Xəbər

İlham Həbibullayev: “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər”

ABB-də transformasiya prosesləri davam edir. Ardıcıl layihələrlə Bank özünü müasir dövrün çağırışlarına uyğunlaşdırır. Yenilənmə prosesi filial şəbəkəsinə də aiddir. Bankın İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayevlə söhbətimizə də elə bu məqamdan başlayırıq. -İlham müəllim, Bankın xidmət şəbəkəsinin inkişafı məqsədilə hazırda hansı tədbirlər həyata keçirilir? -Hazırda filiallarımızın transformasiyası layihəsini reallaşdırırıq. Bu, bütün xidmət şəbəkəsini əhatə edən geniş bir prosesdir. Layihə üzrə işlər mərhələli şəkildə aparılır və növbəti illərdə də davam etdiriləcək. Artıq bu ilin sonlarına doğru müştərilərimiz filiallarımızda bir sıra mühüm dəyişikliklər görəcəklər. Müxtəlif texnoloji həll və vasitələrdən istifadə edərək ilk növbədə xidmət prosesinin daha qısamüddətli və sürətli olmasını təmin edəcəyik. Bir sıra hallarda xidmət vaxtı hətta 2 dəfədən çox azaldılacaq. Müasir texnologiyalar, biznes proseslərinin optimallaşdırılması indi buna imkan verir. Xidmət şəbəkəsinin inkişafında rəqəmsal transformasiya layihələrinin rolunu xüsusi vurğulamaq istəyirəm. Bankımızın yeni mobil tətbiqinin yaradılması, internet bankçılıq həllərinin inkişafı və tətbiqi müştəri sifarişlərinin, bank əməliyyatlarının məsafədən daha sürətli, rahat həyata keçirilməsi üçün gözəl şərait yaradır və bu istiqamətdə apardığımız işlərə çox kömək edir. -Bu prosesdə həyata keçirilən uğurlu tədbirlərdən biri kimi, nəyi nümunə göstərə bilərsiniz? -Məsələn, universal işçi layihəsinin tətbiqi. Bu, fiziki şəxs müştərilərin ehtiyacına uyğun olaraq onlara bir masadan xidmət göstərməyə imkan verir. Onlar yalnız bir mütəxəssisimizə yaxınlaşmaqla maraqlandıqları bütün məsələlər üzrə ətraflı məlumat əldə edəcək və Bankın xidmətlərindən yararlana biləcəklər. Hazırda bildiyiniz kimi, müştərilərimiz müxtəlif bank məhsulları üzrə ayrı-ayrı işçilərə müraciət etməli olurlar. Bu isə çox vaxt növbələrdə ciddi vaxt itkisinə gətirib çıxarır. Universal işçi layihəsi bu problemi aradan qaldıracaq və müştərilərin vaxtına qənaət edəcək. Bundan başqa, filiallarımızın xarici görünüşü və daxilindəki xidmət şəraiti də dəyişir. Müştərilərimizin rahatlığı, yüksək məmnunluğu üçün əlavə imkanlar yaradılır. İlin sonuna doğru müştərilərimiz bir neçə filialımızı yeni simada, yeni korporativ üslubda görəcəklər. -Universallığı təmin etməkdən ötrü filiallarınız necə çalışır? -ABB universal xidmətlər göstərən bankdır. Filiallarımızda bütün müştəri seqmentləri üçün xidmət və məhsullar təklif edilir. Yəni, bu gün müştərilərimizin yerli bazarda əldə etmək istədikləri elə bir bank məhsul və xidməti yoxdur ki, ABB-nin filiallarında onu təmin etmək mümkün olmasın. Eyni zamanda, Bank sektordakı aparıcı mövqeyindən irəli gələrək müasir trendləri həssaslıqla izləyir, onları ölkəmizə gətirərək müştərilərə təqdim etməyə çalışır. -Son aylar Bankın şöbələrinin filiallara çevrilməsi nə ilə bağlıdır? -Bu ildən etibarən 16 şöbəmiz filiala çevrildi. Hazırda Bankımızın 53 filialı və 23 şöbəsi var. Şöbələrin bazasında yeni filialların yaradılması prosesi isə davam edir. Bu, bir tərəfdən mövcud resurslardan daha səmərəli istifadə niyyətindən irəli gəlir, digər tərəfdən də təmsil olunduğumuz yerlərdə müştərilərin istək və ehtiyaclarına uyğun bütün xidmətləri təqdim etməyə