Xəbər

ABB-nin təşkilatçılığı ilə İpoteka Sərgisinə dəvətlisiniz!

Mənzil sahibi olmaq, öz evini tikmək istəyənlərin nəzərinə! 1 iyun tarixində ABB və partnyorlarının təşkilatçılığı ilə Muğam Mərkəzində “İpoteka Sərgisi” təşkil olunacaq. Sərginin qonaqları Bankın təklif etdiyi bütün ipoteka növləri, partnyor tikinti şirkətləri, onlardan mənzil almağın şərtləri ilə yaxından tanış ola biləcəklər. Tədbirdə iştirak edəcək partnyor tikinti şirkətləri: • “Sea Breeze”• “Dreamland”• “Melissa Group”• “Alians Development and Construction”• “Kristal Abşeron”• “Bakstone Construction”• “Avant Group MTK”• “Winter City Group”• “Blue City”• “Nobel-A MTK” Tikinti şirkətləri ilə yanaşı, sərgiyə partnyorlarımız “Mənzil Park”, "İtaldizain" və "Saloğlu" mebel şirkəti də qatılacaq və ipoteka kreditinə müraciət edən müştərilərimiz üçün xüsusi təkliflər təqdim edəcəklər. "İpoteka Sərgisi" yalnız 1 gün – 1 iyun tarixində saat 10:00-dan 17:00-a qədər davam edəcək. Sərgiyə giriş sərbəstdir. İpoteka növləri və müraciət üçün: Daha ətraflı

Xəbər

ABB səhmləri kifayət qədər sərfəli investisiya alətidir - Müsahibə

ABB-nin yeni buraxılmış səhmlərinə abunə yazılışı davam edir. Artıq 9 mindən çox investor 11 mindən çox sifariş yerləşdirib. Müsahibimiz ABB-nin yeni səhm emissiyasının anderrayteri olan “ABB İnvest” Şirkətinin direktoru Nadir Babazadədir. -ABB-nin yeni səhmlərinə belə yüksək maraq nədən irəli gəlir? -ABB-nin səhmləri kifayət qədər sərfəli investisiya alətidir. Bir tərəfdən, bu səhmlər yüksək dividend gəliri qazandırır, digər tərəfdən səhmlərin özünün də qiymətinin yaxın gələcəkdə artım potensialı böyükdür. ABB səhmdarlarına dividend ödənişi son illər ərzində bir neçə dəfə artaraq bir səhm üzrə 0.041 manata çatıb. Bu da səhmin nominal dəyərinin 15.1%-ni təşkil edir. Bunu da müşahidə edən və dəyərləndirən investorların sayı az deyil. -ABB səhmlərini kimlər və necə əldə edə bilər? - İstənilən fiziki və hüquqi şəxs ABB səhmlərini əldə edə bilər. Bir önəmli məlumatı bölüşüm. Bu günlərdə mediada elan edildiyi kimi, səhmlərə abunə yazılışı prosesinə artıq ölkəmizdəki digər banklar da qoşulub. Beləliklə, ABB səhmlərini ABB mobile tətbiqi, ABB-nin və digər bankların filialları, ölkəmizdə fəaliyyət göstərən bütün investisiya şirkətləri vasitəsilə sifariş vermək olar. - İnvestorlar səhmləri hansı qiymətlə ala bilərlər? - Hələlik, yalnız səhmlərin ilkin təklif qiymətindən danışa bilərik. