicredit, BMW, Puma, Pepsico, Toyota, Walmart, Philip Morris İnternational, Ferrari, Mercedes, Marriot İnternational, Bosh, HUAWEI, Vodafone, EY kimi dünya brendləri də var. “Top Employers Institute” təşkilatı haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!

İnvestorlara yeni qazanc fürsətləri yaradan ABB istiqrazlarına abunə yazılışının başlandığı elan edilib. Fiziki şəxslər 17 mart 2026-cı il tarixinədək ABB istiqrazlarına abunə yazıla bilərlər. İstiqrazların əldə olunması prosesi kütləvi yerləşdirmə üsulu ilə həyata keçiriləcək. Adlı, faizli, təmin edilməmiş, sənədsiz istiqrazların 1 ədədinin nominal dəyəri 100 manatdır. Qiymətli kağızın ümumi sayı 2 buraxılışın hər birində 50 min olmaqla 100 min olacaq. ABB istiqrazları 1 və 2 il müddətinə buraxılır. Tədavül müddəti 1 il olan istiqrazlarda illik faiz dərəcəsi 10%, 2 il olanlarda 11%-dir. Faiz gəliri rüblük ödənilir və bu gəlirdən vergi tutulmur. İstiqrazların əldə edilməsində fiziki şəxslər üstünlük hüququna malikdirlər. İstiqrazların təkrar bazarda satışı imkanları da yaradılacaq. ABB istiqrazlarına ABB mobile tətbiqi vasitəsilə abunə yazılmaq mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB Miles kartlarını alanlar üçün “Xoş gəldin” kampaniyası!

ABB özünün yeni kart məhsullarından olan ABB Miles kartları ilə bağlı yeni kampaniyaya start verib. “Xoş gəldin” adlanan kampaniya çərçivəsində oktyabrın 12-ə qədər hər bir yeni ABB Miles kartı alan müştəriyə dövriyyə tələbi olmadan 2000 mil, ABB Miles Premium kartı istifadəçilərinə isə 4000 mil hədiyyə ediləcək. ABB Miles kartlarını buradan onlayn sifariş vermək olar. ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB Miles kartlarının bir çox üstünlükləri var. Kartdan istifadə müddəti 3 ildir. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində mil balansını yoxlamaq olur. “QayğıCash proqramı” çərçivəsində ABB ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş keşbek faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir. Müasir dövlət bankı olan ABB-nin məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

Bu yarışmada artıq 5 mindən çox şagird qeydiyyatdan keçib

Müsahibimiz ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı Zaur Ələkbərovdur -ABB bir neçə gün əvvəl Riyaziyyat Yarışmasına qeydiyyat elan etdi. Bu layihədə məqsəd nədir? -Bütün ölkəboyu riyaziyyat sahəsində xüsusi istedadı olan gənclərimizi üzə çıxarıb onların inkişafına dəstək vermək istəyirik. Əsas məqsəd budur. Bilirsiniz ki, artıq bir neçə ildir, Bankımızın ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi fəaliyyətdədir. Müxtəlif təhsil proqramlarımızla, hər il keçirdiyimiz ənənəvi hakatonlarla, universitetlərlə genişlənən tərəfdaşlıq əlaqələrimizlə talantları cəlb edirik. Onların sırasından həm əmək bazarı üçün bacarıqlı kadrlar yetişir, həm də ABB İnnovasiya Mərkəzində müəyyən startap ideyalarını reallaşdıran komandalar formalaşır. Biz istedadları indiyə qədər, əsasən, universitetlərdən və əmək bazarına yenicə daxil olmuş məzunlar arasından axtarırdıq. Hiss edirdik ki, artıq lap erkən yaş dövrlərindən başlamaq lazımdır. ABB Riyaziyyat Yarışması ideyası belə yarandı. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu təşəbbüsümüzə dəstək verdi. Onu da deyim ki, yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəyə malik yerli və xarici mütəxəssislər cəlb olunub. -Bu yarışmada kimlər iştirak edə bilər? -Orta məktəblərin 9-cu, 10-cu və 11-ci siniflərində təhsil alan, riyazi biliklərinə güvənən hər bir gəncimiz ABB Riyaziyyat Yarışmasına qatıla bilər. Artıq bu yarışmada 5 mindən çox şagird qeydiyyatdan keçib. Onların 53%-i Bakı və Sumqayıt, 47%-i region məktəblərindəndir. Layihəyə bu qədər böyük maraq istedadlar arasından ən istedadlıları seçməyə imkan verəcək. -Seçim necə aparılacaq? -Yanvarın 10-da qeydiyyat tamamlanır. Ondan sonra bir neçə mərhələlik seçim prosesi başlanacaq. Yanvarın 12-də ilk onlayn test olacaq. Bu mərhələdən keçənlər 17-19 yanvar tarixlərində xüsusi müşahidə platformasının tətbiqi ilə daha bir test imtahanı verəcəklər. Bu mərhələnin qalibləri isə 23-25 yanvar tarixlərində müsahibə mərhələsinə dəvət olunacaqlar. -Müsahibə hansı formada təşkil ediləcək? -Real ünsiyyət rejimində olacaq. Bütün mərhələlərdən uğurla keçmiş 30 nəfər seçiləcək. Onların hər biri yarışmanın qalibləri sayılacaq və bu 30 nəfər üçün Bakıda 10 günlük intensiv riyaziyyat təlimləri təşkil ediləcək. Regionlardan gəlmiş iştirakçıların Bakıdakı təlimlərə qatılmaq xərcləri qarşılanacaq. Təlimlərin sonuncu günü final yarışı təşkil edəcəyik. 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə əlavə olaraq pul mükafatları təqdim ediləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Digər qaliblər nailiyyət sertifikatları alacaqlar. Bir sözlə, qeydiyyatdan keçmiş bütün gənclərimizi qarşıda çox maraqlı və faydalı bilik yarışı gözləyir. Bu yarış iştirakçıların biliklərini və problem həlletmə qabiliyyətlərini inkişaf etdirəcək. Onlar gənc riyaziyyatçılar icmasının bir üzvünə çevriləcəklər. Riyaziyyat elminin köməyi ilə yeni sahələr kəşf edəcəklər. Əminik ki, ABB Riyaziyyat Yarışması onların həyatında xoş bir başlanğıc olacaq.