çalışırıq. İstəyirik ki, ABB-nin bütün xidmət və məhsulları müştərilərimiz üçün rahat və əlçatan olsun. Onlar təmsil olunduğumuz hər yerdə bu xidmət və məhsullardan asanlıqla faydalana bilsinlər. Ayrıca elə regionlar, ucqar rayonlar var ki, orada əhaliyə və regiondakı mövcud müəssisələrə xidmət göstərən maksimum iki-üç bankdan biriyik. Belə ərazilərdə xidmətlərimizin tamlığı çox əhəmiyyətlidir. Ona görə bu ərazilərdəki şöbələrimizin filiala çevrilməsi xüsusi diqqət mərkəzindədir. -Yeni filialların açılması, eləcə də mövcud filialların müəyyən yerdəyişmələri planlaşdırılırmı? -Biz xidmət ofislərimizin müştərilər üçün daha uyğun və rahat lokasiyalarda yerləşməsində maraqlıyıq. İstənilən yerdəyişmə, yaxud yeni filialın açılması qərarını da bu prizmadan dəyərləndiririk. Önümüzdəki dövr üçün Bakı və bəzi regionlar üzrə belə planlarımız var. İşğaldan azad edilmiş ərazilərimizdə də əhalinin qayıdışı baş verdikcə, bank xidmət və məhsullarına ehtiyac artdıqca yeni filial və şöbələrimiz fəaliyyətə başlayacaq. Vətən müharibəsindəki tarixi Qələbəmiz bütün vətəndaşlarımız kimi bizi də qürurlandırır. Düşməndən təmizlənmiş ərazilərimizin dirçəlişi və inkişafında bir dövlət bankı olaraq aktiv şəkildə iştirak etməyə hazırıq. Bu ərazilərdə açılacaq yeni filiallarımızda müştərilərimizə ən yüksək səviyyədə xidmət göstərəcəyimiz günləri səbrsizliklə gözləyirik. -Müasir dövrün müştərisi bank filiallarını və şöbələrini necə görmək istəyir? -Müasir dövrümüzdə vaxt məfhumunun dəyəri artıb. Əlbəttə, vaxt həmişə qiymətli olub, indiki dönəmdə isə insanlar bunu daha aydın dərk edir. Ona görə də müştərilər bu gün bank xidmətlərinin daha sürətli, vaxt itirmədən və həm də rahat əldə olunmasını istəyirlər. Bank filial və şöbələrindən də əsas gözləntiləri, düşünürəm ki, budur. -Yəqin ki, müştərilər arasında nəsil dəyişikliyi də hiss olunar... -Təbii ki, bu da getdikcə daha çox özünü hiss etdirir. Müştəri seqmentləri fərqlidir. Yaş qrupuna, istək və ehtiyaclarına görə dəyişirlər. Ənənəvi xidmətə üstünlük verən müştərilər var ki, onlara canlı ünsiyyət daha rahat gəlir və daha böyük etimad yaradır. Gənc nəsil üçün rəqəmsal həllər və məsafədən xidmət daha cəlbedicidir. Amma bütün müştəriləri birləşdirən ümumi bir cəhət də var. Onlar Bankdan rahat, sürətli və keyfiyyətli, ehtiyaclarını tam istədikləri şəkildə qarşılaya biləcək, problemlərini çözə biləcək həllər gözləyirlər. Filiala daxil olandan, oranı tərk edənə qədər müşahidə etdikləri hər an onlarda müəyyən fikir və təəssürat formalaşdırır. Məsələn, kim qarşıladı, necə qarşıladı, məkanın rahatlığı, xidmətin səviyyəsi, proseslərin sürəti, texnoloji həllərin mövcudluğu və s. Bütün bunlar çox böyük rol oynayır və bankla müştəri arasında yeni təcrübələr formalaşdırır. Biz də çalışırıq ki, müştəri məmnuniyyəti üzrə ən yüksək göstəricilərə nail ola bilək. Yaxın illər üzrə əsas strateji hədəflərimizdən biri də elə budur. -Necə bilirsiniz, rəqəmsallaşma trendləri getdikcə bank filiallarının sayını azaldacaqmı? -Açığı, yaxın gələcək üçün belə bir gözləntimiz yoxdur. Bankın bazardakı mövqeyi, xidmət etdiyi müştəri qrupları, onların ehtiyacları, bankın əhatəlilik baxımından yerinə yetirdiyi missiya yaxın gələcəkdə filialların sayının azaldılmasını nəzərdə tutmur. Əlbəttə, rəqəmsallaşma çox ciddi təsirləri olan prosesdir. Formatı dəyişdirir, müştərilər üçün yeni imkanlar, həllər yaradır. Biz daha yuxarı