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə investorlar öz sifarişlərini 27 qəpik və ya daha yuxarı qiymətlə təqdim edə bilər. Sifarişdə qiymət nə qədər yuxarı göstərilsə, sifarişin təmin edilməsi ehtimalı da bir o qədər artır. Əgər abunə yazılışı dövründə toplanılan sifarişlərin həcmi əlavə buraxılan səhmlərin sayından, yəni 322 000 000 ədəd səhmdən çox olsa, o zaman daha yuxarı qiymətlə verilmiş sifarişlər ilk növbədə təmin ediləcək. - Sifarişlər nə vaxtdan yerləşdiriləcək? - Abunə yazılışı sentyabrın 10-da bitir. Abunə yazılışı bitdikdən sonra 2 iş günü ərzində yerləşdirmənin başlanma və başa çatma tarixi ilə bağlı elan veriləcək və toplanmış sifarişlər yerləşdiriləcək. Bu arada onu da qeyd edim ki, qanunvericiliyə görə, yerləşdirmə üçün maksimal müddət 7 iş günüdür - Yerləşdirmə hansı qaydada icra ediləcək? - Abunə yazılışının müddətinin sonunda ABB-nin üstünlük hüququndan istifadə etmək niyyəti bildirmiş səhmdarlarının sifarişləri xaric, bütün sifarişlər qiymətə görə sıralanmaqla icra olunacaq. Əgər toplanan sifarişlər üzrə alınan səhmlərin sayı təklif edilən səhmlərin sayından, yəni 322 000 000 ədəddən çox olsa, daha yüksək qiymətlə verilmiş sifarişlər ilk növbədə icra ediləcək. Eyni qiymətlə verilmiş sifarişlər isə sifariş üzrə alınan səhmlərin sayına görə mütənasib qaydada icra ediləcək. - Sifarişi icra edilməyən investorların ödədikləri vəsaitlərin taleyi necə olacaq? - Sifariş icra edilmədikdə, sifariş üzrə ödənilmiş məbləğ investorun bank hesabına geri qaytarılacaq. Bir mühüm məlumatı da diqqətə çatdırmaq istərdim. Nəzərə alaraq ki, səhmlərin dəyərini əvvəlcədən ödəyən investorların vəsaitləri 10 sentyabr tarixinə qədər ABB-də qalacaq, onların bu vəsaitlərindən də qazanmaları üçün ABB daha bir sərfəli fürsət yaradıb. Onlar 10 sentyabr tarixinə qədər ABB-də qalan vəsaitlərinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Üstəlik, bu faiz gəliri investorlara əvvəlcədən ödənilir. Yerləşdirmənin nəticəsinə əsasən, səhm sifarişi icra olunanlara da, ABB səhmlərini əldə edə bilməyib vəsaiti geri qaytarılanlara da bu faiz gəliri ödənir. - Abunə yazılışı və yerləşdirmə bitdikdən sonra ABB səhmlərini satmaq mümkündür? - Bəli. Yerləşdirmə müddəti bitdikdən sonra əldə edilmiş səhmlər “ABB-İnvest” İnvestisiya Şirkəti QSC-yə və ya digər investisiya şirkətlərinə sifariş verilməklə satış həyata keçirilə bilər. Yaxın gələcəkdə səhmlərin ABB mobile vasitəsilə elektron formada satışı da mümkün olacaq.

