Xəbər

100 AZN mədaxil et, TamKart debet kartını hədiyyə al!

İndi ABB-dən TamKart almaq üçün əsl fürsətdir. Bank TamKart debet VİSA Classic və TamKart debet Mastercard Standart kartları üzrə yeni kampaniya elan edib. 31 dekabr tarixinə qədər davam edəcək kampaniya gedişində müştərilər bu kartları ABB-dən pulsuz əldə edə bilərlər. Belə ki, bu müddətdə TamKart debet VİSA Classic və TamKart debet Mastercard Standart kartlarına ilkin olaraq 100 AZN (USD, EUR) mədaxil edildikdə kart müştərilərə pulsuz təqdim edilir. TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən kombo kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və keşbək imkanları yaradır. Üstəlik, ABB-nin ATM-lərində TamKart debitlə nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!

ABB yeni loyallıq proqramı olan “Fayda Max”-ı təqdim edib. Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir. “Fayda Max” loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki “Sənə özəl” bölməsinə keçid edib “Fayda Max”ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır. “Fayda Max”a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər. ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə “Bürünc” mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə “Gümüş” mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə “Qızıl” mərhələyə yüksələ bilərlər. ABB-də aktiv nağd krediti olmayan müştərilər isə “Bürünc” mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, “Gümüş” mərhələyə çatmaq üçün 500 AZN, “Qızıl” mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır. Mükafatlar bunlardır: Ekstra “Faydalı keşbek” (“Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinin hər birinə aiddir). “Fayda Max”a qoşulduqdan sonra əldə edilən nağd kreditin faizindən keşbek qazancı (“Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinin hər birinə aiddir). - “Kartdan karta” 30 000 komissiyasız köçürmələr (yalnız “Qızıl” mərhələ) - “2X ƏDV geri al” (“Qızıl” mərhələ) “Fayda Max”a qoşulmuş hər bir müştəri tətbiqin “Sənə özəl” hissəsindəki “Fayda Max” bölməsi vasitəsilə iştirak vəziyyətini, hədəflərini, hansı mərhələdə olduğunu, mükafatlarını izləyə bilər. Proqram mütəmadi olaraq yenilənəcək və müştərilər daha çox mükafatlar qazana biləcəklər. Bu imkandan yararlanmaq üçün ABB mobile istifadəçisi tətbiqi yeniləyərək onun 7.0.0 versiyasından istifadə etməlidir. “Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

TamKart və ABB Miles sahibləri kart qalığından da qazanır!

ABB-nin TamKart debet və ABB Miles debet kartlarına sahib olmaq indi daha da sərfəlidir. Bank TamKart və ABB Miles debet kartı sahiblərinə kartdakı vəsaitlərinə əlavə faiz qazancı əldə etmək imkanı yaradıb. Belə ki, Bankın TamKart və ABB Miles debet kart sahibləri heç bir minimal məbləğ tələbi olmadan hesabdakı vəsaitlərindən illik 3% gəlir əldə edirlər. Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür. TamKart sahibləri faiz gəlirlərini pul vəsaiti, ABB Miles sahibləri isə əlavə millər şəklində alırlar. Bu qazanc imkanı yalnız manat valyutasında olan kartlara aiddir. TamKart VISA Classic və TamKart MasterCard Standard istifadəçiləri bu imkandan yalnız ABB-nin mobil tətbiqində qeydiyyatda olduqları halda faydalana bilərlər. TamKart müştərilərə bankla tərəfdaş məkanlarda keşbek imkanları yaradır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. ABB-nin “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı 20%-dək keşbek müştərinin kart hesabına geri qayıdır. ABB-nin TamKart üzrə partnyor şəbəkəsi barədə ətraflı məlumatları https://tamkart.az/ saytından əldə etmək və kartı onlayn sifariş etmək olar. ABB Miles kartları isə müştəriyə hər ödənişdən millər qazandırır. Sonra toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Kart haqqında daha ətraflı məlumatları https://ibamiles.az/ saytından öyrənmək və kartı sifariş vermək mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin bir qrup müştərisi ilə görüş keçirildi!

ABB-nin məhsul və xidmətlərindən istifadə təcrübələrini mütəmadi şəkildə Bankla bölüşən bir qrup müştəri ilə görüş keçirilib. Bankın Agile ofisində təşkil edilmiş görüşdə müştərilər ABB-nin ayrı-ayrı sahələrinin fəaliyyəti ilə yaxından tanış olublar. Onlara Bankın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Bəzi yeni məhsullar təqdim olunub. Müştərilər məhsul və xidmətlərlə bağlı faydalı rəylərini diqqətə çatdıraraq gələcək təkmilləşmə prosesləri üçün müəyyən təşəbbüslər irəli sürüblər. Onların suallarına aydınlıq gətirilib. Qeyd edək ki, məhsul və xidmətlərin hazırlanması, inkişaf etdirilməsi proseslərinin real müştəri təcrübələrinə əsaslanması, bu proseslərə müştərilərin də fəal şəkildə cəlb edilməsi Agile iş tərzinin əsas prinsiplərindəndir. Bunu nəzərə alaraq ABB müştərilərlə kommunikasiyaları daim inkişaf etdirir, müştərilərin gözləntilərini doğrultmaq üçün həyata keçirilən layihələrdə onların faydalı rəylərini nəzərə alır. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

Mülki Məcəllənin 107-1.8-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (“ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 13.12.2024-cü il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir. Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: “ABB” ASC-nin nizamnamə kapitalının artırılması və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi; “ABB” ASC-nin törəmə innovasiya şirkətinin yaradılması. Ümumi yığıncağın keçirilməsinə dair bildiriş 07.11.2024-cü il tarixindən, gündəliyə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səvermə bülleteni isə 01.12.2024-cü il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az). Gündəlikdəki məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 01.12.2024‑cü il tarixindən 13.12.2024‑cü il tarixinədək elektron qaydada bildirməklə və ya bülleteni çap edərək müvafiq qaydada dolduraraq (imzanız notarial qaydada təsdiq edilməklə) qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 13.12.2024‑cü il tarixinədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir. “ABB” ASC-nin İdarə Heyəti

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!