yaş qruplarından olan müştərilərimizin də rəqəmsal həllərdən geniş istifadə edə bilmələri üçün onlara dəstək oluruq. Məsafədən xidmət imkanlarından faydalanan yaşlı müştərilərimizin sayı getdikcə artır. Amma filial şəbəkəsi də hələ mövcudluğunu qoruyacaq. -Filiallara əməkdaşları necə cəlb edirsiniz? -Filiallara işçi qəbulu müxtəlif kanallar vasitəsilə aparılır. Bankın internet saytı və sosial şəbəkələrdəki korporativ səhifələri vasitəsilə işəqəbul üçün müraciətləri qəbul edib dəyərləndiririk. Bundan başqa, universitetlərlə müəyyən məzun proqramlarımız olur. Eyni zamanda bizə lazım olan peşəkar kadrları əmək bazarından da axtarıb tapırıq. Ötən il filiallarımıza ciddi seçim prosedurlarından keçərək qəbul edilmiş yeni əməkdaşların, təxminən, 34%-i universitetlərdən məzun olmuşdu. Bizə müraciət edərkən heç bir iş təcrübələri yox idi. Özümüz onları qısa müddətdə peşəkar kadrlar kimi yetişdiririk. Bu, ABB-nin ölkəmiz üçün yeni bankir nəslinin yetişdirilməsinə töhfəsidir. -ABB ötən il ABB İnvest şirkətini yaradıb. Bildiyimiz qədər, Siz bu şirkətin Müşahidə Şurasının sədrisiniz. ABB İnvestin yaradılması hansı zərurətdən irəli gəldi? -Biz öz biznes fəaliyyətimizi genişləndirmək üçün daim yeni imkanların axtarışındayıq. Araşdırmalarımız göstərirdi ki, müştərilərimizin ənənəvi bank xidmətlərindən əlavə müxtəlif investisiya alətlərinə də maraqları artır. Bunun özü sevindirici haldır. Çünki ölkəmizdə insanlar indiyə qədər ənənəvi olaraq əsasən banklarda müddətli əmanətlər yerləşdirməyə üstünlük veriblər. Qiymətli kağızlara investisiyaların payı isə çox az olub. Bu baxımdan Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üçün böyük potensial var. Məsələn, maraqlı bir müqayisəni diqqətə çatdırım: bir çox Avropa ölkələrində əhalinin pul yatırımlarında qiymətli kağızların payı, təxminən 30%-dir. Türkiyə və Rusiya kimi yaxın qonşularımızda 10%-dən çoxdur. Azərbaycandakı perspektiv bizi də yerli bazar üçün bu sahədə yeni, maraqlı fürsətlərin yaradılmasına sövq etdi. Beləliklə, ABB İnvest şirkətinin yaradılmasına qərar verildi. Ötən il ərzində bütün requlyativ tələblər yerinə yetirildikdən sonra şirkət formalaşdırıldı. Yerli və xarici ölkələrin təcrübəsi, bazar araşdırmaları əsasında şirkətin 3 illik strateji planı tərtib olundu. Azərbaycanın ən böyük bankının törəmə şirkəti olaraq ABB İnvest şirkətinin əsas məqsədi ölkənin kapital bazarının inkişafında əhəmiyyətli yer almaq və müştərilərə qeyri-ənənəvi maliyyə alətlərinə investisiya imkanları yaratmaqdır. -Hazırda şirkətin hansı xidmətlərindən faydalanmaq olar? -ABB İnvest şirkəti Mərkəzi Bankın verdiyi lisenziya əsasında investisiya xidmətlərini təmin edir. Hazırda həm pərakəndə, həm də korporativ müştərilərə yerli bazarda ticarət olunan səhm və istiqrazlar üzrə xidmətin göstərilməsi üçün bütün lazımlı addımlar atılıb, təşkilati işlər yekunlaşıb. Şirkətimiz korporativ müştərilərə səhm, yaxud istiqrazların buraxılması ilə cəlb edilmiş vəsait hesabına öz bizneslərini genişləndirmək imkanını təklif edir. Bu istiqamətdə geniş müştəri bazasından istifadə edərək, bazara yeni alətlər təklif etmək niyyətindəyik. Ümumən, şirkətin yaxın illər üzrə bir sıra hədəfləri var. Əsas məqsədimiz peşəkar komanda ilə dayanıqlı şirkət formalaşdırmaqdır. Səhmdarlarımızın gözləntilərini doğrultmaqdır. Həm pərakəndə, həm də korporativ müştərilərimizin güvənli tərəfdaşı olmaqdır.

