Xəbər

ABB beynəlxalq “SIBOS-2022” sərgi-konfransında

Oktyabrın 10-dan Amsterdam şəhərində ənənəvi SIBOS sərgi-konfransına start verilib. Dörd gün davam edəcək tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). “SIBOS-2022” sərgi-konfransına ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev, Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir. SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb. “SIBOS – 2022” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. ABB-nin yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat verəcək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı!

10 sentyabr 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb. “ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən və 3 ay davam edən abunə yazılışı dövründə ilkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib. Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir. Bütün kanallar (ABB mobile tətbiqi, bank filialları, investisiya şirkətləri) üzrə verilmiş sifarişlər tam toplandıqdan sonra yerləşdirmə həyata keçiriləcək. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq. Qanunvericiliyin tələblərinə uyğun olaraq yerləşdirmə aşağıdakı ardıcıllıqla aparılacaq: 1) Üstünlük hüququna malik səhmdarların üstünlük hüququ üzrə onların payına düşən səhmlərin alınması üzrə verilmiş sifarişləri icra ediləcək; 2) Yerdə qalan bütün sifarişlər, o cümlədən üstünlük hüququna malik səhmdarların üstünlük hüququndan artıq verilmiş sifarişləri də qiymətə uyğun sıralanaraq icra olunacaq. Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq. Abunə yazılışı dövründə investorlar tərəfindən sifarişlər ilk dəfə olaraq tam rəqəmsal formada ABB mobile tətbiqi vasitəsilə, eləcə də ABB-nin və ölkəmizdəki əksər bankların filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə təqdim edilib. ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB 30 yaşını qeyd edir!

Regionun aparıcı banklarından olan ABB bu gün 30 yaşını qeyd edir. 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış Bank bu illərdə geniş inkişaf yolu keçərək Cənubi Qafqazın ən böyük maliyyə qurumlarından birinə çevrilib. ABB ölkənin müxtəlif regionlarını əhatə edən 59 filialı, 19 şöbəsi ilə hazırda 13 minə yaxın korporativ, 2.3 milyondan çox fərdi müştəriyə universal bank xidmətləri göstərir. Bugünkü gündə ABB-də çalışan əməkdaşların sayı 2800 nəfər təşkil edir. 30 illik fəaliyyəti ərzində Bank tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi bankçılıq texnologiyaları ilə sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Bu gün fəaliyyətini yeni brend kimliyi ilə davam etdirən Bank ABB adında 30 illik tarixi təcrübəsini və gələcək strateji hədəflərini bir araya gətirir. ABB genişmiqyaslı transformasiya layihələri ilə yenilənir, rəqəmsallaşma, müştəri xidmətinin təkmilləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edir. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov 30 il ərzində ABB-nin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib: “Bu 30 il çətin sınaqların, addım-addım qazanılmış nailiyyətlərin, zəngin bankçılıq təcrübəsinin tarixidir. 30 yaşımızın hər anı bizim üçün müştərilərimizin ABB-yə olan inamı ilə dəyərlidir. Bu inamla da strateji hədəflərimizə doğru irəliləyirik. Ənənələrimiz bizə müasir çağırışlara çevik şəkildə cavab vermək imkanı yaradır. Texnoloji baxımdan sürətlə dəyişən bazar trendlərinə uyğunlaşaraq müştərilərimiz üçün yeni təcrübələr formalaşdırmaqdan, universal bankçılıq həllərimizlə ölkəmizin iqtisadi inkişafına töhfə verməkdən, cəmiyyətimizə faydalı olmaqdan qürurluyuq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə İtaliyada ölkə rekordu qırıldı

