Xəbər

Banka gəlmədən hesab aç, elektron ticarətini qur, 50% endirim qazan!

ABB sahibkarlara çoxşaxəli dəstək layihələrini davam etdirməkdədir. Ötən ay bank məsafədən hesabın açılması xidmətini müştərilərə təqdim etdi. Eyni zamanda, virtual POS terminal funksiyasını yerinə yetirən ABB Link xidmətini istifadəyə verdi. Bu addımların davamı kimi bank ticarət və xidmət məkanlarında POS terminallardan istifadə üzrə komissiya xərclərini də azaldıb. Belə ki, sahibkarlar 30 sentyabra qədər ABB-nin POS terminallarından 50%-dək güzəştli tariflərlə istifadə edəcəklər. Bu güzəşt həm ABB-nin POS terminallarına, həm də bankın e-commerce sistemi vasitəsilə aparılan onlayn əməliyyatlara şamil edilir. Beləliklə, sahibkarlar xidmət ofislərinə gəlmədən ABB-də hesab aça, qısa müddətdə öz elektron ticarət sistemlərini qura və bankın yaratdığı endirim imkanından faydalana bilərlər. Əgər indiyə qədər virtual POS terminalın əldə edilməsi sahibkarın banka müraciətindən sonra uzun müddət çəkirdisə, indi hər bir sahibkar maksimum 2 gün müddətinə virtual POS terminalı əldə edə bilər. ABB Link 24/7 rejimində çalışır. Bankın tərəfdaşları bu xidmətə istənilən zaman qoşula bilərlər. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı da tələb olunmur. Xidmətə buradan qoşulmaq mümkündür. Bankda məsafədən hesabın açılması isə bu portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar “Asan İmza”ya sahib olmalıdır. Qeyd edək ki, Bankın sentyabrın 30-a qədər elan etdiyi kampaniyada fiziki şəxs müştərilər üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Bu tarixə qədər fiziki şəxs müştərilər respublika üzrə köçürmələrini ABB-nin xidmət ofislərində 50% endirimlə apara bilərlər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən “Fayda Max Abunəlik” proqramı

Müştərilər üçün davamlı üstünlüklər yaradan ABB daha bir maraqlı yeniliyini təqdim edib. Bu, “Fayda Max Abunəlik” proqramıdır. Bu yenilik ABB mobile istifadəçilərinə “Fayda Max” proqramının “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinə aylıq abunə olmaq imkanı yaradır. Belə ki, müştəri Fayda Max üzrə 1 aylıq tapşırıqları tamamlamağa başlayıb hər hansı mərhələyə çatır, abunə olmaq istədiyi mərhələ ilə mövcud mərhələ arasındakı qiymət fərqi qədər ödəniş edib istədiyi mərhələyə abunəlik qazanır. Məsələn, əgər müştəri hələlik yalnız “Gümüş” mərhələyə çatıbsa, amma “Qızıl” mərhələ istəyirsə, yalnız fərq qədər — 12 AZN (19 - 7 = 12) ödəniş edib “Qızıl” mərhələyə abunə olur. Müştəri tapşırıqları tamamlayaraq “Qızıl” mərhələyə çatıb lakin daha aşağı mərhələyə abunə olmaq istədikdə isə həmin ay üçün heç bir ödəniş tutulmur. Abunəlik modeli seçilən mərhələ üzrə 1 aylıq aktivlik təmin edir və ödəniş olunan andan etibarən cari ayın sonuna qədər istifadə imkanı verir. Abunəlik hər ay avtomatik yenilənir. Bu, ölkəmizdə mobil bankçılıqda tətbiq olunan ilk abunə əsaslı loyallıq sistemidir. Aylıq ödənişlə dərhal mükafat və üstünlüklərə çıxış, tapşırıqlar vasitəsilə mərhələyə çatdıqda endirimli abunə haqqı, müştərinin seçiminə uyğun 3 fərqli paketin (“Bürünc” – 3 AZN, “Gümüş” – 7 AZN, “Qızıl” – 19 AZN) olması bunun üstünlükləridir. Abunəliyin avtomatik yenilənməsi – istifadəçi rahatlığına xidmət edir. Fayda Max ABB mobile tətbiqinin bütün istifadəçiləri üçün yaradılmış loyallıq proqramıdır. Müştəri Fayda Max-a qoşulub mərhələlərin hər hansı birini tamamladığı halda, ona növbəti ay tamamladığı ən son mərhələyə uyğun mükafatlar təqdim olunur. Proqram haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