Xəbər

ABB “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatına layiq görüldü!

Ölkəmizin bank sektorunda ən yaxşı işəgötürən olmağı qarşısına hədəf qoymuş və buna doğru ardıcıl irəliləyən ABB “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatının sertifikatını əldə edib. Təşkilatın auditorları 3 ay çəkən sertifikasiya prosesində dünya təcrübəsindən irəli gələn 255 norma üzrə dəyərləndirmə aparıblar. Bu təcrübələrin ABB-də mövcudluğu yoxlanıb. Təhlillər iş mühiti, istedadların cəlbi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah, inkişaf və s. kimi istiqamətləri əhatə edib. ABB-nin müvafiq meyarları 88% yerinə yetirdiyi müəyyənləşib və Bank “Ən yaxşı işəgötürən” sertifikatına layiq görülüb. Qeyd edək ki, bu beynəlxalq sertifikatın əldə olunması üçün minimal normativ tələb 60%-dir. Dünya təcrübəsinə əsasən, sözügedən sertifikatı alan şirkətlərin ortalama nəticəsi 85%-dir. Göründüyü kimi, ABB bu sahədə də mövcud dünya təcrübəsindən daha üstün nəticə göstərib. Beləliklə, fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, əməkdaşları üçün layiqli iş şəraiti yaratdığını bir daha nümayiş etdirib. Top Employers Institute indiyə qədər 121 ölkə və regionda 2300-dən çox təşkilatın sertifikatlaşdırılmasını aparıb. Qurumun həyata keçirdiyi sertifikasiya prosesləri qlobal miqyasda 12 milyondan çox işçinin həyatına müsbət təsir göstərməkdədir. “Ən yaxşı işəgötürən” sertifikatını əldə etmiş şirkətlər sırasında BP, Coca-Cola, HSBC, Unicredit, BMW, Puma, Pepsico, Toyota, Walmart, Philip Morris İnternational, Ferrari, Mercedes, Marriot İnternational, Bosh, HUAWEI, Vodafone, EY kimi dünya brendləri də var. “Top Employers Institute” təşkilatı haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

ABB bank əməliyyatlarının təhlükəsizliyini PCI DSS 4.0.1 (Payment Card Industry Data Security Standard) sertifikatı ilə növbəti dəfə təsdiqlədi! Bu, ABB-nin rəqəmsal sistemlərinin, infrastrukturunun və proseslərinin ən son təhlükəsizlik standartlarına uyğunluğunu yenidən təsdiqləmiş olur. PCI DSS 4.0.1 beynəlxalq sertifikasiyası Bankda müştərilərin ödəniş kartı məlumatlarının ən etibarlı şəkildə qorunduğunu, burada tətbiq olunan təhlükəsizlik standartlarının Visa, Mastercard, American Express kimi qlobal ödəniş sistemlərinin tələblərinə tam uyğunluğunu göstərir. Qeyd edək ki, ABB-nin mobil bank tətbiqi olan ABB mobile da Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO/IEC 27001:2022 sertifikatına malikdir. Bütün bunlar Bankın müştərilər qarşısındakı məsuliyyətinin və innovativ yanaşmasının göstəricisidir. Maliyyə xidmətlərinin etibarlılığı, təhlükəsizliyi ABB üçün ən mühüm prinsiplərdəndir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB mobile istifadəçilərinin sayı 1 milyonu ötdü!

