Xəbər

TamKartı pulsuz almaq fürsəti

ABB TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri TamKart Visa Classic və TamKart Mastercard Standard kartlarını heç bir xidmət haqqı ödəmədən ala bilər. TamKart Gold, TamKart Platinum, TamKart Premium kartları isə müştərilərə 50% endirimlə təqdim edilir. Kampaniya 2021-ci il 29 yanvar tarixinə qədər keçərlidir. Qeyd edək ki, TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən faydalı bir kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda hissə-hissə ödəniş və keşbek imkanları yaradır. TamKart üzrə Bankın 800-dən çox partnyoru var. TamKartın üstünlükləri və partnyor şəbəkəsi barədə ətraflı məlumatları https://tamkart.az/ saytından əldə etmək olar. Bankın kampaniya zamanı müştərilərə yaratdığı imkanlar bununla tamamlanmır. Yanvarın 29-a qədər ABB-dən nağd pul krediti ilə yanaşı, TamKart da alan müştərilərə kreditin illik faiz dərəcəsində 2% endirim ediləcək. Belə ki, müştərilər krediti Bankdan 48 ayadək müddətə, 18%-dən başlayan faizlərlə əldə edə bilərlər. 15 000 manata qədər kredit üçün zamin tələb olunmur. Müasir dövlət bankı olan ABB-nin faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB bizneslər üçün tam yeni İnternet Bank xidmətini təqdim etdi!

Etibarlı biznes tərəfdaşı olan ABB korporativ müştərilərin rahatlığı məqsədilə tam yeni İnternet Bank xidmətini təqdim edib. ABB-nin təqdim etdiyi bu rəqəmsal həll istifadənin indi daha rahat və sadə olması, əməliyyatların sürətliliyi ilə seçilir. Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən İnternet Bank vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər. ABB bizneslərin ehtiyaclarını nəzərə alaraq yeni İnternet Bank xidmətini daha da təkmilləşdirəcək. Xidmətə yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə İnternet Bank-a bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya olunacaq. ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli hazırda Bankın korporativ müştərilərinin həyata keçirdikləri əməliyyatların 90%-nin İnternet Bank vasitəsilə yerinə yetirildiyini qeyd edib. Onun sözlərinə görə, yeni İnternet Bank xidmətini ABB-nin Rəqəmsal inkişaf mərkəzi tamamilə yenidən qurub: “Yeni İnternet Bank xidmətimiz müştərilərimizin işini daha da asanlaşdıracaq. Onlar xidmətin rahatlığından, geniş funksionallıqlarından, sadəliyindən və sürətindən məmnun qalacaqlar”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir

31 avqust – 5 sentyabr 2025-ci ildə Azərbaycanda 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçiriləcək. Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən ABB də Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu mühüm qlobal tədbirin tərəfdaşıdır. Müsabiqə “ICPC Foundation”-ın təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, Paşa Holdinqin dəstəyi ilə təşkil edilir. Dünya Finalında 70-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası yarışacaq. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər. Xatırladaq ki, Azərbaycandan olan tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilmiş Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalında Azərbaycanı ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək. ABB belə mühüm layihələrə tərəfdaşlıq etməklə ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, gənc nəslin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən xanımlara hədiyyə

ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xoş bir sürpriz hazırlayıb. Bu gündən başlayaraq Bank ödəniş üzüklərində endirim kampaniyasına start verir. Martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq. Ödəniş üzükləri ABB-nin ölkəmizə gətirdiyi növbəti innovativ bankçılıq texnologiyalarındandır. Bankın ötən ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə ABB-nin istənilən filial və ya şöbəsindən və ya onlayn sifarişlə əldə etmək mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

ABB-nin baş sponsorluğu ilə “İnnovasiya həftəsi”