Xəbər

ABB-nin yeni səhmdarları da 2024-cü ilin nəticələri üzrə dividendlər alacaqlar

Müsahibimiz Bankın İdarə Heyəti sədrinin müavini Nəbi Əliyevdir. - ABB bir neçə gün əvvəl maliyyə göstəricilərini açıqladı. İlk yarımilliyin nəticələrinə əsasən, Bankın bu ili də böyük həcmdə mənfəətlə başa vuracağını proqnozlaşdırmaq olarmı? - ABB 2024-cü ilin birinci yarısını 172 milyon manatdan çox xalis mənfəətlə başa vurdu, ötən ilin müvafiq dövründə bu rəqəm 164 milyon manat olmuşdu. 2023-cü ili 322,3 milyon manat xalis mənfəətlə tamamlamışdıq, bu isə, son illərdə ABB-nin və ümumən ölkə banklarının mənfəətində ən yüksək göstərici idi. Cari ilin ilk altı ayının nəticələri isə göstərir ki, böyük ehtimal, ABB bu il də yüksək mənfəət əldə edəcək. Bu isə mövcud və yeni səhmdarlarımız üçün yüksək gəlir deməkdir. -Sentyabrın 10-da ABB-nin səhmlərinə abunə yazılışı tamamlanır. Bankın minlərlə yeni səhmdarı da builki mənfəətdən dividend ala biləcəkmi? -Əlbəttə, yeni səhmdarlarımız da təkcə Bankın cari ilinin deyil, habelə növbəti illərinin də maliyyə nəticələrinə əsasən, dividend gəlirləri əldə edəcəklər. Bank rəhbərliyi 2024-cü ilin yekunları üzrə səhmdarlarımıza dividendin verilməsi məsələsinin Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməsi üçün müvafiq qaydada təklif irəli sürəcək. Düşünürük ki, ötən illərdə olduğu kimi Səhmdarların Ümumi Yığıncağında bu təklif dəstəklənəcək. Bu isə o deməkdir ki, yeni səhmdarlarımız da gələn ilin ortalarına qədər ABB-dən dividend qazancı əldə edəcəklər. - Səhmdarların dividend qazancı nə qədər olacaq? - ABB son 6 ildə səhmdarlarına ardıcıl şəkildə dividendlər ödəməkdədir. Son illərdə dividend məbləği ardıcıl artır. Belə ki, 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat dividend ödəmişik. Səhmbaşına düşən dividend 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. Faizlə ifadə etsək, 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Proqnozlarımıza görə, gələn il də səhmdarlarımızın dividend gəliri 15%-dən çox olacaq. - İndiyə qədər neçə investor ABB səhmlərinə abunə yazılıb? - Artıq 13 mindən çox investor 17 minə yaxın sifariş yerləşdirib. Bu, ölkəmizin qiymətli kağızlar bazarı üçün tarixi bir göstəricidir. Çünki səhmlərin kütləvi təklifi prosesində bu qədər investorun iştirakı heç vaxt olmayıb. Cəmi ay yarım ərzində ABB səhmləri üçün bu qədər vətəndaşımızın sifariş yerləşdirməsi Bankımızın gələcəyinə olan böyük inamı, ABB səhmlərinə yüksək marağı göstərir. Hazırda ABB səhmdarlarının ümumi sayı 1800-ə yaxındır. Səhmlərə belə kütləvi marağa əsaslanaraq əminliklə deyə bilərik ki, biz Bankımıza on minlərlə yeni investorun cəlb edilməsi hədəfinə çatacağıq. - Bildiyimiz qədər, indi səhm sifarişlərini başqa bankların filiallarında da yerləşdirmək olur... - Bəli, səhmlərə ABB mobile tətbiqi, ölkəmizdəki əksər bankların filialları, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə abunə yazılmaq mümkündür. Səhm almaq niyyətində olan investorlara tövsiyəmiz bu olardı ki, qərarlarını sürətləndirib sifarişlərini vaxtında etsinlər. Çünki müddət azalır, hazırki proses sentyabrın 10-da tamamlanacaq. Digər tərəfdən, səhm sifariş etmiş investorlar 10 sentyabr tarixinə qədər ABB-də ödədikləri sifariş məbləğinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Bu faiz gəliri investorlara əvvəlcədən, yəni sifariş verilən gün ödənilir. Səhmlərə daha tez abunə yazılanlar bu imkandan da faydalanmış olurlar. Bundan başqa, avqustun 1-dən etibarən ABB səhmi sifariş verən investorlar üçün lotereya kampaniyasına da start verdik. İnvestorlar avqust və sentyabr aylarındakı səhm sifarişlərinə görə 5000 manatadək uduş şansı qazanacaqlar. - ABB səhmlərini təkrar bazarda satmaq olacaqmı? - Yerləşdirmə bitdikdən sonra hər bir səhmdar öz səhmlərini “ABB-İnvest” şirkəti və ya digər investisiya şirkətləri vasitəsilə sata bilər. Bununla yanaşı, sentyabrın sonunadək səhmləri ABB mobile vasitəsilə də satmaq mümkün olacaq. Yəni səhmdar malik olduğu səhmləri istədiyi zaman ən rahat şəkildə sata biləcək. ABB səhmlərinin alqı-satqısında yüksək likvidliyin təmin olunması üçün hazırda Bank aidiyyəti qurumlarla müvafiq tədbirlər həyata keçirir.

Xəbər

ABB-dən prokurorluq işçiləri üçün sərfəli təklif

ABB Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibətilə yeni kampaniya elan edib. Prokurorluq işçiləri 10 oktyabr tarixinə qədər nağd pul kreditini ABB-dən sərfəli şərtlərlə əldə edə bilərlər: Kreditin şərtləri: Məbləğ - 30 000 manatadək Müddət - 60 ayadək Komissiya - 0% Sığorta haqqı - 0% İllik faiz dərəcəsi – 12.9%-dən başlayaraq Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Krediti Banka gəlmədən ABB mobile tətbiqindən, yaxud Bankın saytından onlayn şəkildə də sifariş verib əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin iştirakı ilə 1 milyon ağac əkiləcək!

ABB Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə martın 15-də Bakının Müşfiqabad qəsəbəsində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu" əsasında təşkil olunub. Memoranduma əsasən, bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ölkəmizdə ümumən 1 milyon ağac əkiləcək. Aksiya zamanı ağaclar Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə əkilib. Müvafiq qurumların maliyyə dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Avtomobil almaq istəyənlər üçün ABB-dən sərfəli kredit!