ABB-nin mobil bank əlavəsi olan ABB mobile tətbiqindən istifadə edənlərin sayı 1 milyonu ötüb. Tətbiqin 1 milyonuncu istifadəçisi 54 yaşlı Əzət Hacıyevaya ABB-nin hədiyyəsi təqdim olunub. Əzət Hacıyeva Bakıdakı idman klublarından birinin əməkdaşıdır. İki övladı, iki nəvəsi var. ABB mobile tətbiqini Bankın Nizami filialında olarkən bank əməkdaşının tövsiyəsi ilə yükləyib. Bir neçə dəfə istifadə edəndən sonra onun əksər bank xidmətlərindən yararlanmaq üçün nə qədər rahat olduğunu görüb. Əzət Hacıyeva ABB mobile tətbiqindən istifadəni hamıya məsləhət görür: “Ətrafımda çoxları ABB mobile-dən istifadə edirdilər. Onun imkanlarından danışırdılar. Maraqlı idi, amma nə gizlədim, mənə bir az çətin gəlirdi. İndi isə görürəm ki, nə qədər sadə və rahatmış. Adam hər yaşda belə faydalı yeniliklərə öyrəşməlidir”. Təxminən iki il əvvəl istifadəyə verilmiş ABB mobile tətbiqi mütəmadi olaraq təkmilləşdirilir. Ona yeni funksiyalar, imkanlar əlavə edilir. Bu tətbiq vasitəsilə cəmi bir neçə toxunuşla bir çox ödənişləri (dövlət ödənişləri, kommunal, mobil rabitə, internet, televiziya və s.), bank əməliyyatlarını aparmaq, kart hesablarını idarə etmək, bank məhsullarını, o cümlədən kreditləri onlayn sifariş vermək mümkündür. Tətbiq istifadəçiləri ABB mobile vasitəsilə apardıqları ödənişlər zamanı Faydalar toplayaraq onları pula, yaxud hədiyyələrə dəyişə bilirlər. Tətbiqə qoşulmaq və istifadə pulsuzdur. ABB mobile-ı buradan yükləmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB ölkəmizdə ilk metal ödəniş kartını təqdim etdi

Bir çox yenilikləri ölkəmizin bank sektoruna gətirən ABB daha bir ilkə imza atıb. Bank metal kartı bazara təqdim edib. Bu kart yalnız ABB-nin imtiyazlı müştəriləri üçün nəzərdə tutulub. Sahibinin status və imtiyaz simvoluna çevriləcək kartın bir çox üstünlükləri var. Metal kart sahibinin statusunu vurğulayan mükəmməl dizayna malikdir. Kart sahiblərinin istənilən məsələləri operativ şəkildə həll etməyə hazır olan fərdi xidmətlərə anında çıxış imkanı var. Kart səyahət, alış-veriş və əyləncə zamanı eksklüziv təkliflərdən geniş istifadə imkanı yaradır. Metal kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz: Visa, Mastercard ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

Ölkəmizin ev sahibliyi etdiyi COP29-un əsas bank tərəfdaşı olan ABB iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verəcək maraqlı bir imkanı müştərilərə təqdim edib. Bu, ABB mobile tətbiqinə əlavə olunmuş Karbon Emissiyası Kalkulyatorudur. Bu kalkulyator vasitəsilə istifadəçilər hər bir kart əməliyyatlarının ətraf mühitə təsirlərini izləyə bilərlər. ABB bu imkanı pərakəndə bankçılıq sahəsində iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək məqsədilə yaradılmış Ecolytiq platformasının təqdim etdiyi texnologiya əsasında yaradıb. Ecolytiq dünyanın aparıcı maliyyə qurumlarının, o cümlədən Visa-nın etibarlı tərəfdaşıdır. ABB də mobil bank tətbiqində Karbon Emissiyası Kalkulyatorunu Visanın dəstəyi ilə təqdim edir. Hər bir bank əməliyyatı ətraf mühit üçün müəyyən təsirlərlər yaradır. Bank müştəriləri gündəlik maliyyə əməliyyatlarında bunu nəzərə alaraq karbon izlərini nəzarətdə saxlaya və daha uyğun seçimlərlə karbon izlərini mümkün qədər azalda bilərlər. ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli qeyd edib ki, Karbon Emissiyası Kalkulyatoru ilə ABB daha bir yeni müştəri təcrübəsi yaradacaq. ABB mobile istifadəçilərində ətraf mühit üçün faydalı vərdişlər formalaşdıracaq: “ABB-nin öz tərəfdaşları ilə birgə təqdim etdiyi bu həll ətraf mühitin qorunması ilə bağlı ictimai savadlılığı artıracaq. Maariflənmə proseslərinə, iqlimlə bağlı fərdi məsuliyyət hissinin güclənməsinə mühüm töhfə verəcək”. Ecolytiq-in həmtəsisçisi və idarəedici direktoru David Lais bildirib: “Gündəlik satınalma davranışları fərdin karbon ayaq izinin böyük bir hissəsidir. Ona görə də kiçik dəyişikliklər iqlim fəaliyyətinə böyük töhfələr verə bilər. Azərbaycan istehlakçılarına daha davamlı gələcəyə doğru addımlar atmaq üçün, geniş miqyasda biliklər təqdim etmək üçün Azərbaycanın ən böyük bankı olan ABB ilə əməkdaşlıq etməkdən məmnunuq”. Visa-nın Azərbaycandakı regional meneceri Nurlan Hacıyev bildirib: “Karbon Emissiyası Kalkulyatorunu ABB mobile tətbiqinə inteqrasiya etməklə, biz gündəlik əməliyyatların ətraf mühitə təsiri haqqında dəyərli fikirlər təqdim etməyi və kart sahiblərinə daha yaşıl gələcəyə töhfə verməyə kömək göstərməyi hədəfləyirik. ABB ilə əməkdaşlıq əsasənda Azərbaycan müştərilərinə iqlim dəyişikliyinə qarşı qlobal hərəkata qoşulmaq imkanı təklif etməkdən qürurluyuq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