Xəbər

Elektron ticarətlə məşğul olanlara Azərbaycan Beynəlxalq Bankından dəstək

Elektron ticarətini quran, eləcə də ABB-nin digər nağdsız ödəniş imkanlarından faydalanan sahibkarların işini asanlaşdırmaq, bizneslərinin inkişafına dəstək olmaq məqsədilə Bank yeni kredit məhsulunu onlara təqdim edib. “E-COM və E-POS Terminal kredit xətti” adlanan kreditdən Bankın POS-terminal, Smart kassa və E-commerce sisteminin bütün istifadəçiləri faydalana bilərlər. Bu kreditin əsas üstünlükləri sərfəli faizləri, rəsmiləşdirmə prosesinin maksimum rahatlığı və operativliyidir. Kreditin rəsmiləşdirilməsi zamanı əlavə maliyyə təhlilinə ehtiyac qalmır. Sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitini qısa zamanda əldə edə bilirlər. Bu məhsul iş adamlarının dövriyyə kapitalının dəstəklənməsinə xidmət edir. Kreditin özəllikləri: Məbləğ: 5000 AZN-dən 350 000 AZN-dək Müddət: 12 ay İllik faiz dərəcəsi: 12%-dən başlayaraq Təminatsız “E-COM və E-POS Terminal kredit xətti”nin imkanlarından faydalanmaq istəyən sahibkarlar ABB-nin istənilən filialına müraciət edə bilərlər. Kredit barədə əlavə məlumatları buradan öyrənmək mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Qarabağ Universitetinin 45 tələbəsinə təqaüd ayıracaq

İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Təhsilin İnkişafı Fondunun, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının, Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Forum çərçivəsində ABB ilə Təhsilin İnkişafı Fondu arasında təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb. Anlaşmaya əsasən, Bank Qarabağ Universitetinin yüksək təhsil nailiyyətləri olan 45 tələbəsinə illik təqaüd verəcək. Təqaüd 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunaraq burada təhsil alan gənclərə ayrılacaq. Forum çərçivəsində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ətrafında panel müzakirələri təşkil edilib. Panel müzakirələrindən biri də Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanlarına həsr olunub. Müzakirələrdə ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də çıxış edib. O, Qarabağ regionunda innovasiyalar və startap ekosisteminin inkişafı üçün birgə tərəfdaşlıq əsasında görülməli olan işlər barədə danışıb. ABB-nin təcrübələrini bölüşərək Bankın bu sahədə inkişaf proseslərinə verə biləcəyi töhfələri diqqətə çatdırıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir

ABB 27 aprel 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə başlayır. Bank ölkəmizin kapital bazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqraz çıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlar üzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklif ediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək. ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək. ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapital bazarlarında davamlı aktivliyi təmin etməkdir. Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiya zamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə istiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyon manat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!