Qlobal maliyyə dünyasının ən mötəbər nəşrlərindən sayılan “The Banker” jurnalının fəaliyyətə başlamasından 100 il ötür. Bu münasibətlə jurnalın yubiley nömrəsi buraxılıb. “Əsrin bankçılığı” sloqanı ilə işıq üzü görən jurnalda dünyanın aparıcı bankları ilə yanaşı, ABB haqqında da məqalə dərc edilib. Məqalə Bankın çevik fəaliyyət təcrübəsinə həsr olunub. “Agile bankçılıq: maliyyə institutları yeni dövrə necə uyğunlaşa bilər?” sərlövhəli məqalədə qeyd edilir ki, rəqəmsallaşma prosesləri, artan müştəri gözləntiləri və süni intellekt reallığı ilə bağlı olaraq artıq bütün dünyada banklar öz fəaliyyətlərinə yenidən baxmaqdadırlar. Belə bir mühitdə dəyişikliklərə sürətlə uyğunlaşa bilmək banklar üçün əsas məsələdir. ABB-nin təcrübəsi buna uğurlu nümunə sayıla bilər. Son illərdə Bank 100-dən çox rəqəmsal məhsul təqdim edib. Satış, risk idarəçiliyi, müştərilərlə kommunikasiya və s. sahələrdə 80-dən çox süni intellekt modelinin tətbiqinə başlayıb. Bunun nəticələri isə həm əməliyyat səmərəliliyində, həm də müştəri təcrübəsində özünü göstərir. Banka yeni müştərilərin 65%-i artıq rəqəmsal kanallar vasitəsilə cəlb olunur. Bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir. Agile təcrübə sayəsində ABB məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə qədər endirib. Bankda işçi məmnunluğu 84,2-ə, müştəri məmnuniyyəti isə 76,9-a yüksəlib. Belə bir nəticə Azərbaycanın bank sektorundakı ən yüksək göstəricilərdəndir. ABB-nin əldə etdiyi bu irəliləyişlər, təşkilati çevikliyin məhsulun sürətli çatdırılmasına, komandanın güclənməsinə, yaxşı müştəri təcrübəsinin yaranmasına necə müsbət təsir göstərdiyini nümayiş etdirir. Əsl çeviklik texnologiyadan da çox, düşüncə tərzi və davranışlarla bağlıdır. ABB məhz buna nail olaraq xidmətlərini rəqəmsal ekosistemlərə daxil edə bilib. “The Financial Times” qrupuna aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Baş ofisi Londonda yerləşir. Jurnal bütün dünyada yayılır. Onun əsas oxucu auditoriyası bank və maliyyə qurumlarının, tanınmış şirkətlərin menecerləri, beynəlxalq kapital bazarlarının fəal iştirakçılarıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

Ən çox bankçılıq mükafatını ABB qazandı!

ABB 2025-ci ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının (ABA) 8 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank”. Bu, eyni bankın fərqli nominasiyalar üzrə qazandığı ən çox sayda bankçılıq mükafatıdır.2025-ci ildə ABB rəqəmsal ödənişlər sahəsində mühüm innovativ layihələr həyata keçirib. O cümlədən tətbiq etdiyi süni intellekt modellərinin sayını 176-a çatdırıb. Səsli süni intellekt köməkçilərini bütün müştərilərin istifadəsinə verib. Məhsul və xidmətlərin rəqəmsallaşdırılması sayəsində bank əməliyyatlarının 90%-nin kağızsızlaşdırılmasına nail olub. ABB 2025-ci ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlara geniş imkanlar yaradan ABB Biz tətbiqini yeni funksionallıqlarla daha da inkişaf etdirib. İl ərzində ABB əhalinin maliyyə savadlılığı, xüsusilə kibertəhlükəsizlik sahəsində məlumatlılıq səviyyəsinin artırılması üçün geniş kampaniyalar həyata keçirib. Bank 2025-ci ildə beynəlxalq əlaqələrini də genişləndirib. Beynəlxalq İqtisadi Forum (Davos Forumu) da daxil olmaqla bir çox beynəlxalq qurumlarla tərəfaşlıq əlaqələrini gücləndirib. Getdikcə artan qlobal nüfuzunun göstəricisi kimi, ABB ötən il Masreqbank-ın təşkilatçılığı ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan 200 000 000 dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib. ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB və BP-dən tələbələr üçün yeni fürsət