TamGənc kartı ilə gəncliyini TAM yaşa!

Müasir, universal və faydalı bank məhsulları ilə müştərilərini daima sevindirən ABB bu dəfə gənclərin istifadəsi üçün yeni məhsulunu təqdim edib. 18-25 yaş arası gənclərin faydalanacağı TamGənc kartı öz üstünlükləri ilə cavan nəslin nümayəndələri üçün bir çox bank xidmətlərindən müxtəlif güzəştlərlə yararlanmaq imkanı təklif edir. Yeni TamGənc kartı sahibləri ölkədaxili kartlara 2000 AZN-dək köçürmə və ölkədaxili ATM-lərdə 5000 AZN-dək nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən heç bir komissiya haqqı ödəməyəcəklər. Bankın təqdim etdiyi yeni kart məhsulu ilə hesabda olan pul qalığına illik 6%-dək gəlir, həmçinin marketlər, restoranlar, elektronika və geyim mağazaları, yanacaq doldurma məntəqələrində alış-veriş zamanı keşbek əldə etmək mümkündür. Bir sıra məkanlarda isə TamGənc kartı ilə ödəniş zamanı keşbek qazancı 5% təşkil edir. Bura kitab mağazaları, muzeylər, taksi və nəqliyyat xidmətindən istifadə və musiqi platformalarında aparılan ödənişlər aiddir. 18 yaşını qeyd edən gənclər üçün isə daha bir sevindirici məqam var. Beləki, həmin gənclər doğum günü tarixlərindən etibarən 30 gün ərzində TamGənc kartı məhsulu üçün müraciət etdikdə, kartı tamamilə pulsuz əldə edirlər*. “Gəncliyini Tam Yaşa!” şüarı ilə buraxılan yeni TamGənc kartı məhsulu öz üstünlükləri ilə gənclərin aktiv həyat tərzinə xitab etməklə onların asan və rahat bankçılıq xidmətlərindən yararlanması üçün nəzərdə tutulub. TamGənc kartının sifarişi onlayn qaydada bu link vasitəsilə və ya ABB Mobile tətbiqi ilə mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. *ödənişsiz kart yalnız Bankın filial və şöbələrindən əldə edilə bilər

Xəbər

ABB Mobil tətbiqini mərhələli yeniləyir!