ABB aşağı faiz dərəcələri ilə avtomobil kreditlərinin verilməsinə başlayıb. Avtomobil almaq istəyən, avtomobilini yeniləmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları bu fürsətdən yararlana bilərlər. Əməkhaqqı kartı istənilən bankdan olan hər kəsin ABB-dən avtomobil krediti almaq imkanı var. Avtomobil kreditinin şərtləri: Müddət – 60 aya qədər Faiz dərəcəsi – 12%-dən İlkin ödəniş – 10%-dən başlayaraq Komissiya - 0.5% (min. 20 AZN) Sənədləşmə çox sadədir. Avtomobil krediti istəyən müştərilər bütün rəsmi avtomobil dilerlərindən avtomobili seçərək, bankın uyğun filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb krediti sifariş edir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda növbə gözləmədən də avtomobil krediti müraciətini edə bilər. Avtomobil krediti barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!

ABB-nin baş sponsorluğu ilə təşkil olunmuş alış-veriş festivalı mayın 12-ə qədər müştərilərə maraqlı fürsətlər yaradır. ABB-nin kart sahibləri qeyd edilən tarixədək ölkəmizin seçilmiş Ticarət Mərkəzlərində və şəhər mağazalarında bu fürsətdən faydalana bilərlər. Festivalda 50-dən çox dünya brendi iştirak edir. Müştərilərə 10%-dən 50%-ə qədər endirimlər təklif olunur. Bankla tərəfdaş məkanlarda ABB-nin kartları ilə alış-veriş edib, sərfəli endirimlərlə yanaşı, 5% əlavə keşbek imkanlarından da faydalanmaq olar. Keşbek yalnız ABB POS-terminalları ilə aparılmış ödənişlərə aiddir. 5% əlavə keşbek taksit ödənişlərinə şamil edilmir. Alış-veriş festivalında iştirak edən partnyorlar haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin ipoteka kreditləri ilə “Dreamland”da mənzil sahibi ol!

ABB “Dreamland Golf Villas və Residence” yaşayış kompleksində ev sahibi olmaq istəyənlərə gözəl bir fürsət yaradıb. Bu imkandan istifadə edərək “Dreamland”dan çıxarışlı mənzilləri ABB-nin ipoteka kreditləri ilə almaq olar. İpoteka kreditinin şərtləri: Məbləğ – 500.000 manatadək Müddət - 20 ilədək İllik faiz dərəcəsi - 10% İlkin ödəniş - 15%-dən başlayaraq “Dreamland Golf Villas və Residence” yaşayış kompleksi Binə qəsəbəsində, Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yolun yaxınlığında yerləşir. Ərazisi 320 hektardır. Kompleks ən yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini özündə birləşdirir. Təbii landşaftına, ekoloji mühitinə, mövcud şəraitinə görə bura paytaxtımızın yaşayış üçün ən gözəl məkanlarındandır. “Dreamland Golf Villas və Residence” yaşayış kompleksinin özəllikləri haqqında ətraflı məlumatları buradan almaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. Müraciət et

Xəbər

ABB Hesab.az-la birgə “ƏDV geri al”maq imkanını daha da genişləndirdi

“ƏDV geri al” xidməti istifadəçilərinin imkanlarını genişləndirmək üçün ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir. Artıq Golden Pay şirkətinə məxsus Hesab.az saytı və tətbiqində də ABB-yə aid virtual ƏDV kartını aktivləşdirmək və alış-veriş çeklərini oxutmaq mümkündür. Beləliklə, müştərilər bundan sonra çekləri həm ABB mobile tətbiqi, həm Azercell, həm də Hesab.az vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplaya bilərlər. Bu cür inteqrasiya layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış olur. Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə keçirilən “Shusha Chess 2022” başa çatdı

Şuşada “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin bağlanış mərasimi olub. Sentyabrın 21-dən start götürən turnir iki kateqoriyada - kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıb. Kişilər arasında 26 xalla Şəhriyar Məmmədyarov qalib olub. Qadınların yarışında isə gürcü şahmatçısı Meri Arabidze 24 xalla birinci yeri tutub. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, SOCAR-ın baş sponsorluğu ilə keçirilən turnirə ABB və “Azərxalça” da dəstək verib. Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilmiş ilk beynəlxalq şahmat turniri idi. Turnir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdu. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!