Ölkəmizdə üçüncü ildir ki, təşkil edilən “InnoWeek – İnnovasiya həftəsi” start götürüb. Dekabrın 19-a qədər davam edəcək tədbirin əsas məqsədi innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, BMT İnkişaf Proqramının, İnnovasiyalar Agentliyinin, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir. Ölkəmizdə innovasiyaların inkişafına ardıcıl dəstək verən ABB da “İnnovasiya həftəsi”nin baş sponsorlarındandır. Tədbirin digər baş sponsorları isə BP və “BestComp Group” şirkətləridir. Həftə çərçivəsində nəzərdə tutulmuş tədbirlər COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətləri nəzərə alaraq onlayn keçirilir. İnnovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənc nəslin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına kömək məsələlərinə burada xüsusi diqqət yetiriləcək. ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılmasına dəstək tədbirlərinin Bankın fəaliyyətində əhəmiyyətli yer tutduğunu bildirib: “Bu ilin əvvəlində 1-ci ABB Regional Hakatonunu uğurla keçirdik. Bir neçə ay əvvəl yaratdığımız ABB İnnovasiya Mərkəzində isə 12 layihə artıq inkubasiya dövrünü başa çatdırıb. Onlar hazırda investorlara təqdim olunma ərəfəsindədir. Ötən ildən yaratdığımız ABB Tech Akademiyası da fəaliyyətini yeni proqramlarla davam etdirir. Ənənəvi “InnoWeek” tədbirinin məzmunu bizim bu sahədə hədəflərimizlə uzlaşır. Postpandemiya dövründə innovasiyalara maraq daha da artacaq və bu cür layihələr gələcək inkişafa töhfə verəcək”. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ödənişləri TamKartla apar, endirim və hissə-hissə ödəniş fürsəti qazan!

ABB 28 May Respublika Gününə özəl olaraq yeni kampaniyaya start verib. Mayın 28-dən 30-a qədər davam edəcək kampaniya dövründə Bankla tərəfdaş seçilmiş mağaza və alış-veriş mərkəzlərində ödənişlərini TamKart, yaxud Bankın hər hansı kartı ilə aparan müştərilərə yerində 25%-ə qədər eksklüziv endirim və özəl şərtlər təklif olunacaq. TamKartlılar isə məhsul və xidmətləri 24 aya qədər hissə-hissə ödənişlə əldə edə biləcəklər. Kampaniya və iştirakçı partnyorların siyahısı ilə buradan tanış ola bilərsiniz. TamKart eyni zamanda həm debet, həm də kredit funksiyasını özündə birləşdirən dual kartdır. Müştərilər üçün onun əsas üstünlüyü ödənişlər zamanı onlara ən azı 2% keşbek qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. ABB-nin “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı müəyyən faizlərdə keşbek də müştərinin kart hesabına geri qayıdır. TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir. Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir. Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. ABB-nin kart məhsulları haqqında daha ətraflı məlumatları buradan əldə edə və kartı onlayn sifariş verə bilərsiniz. ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Miles-dan 5 qat əlavə mil hədiyyə!

Ödənişlərindən millər toplayıb pulsuz səyahət etmək istəyənlər üçün ABB-də gözəl bir fürsət var. Bankın start verdiyi yeni kampaniya çərçivəsində ABB Miles və ABB Miles Premium kart sahibləri 5 qat mil hədiyyə qazanacaqlar. Belə ki, bu kartlarla toplam, yaxud birdəfəlik 100 AZN-lik, mil hesablanan ödəniş edənlərə 5 qat əlavə mil veriləcək. Bu imkandan yararlanaraq maksimum 3 000 mil qazanmaq mümkündür. Kampaniya iyunun 9-dan iyulun 9-a qədər davam edəcək. ABB Miles və ABB Miles Premium kart sahibləri ABB mobile tətbiqində “Qoşul” düyməsini seçməklə kampaniyaya qoşula bilərlər. ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə https://abbmiles.az/ səhifəsindən tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Süni İntellekt xidmətini təqdim etdi

Müştəri təcrübələrini daim inkişaf etdirən ABB, müştərilərlə əlaqələri daha da genişləndirmək üçün ABB Süni İntellekt xidmətini təqdim edib. Bankın mövcud kommunikasiya kanallarına əlavə olaraq ABB Süni İntellekt məhsul və xidmətlərlə bağlı suallara anında cavab verir. ABB Süni İntellekt ABB mobile tətbiqində istifadəçi müraciətlərini qəbul edir, onları maraqlandıran məsələlərə aydınlıq gətirir, müştərilərə kömək göstərir. Bu həll Generativ Süni İntellekt (GPT-4) texnologiyası əsasında hazırlanıb. Hazırda Beta versiyasında çalışdığından ABB Süni İntellekt xidməti hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır. Tədricən ondan bütün istifadəçilər faydalana biləcəklər. Bu mərhələdə ABB Süni İntellektin mümkün suallara cavablar hazırlayaraq təqdim etməsi təmin edilib. Sistem Open AI-ın xidmətlərinə inteqrasiya olunub. Müştərilərdən gələn suallar və bu suallara cavablar mütəmadi olaraq təhlil ediləcək, buna əsasən ABB Süni İntellekt daha da təkmilləşdiriləcək, tədricən verdiyi cavabların dəqiqliyi artacaq. Bu mərhələdə ABB Süni İntellektin bəzi suallara cavabları tam ətraflı olmaya bilər. Belə hallarda, daha dəqiq məlumat üçün müştərilərə Bankın çatbot xidməti olan ABB Bot-a, yaxud Bankın Məlumat Mərkəzinə müraciət tövsiyə olunur. ABB Süni İntellektin müştərilərin fərdi bank məlumatlarına çıxışı olmadığından xidmət bu məlumatlarla bağlı suallara cavab vermir. ABB Süni İntellekt xidməti hazırda Azərbaycan dilində mövcuddur, tezliklə digər dillərdə də olacaq. Bu xidmət hələlik iOS istifadəçiləri üçün aktivdir, tədricən tətbiqin bütün istifadəçilərinə təqdim ediləcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi” başlandı!

ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində növbəti “Karyera Həftəsi”nə start verilib. Aprelin 19-a qədər davam edəcək “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir. ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar. “Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. O, özünün təhsil, karyera və fərdi inkişaf təcrübəsini tələbələrlə bölüşüb. Uğur qazanmaq üçün gəncləri qarşılarına böyük hədəflər qoymağa və hər gün məqsədlərinə doğru ardıcıl addımlar atmağa çağırıb: “Özünəinamın gücü, sevdiyiniz işlə məşğul olmaq və daim öyrənərək dəyişmək sizi mütləq hədəflərinizə çatdıracaq. ADA Universiteti ilə birgə təşkil etdiyimiz bu “Karyera Həftəsi” kimi tədbirlərin də gələcəyiniz üçün nə qədər böyük fürsətlər olduğunu vurğulamaq istərdim. Belə tədbirlər tələbələrə gələcək karyeraları üçün çox faydalı biliklər qazandırır, bir çox zəruri bacarıqlarını inkişaf etdirir, müxtəlif qurumlardan olan peşəkarlarla işgüzar əlaqələr qurmaq imkanı yaradır. Belə tədbirlərə dəstəyimizlə istedadlı gənclərimizə yeni imkanlar yaratmaqdan ABB olaraq qürur duyuruq”. ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr qarşıdakı günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Xanımlar üçün “DigiHesab Max”-la 8% gəlir fürsəti!

ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilərinə xoş bir sürpriz hazırlayıb. Kampaniya müddətində ABB-də “DigiHesab Max” hesabı açan qadınlar hesabdakı qalıq vəsaitə 30 gün ərzində illik 8% qazanc əldə edəcəklər. Belə ki, illik 6%-lik standart faiz qazancı ilə yanaşı, illik 2% ilə də əlavə keşbek hesablanacaq. Bu fürsətdən yararlanmaq üçün hər bir qadın müştərinin 5 mart – 4 aprel tarixləri aralığında ABB mobile tətbiqində “DigiHesab Max” hesabı açması yetərlidir. İllik 2% keşbek hesab açıldıqdan sonra 30 təqvim günü ərzində və hər günün sonunda balansdakı qalıq vəsaitə əsasən hesablanacaq. Hesablanmış keşbek məbləği 30 gün tamamlandıqdan sonra 1 ay ərzində ödəniləcək. Kampaniya müddətində bir neçə “DigiHesab Max” hesabı açmış müştərilərin yalnız ilk hesabına keşbek veriləcək. İlk hesab açılan tarixdə 2 və daha çox hesab açılarsa, hər bir hesab üzrə faydalı keşbek hesablanacaq. “DigiHesab Max” ABB-nin müştərilərə əlavə faydalar yaradan yeni məhsullarındandır. Bu hesab tam rəqəmsal təcrübə ilə yaradılır və müştəriyə qalıq məbləğdən faiz gəliri qazandırır. Müştəri bu yeni məhsulun imkanlarından istifadə etmək üçün ABB mobile tətbiqinə daxil olur, “Hesablar” bölməsinə keçid edərək “DigiHesab Max” hesabı yaradır, həmin hesabda vəsait yerləşdirib qalığa faiz gəliri qazanmağa başlayır. Qalığa faiz hesabdakı minimum 200 manatdan maksimum 500 min manatadək olan vəsaitlərə hesablanır. Bu, yalnız manat valyutalı hesablara aiddir. “DigiHesab Max”a istənilən bank kartından komissiyasız mədaxil də etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!