ABB müştəri məmnuniyyəti yaradacaq daha bir innovativ yeniliyini bazara təqdim edib. Bank yenilənmiş Mobil tətbiqini mərhələli şəkildə istifadəyə buraxıb. Bu cür mərhələli yanaşma ABB Mobile tətbiqinin müştərilərin istəklərinə tam uyğunlaşdırılması məqsədindən irəli gəlir. Belə ki, mobil əlavədən ilk mərhələdə məhdud sayda müştəri qrupu istifadə edəcək. Yenilənmə təklifi iOS və Android sistemlərinin iş məntiqi ilə müştəri qrupuna avtomatik göndəriləcək. Təkmilləşdirmə mərhələsində istifadəçi müştərilərlə interaktiv kommunikasiya əsasında onlardan gələn bütün rəylər, təcrübələr toplanaraq təhlil ediləcək. İrad və təkliflər nəzərə alınmaqla ABB Mobile daha da təkmilləşdirilərək tədricən kütləvi istifadəyə buraxılacaq. Bir aylıq təkmilləşdirmə mərhələsindən sonra yeni mobil tətbiqdən ABB-nin bütün müştəriləri faydalana biləcək. Müştərilər ABB Mobile tətbiqi ilə bağlı rəylərini mobil əlavəni açıb telefonu astaca silkələməklə monitorda yaranan pəncərədə qeyd edə bilərlər. ABB Mobile tətbiqinin başlıca üstünlüyü son dərəcə sürətli işləməsi, qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi, funksiyalarının çoxluğudur. ABB Mobile ilə müxtəlif onlayn ödənişlər aparmaq, köçürmələr etmək, hesabı nəzarətdə saxlamaq, çıxarışlar almaq və s. bir çox digər bank xidmətlərindən faydalanmaq olar. Mobil tətbiqin adı, loqosu, görünüşü də yenilənib. ABB Mobile tətbiqindən istifadə pulsuzdur. Müştərinin bu imkandan faydalana bilməsi üçün ABB-də kart və ya cari hesabının olması kifayətdir. ABB ABB Mobile tətbiqinin bütün istifadəçilərini öz rəyləri ilə mobil əlavənin təkmilləşdirilməsinə töhfə verməyə çağırır.

Xəbər

ABB Mobile yükləyən hər kəs ƏDV faizlərini geri alır!

Universal bank olaraq faydalı məhsul və xidmətlər təqdim edən Azərbaycan Beynəlxalq Bankı ƏDV faizlərini geri almaq üçün daha sadə və asan imkan yaradıb. İndi hər kəs bu Bankın ABB Mobile tətbiqini yükləməklə ƏDV faizlərini ən rahat şəkildə geri ala bilər. Bu imkandan həm Bankın müştəriləri, həm də müştəri olmayanlar faydalana bilərlər. ƏDV faizlərini www.edvgerial.ibar.az portalı vasitəsilə də geri almaq mümkündür. Bundan ötrü sadəcə olaraq Bankın mobil tətbiqində, yaxud https://edvgerial.ibar.az portalında qeydiyyatdan keçmək və virtual kartı aktivləşdirmək kifayətdir. Qeydiyyatla əlaqədar daha ətraflı məlumatı www.edvgerial.ibar.az saytından və ya 937 nömrəli Məlumat Mərkəzimizdən ala bilərsiniz. Virtual kart aktivləşdirildikdən sonra müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. ƏDV faizlərini geri alan müştərilərə Azərbaycan Beynəlxalq Bankının yaratdığı daha bir üstünlüksə bundan ibarətdir ki, QR kodun oxudulması və ya fiskal kodun daxil edilməsi üçün daha 90 dəqiqə gözləməyə gərək yoxdur. Bunu gözləmədən, elə kassa qəbzini alandan dərhal sonra edə bilərsiniz. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə ABB Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları www.ibar.az internet səhifəsindən, 39 filial və 37 şöbəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı!

ABB-nin mobil bank tətbiqi olan ABB mobile Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022 sertifikatını alıb. “İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı” adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra təqdim olunub. Sözügedən sertifikat təşkilatlara özlərinin və müştərilərinin məxfi məlumatlarını ən etibarlı şəkildə qoruyaraq idarə etməyə kömək göstərən beynəlxalq çərçivədir. ISO:IEC 27001:2022 ilə şirkətlər risklərini müəyyənləşdirir, onların azaldılması üçün ardıcıl tədbirlər görürlər. Beləliklə, bu sertifikat onu əldə etmiş qurumun işgüzar nüfuzunu, müştərilərin maraqlarını qoruyur. ABB mobile tətbiqinin ISO:IEC 27001:2022 serfitikatına layiq görülməsi tətbiq istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə olunduğunu göstərir. ABB mobile tətbiqi 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2 milyona yaxın istifadəçisi var. Getdikcə inkişaf etdirilən imkanları, genişləndirilən çoxsaylı funksionallıqları ilə ABB mobile tətbiqi universal maliyyə xidmətləri platformasına çevrilib. Tətbiq müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır. ABB mobile tətbiqini buradan yükləyib onun çoxsaylı imkanlarından faydalanmaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!