ABB ilə BP şirkəti arasında ABB Tech Akademiyasının fəaliyyəti üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə ABB Tech Akademiyasına qəbul zamanı yüksək nəticə göstərən tələbələr üçün təqaüd proqramının tətbiqini nəzərdə tutur. Belə ki, Akademiyaya yüksək balla qəbul olunmuş bir neçə tələbəyə onların proqramda iştirakının maliyyələşdirilməsi üçün Bank və BP şirkəti təqaüd verəcək. Bu isə ABB Tech-də öyrədilən proqramlaşdırma biliklərinin hər kəs üçün daha da əlçatan olmasına kömək göstərəcək. Qeyd edək ki, ABB-nin yaratdığı ABB Tech Akademiyasının məqsədi ölkəmizin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsinə dəstək olmaqdır. İndiyə qədər Akademiyada sosial layihə kimi təşkil edilmiş intensiv kurslarda 200-ə yaxın gənc informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə bilik və bacarıqlara yiyələnib. Akademiyanın məzunlarından bir qismi işə götürülərək ABB-də və Bankın törəmə müəssisələrində həyata keçirilən rəqəmsallaşdırma layihələrinə cəlb edilib. Ümumilikdə məzunların 70%-dən çoxu ölkəmizdəki 40-a yaxın şirkətdə öz ixtisas profillərinə uyğun işə düzəliblər. İş təklifi alan digər məzunlar isə hələlik karyera həyatına başlamadan müxtəlif universitetlərdə bakalavr və magistr təhsillərini davam etdirirlər. ABB Tech Akademiyası yaxın günlərdə yeni qəbul proqramlarını elan edəcək və növbəti qəbuldan etibarən təqaüd proqramı tətbiq olunacaq. BP şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Azərbaycanın üzünmüddətli etibarlı tərəfdaşı və iri neft-qaz layihələrinin əməliyyatçısı olaraq BP şirkəti ölkə həyatının bir sıra mühüm sahələrində korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Təhsil məsələləri də bizim üçün əsas prioritetlərdəndir. ABB ilə birgə reallaşdırdığımız təqaüd proqramı, güman edirik ki, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmək istəyən gənclərimizin imkanlarını genişləndirəcək”. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib: “Bankımızın ötən il yaratdığı ABB Tech Akademiyası öz məqsədlərinə çatır. Əmək bazarında peşəkar informasiya texnologiyaları mütəxəssislərinin sayını artırır. BP kimi tərəfdaşlarımızın bu layihəyə marağı və dəstəyi isə layihənin əhəmiyyətini göstərməklə yanaşı, Akademiyanın fəaliyyəti üçün də yeni perspektivlər yaradır. İki böyük biznes qurumunun təhsil sahəsində birgə əməkdaşlığından qazanan cəmiyyətimiz olacaq”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB COP29-un əsas bank tərəfdaşıdır!

Regionun ən böyük maliyyə qurumlarından olan ABB bu ilin 11-22 noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbirinin əsas bank tərəfdaşıdır. ABB tədbirdə öz pavilyonu ilə iştirak edəcək. COP29 müddətində Bankın pavilyonunda müxtəlif təqdimatlar, görüşlər təşkil olunacaq. Ziyarətçilərə ABB-nin dayanıqlı inkişaf hədəfləri, ölkəmizin yaşıl artımının sürətləndirilməsində maliyyə qurumlarının rolu, yaşıl investisiya, ticarətin dayanıqlı şəkildə maliyyələşdirilməsi, bərpa olunan enerjinin artırılmasına bankların dəstəyi, İnternet Bankçılıq, kiçik sahibkarlığın inkişafı üçün ABB Biz tətbiqinin yaratdığı imkanlar, “Tezödə” platforması haqqında ətraflı məlumat veriləcək. Dayanıqlı gələcək üçün bankçılığın rəqəmsallaşdırılması və yaşıl texnologiyaların tətbiqi, Azərbaycanda və regionda dayanıqlı maliyyə, iqlim dəyişikliklərinə qarşı mübarizədə yaşıl fintech və iqlim texnologiyalarının rolu, karbon izi kalkulyatoru, uşaqlar və dayanıqlı inkişaf, gənc nəslin innovasiyalar ruhunda yetişdirilməsi, qadın liderliyi və s. bu kimi mövzularda da maraqlı təqdimatlar, müzakirələr olacaq. Tədbir çərçivəsində startap sessiyaları da təşkil ediləcək, ABB İnnovasiya Mərkəzində inkubasiya mərhələsini uğurla keçmiş bir neçə startap investorlara təqdim olunacaq. COP29 zamanı ABB-nin bir neçə beynəlxalq tərəfdaşı ilə yeni razılaşma sənədlərinin imzalanması da nəzərdə tutulur. 14 noyabr COP29-da “Maliyyə, İnvestisiya və Ticarət Günü”, 16 noyabr isə “Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü”dür. ABB hər iki tematik gündə də xüsusi tədbirlərlə fəal iştirak edəcək. Qeyd edək ki, COP (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır. Tədbir hər il keçirilir. COP-a sədrlik BMT-nin beş regionu arasında mütəmadi dəyişir. COP iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli qlobal tədbirlərdəndir. Bu tədbirlərin təşkilində əsas məqsəd qlobal istiləşməni məhdudlaşdırmaq, karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün müzakirələr aparıb beynəlxalq razılaşmalar əldə etməkdir. COP tədbirləri ölkələrə iqlimlə bağlı öhdəliklər və fəaliyyət planlarını yeniləmək üçün bir platforma təqdim edir. COP29 müddətində ABB-nin pavilyonunda keçiriləcək tədbirlərin proqramı ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!