ABB-nin Müştəri xidmətləri departamentinin direktor müavini Teymur Fərəcov bu günlərdə İtaliyanın Cervia şəhərində triatlon idman növündə keçirilmiş “İronman” status turnirində Azərbaycan üzrə rekord qazanıb. O, verilmiş tapşırığı 10 saat 12 dəqiqə 8 saniyəyə yerinə yetirib. Teymur Fərəcovla bu rekordu və ümumən turnir haqqında danışdıq. - “İronman” status turnirinin əsas özəllikləri nədir? - Bu turnir tratlion idman növünün ən çətin yarışlarından sayılır. Biz finişə qədər dayanmadan 3.8 km üzməli, sonra velosipedlə 180 km məsafə qət etməli, ardınca 42.2 km qaçmalı idik. Azərbaycandan olan 14 iştirakçı arasında bu tapşırığı ən qısa müddətdə yerinə yetirə bildim. - Ölkəmizin bundan əvvəlki rekodu nə qədər müddət idi? - Azərbaycandan olan idmançılar arasında bu “dəmir məsafə” indiyə qədər ən yaxşı nəticə kimi 10 saat 28 dəqiqəyə başa vurulmuşdu. -Triatlionla nə vaxtdan məşğulsunuz? - İki il əvvəl başlamışam. Buna qədər idmanın müxtəlif növləri ilə məşğul olurdum. - İndiyə qədər bu idman növü üzrə hansı yarışlarda iştirak etmisiniz? - İştirak etdiyim yarışların sayı 10-dan çoxdur. Sonuncu dəfə iyulun 3-də Bakıda, Pirallahı adasında keçirilən IronWind 70.3 Triterra yarışında iştirak edib öz yaş kateqoriyam üzrə – yəni, 40-44 yaşlı iştirakçılar arasında bürünc medal qazanmışam. 2022-ci ilin fevralında keçirilən “IronWind Winter Aquathlon” yarışında isə 2-ci yeri tutumuşam. 2021-ci ildə Minskdə, Tallində keçirilən yarışlarda da iştirak etmişəm. Minskdəki yarışda, normativlər əsasən, olimpik məsafə üzrə idi: cəmi 1500 metr üzmək, 45 km velosipedlə hərəkət etmək, 10 km qaçmaq lazım gəlirdi. Tallindəki isə yarım “İronman” məsafəsi idi. İtaliyadakı turnir bu baxımdan indiyə qədərki ən gərgin yarışım oldu. Özümə hədəf qoymuşdum ki, finişə, təxminən 11 saat ərzində çatım. Bu hədəfə daha tez müddətdə çata bilməyimə sevinirəm. - Niyə məhz triatlon? - Bu idman növü çox güclü iradə, dəmir intizam tələb edir. Fiziki hazırlıqdan başqa adamı mənəvi-psixoloji cəhətdən də möhkəmləndirir. Triatlonla məşğul olanda imkanlarını sanki yenidən kəşf edirsən, özünəinamın artır. Bundan başqa, məşqlərdə, yarışlarda çoxlu yeni dostlar da qazanırsan. - Məşqlərə, yarışlara kifayət qədər zamanınız olurmu? - Elə bir biznes qurumunda çalışıram ki, burada iş həyatımızla şəxsi həyatımız arasında balans yarada bilirik. Ona görə işdən sonra məşqlərə yetərincə zamanım qalır. Yarışlarda iştirakıma da lazımı şərait yaradılır. ABB hər bir əməkdaşının bank fəaliyyətindən kənar bu cür faydalı maraqlarını dəstəkləyir və bizə öz imkanlarımızı reallaşdırmaq üçün mümkün köməyi göstərir. İtaliyadakı yarışda da doğma bankımın dəstəyini hiss etmək mənə əlavə ruh verirdi.

Xəbər

ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!

ABB ƏDV faizlərini ABB Mobile tətbiqi və ya www.edvgerial.ibar.az portalı vasitəsilə geri alan şəxslər üçün möhtəşəm kampaniyaya start verib. Yanvarın 21-dən başlayaraq ƏDV faizlərini bu vasitələrdən hər hansı biri ilə geri alan ilk 5 min müştərinin ƏDV qazancı 10 AZN-ə çatan kimi əlavə 10 AZN də ABB-dən hədiyyə gələcək. Kampaniya yalnız 21 yanvar tarixindən etibarən əlavə edilən qəbzlərə aiddir. Bu kampaniyadan Bankın müştəriləri, həm də müştəri olmayan şəxslər faydalana bilər. Bunun üçün sadəcə ABB Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud www.edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Qeyd edək ki, bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə ABB Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər. Kampaniya barədə daha ətraflı məlumatları buradan öyrənə bilərsiniz. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları www.ibar.az internet səhifəsindən, 44 filial və 32 şöbəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB mobile ilə ödəniş et, 15 AZN-dək keşbək qazan!

ABB mobile-da möhtəşəm qış kampaniyası başlayıb. ABB mobile vasitəsilə ilk ödənişini edən hər bir istifadəçi 10 AZN hədiyyə qazanır. Vəsait keşbək formasında müştərinin kart hesabına daxil olur. Əgər müştəri ABB mobile ilə ilk ödənişini edərkən tətbiqdəki “ƏDV geri al” Mastercard kartını da aktivləşdirərsə, bu zaman əlavə 5 AZN keşbək də əldə edir. Bu kampaniyadan faydalanmaq üçün tətbiqdəki “Sənə özəl” bölməsinə keçib “Faydalı təkliflər” seçiminə daxil olmaq, “Qoşul” düyməsini sıxmaqla ilk ödənişi həyata keçirmək lazımdır. Kampaniya indiyə qədər ABB mobile tətbiqində heç bir ödəniş etməmiş istifadəçilərə şamil olunur. Bu imkan kampaniyadan faydalanan ilk 10 000 istifadəçiyə aiddir. ABB mobile müştərilərə bir çox bank əməliyyatlarını cəmi bir neçə toxunuşla həyata keçirmək imkanı yaradan mobil bankçılıq həllidir. Tətbiqi buradan yükləyib istifadə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Yarı qiymətinə TamKart al, 50 manat da əlavə qazan!

ABB TamKart-la bağlı yeni endirim kampaniyası elan edib. TamKart əldə etmək indi daha da rahat və sərfəlidir. Kampaniya çərçivəsində TamKart MasterCard Standard debet kartlarını onlayn kanallarla (ABB mobile tətbiqi, https://abb-bank.az/ və https://tamkart.az/ saytı) düz 50% endirimlə, cəmi 5 manata almaq olar. Bu, AZN, EUR və USD valyutalarında olan kartlara aiddir. Müştərilər daha bir imkandan da qazanacaqlar. Belə ki, bu kampaniyadan faydalanıb ABB-dən endirimlə TamKart alan müştərilər kartı aldıqdan sonrakı 30 gün ərzində minimal hər 5 manatlıq keşbek hesablanan ödənişlərinə görə 10 000 Fayda əldə edirlər. 10 000 Fayda 1 manat dəyərindədir. Bu Faydalarla ABB mobile vasitəsilə kommunal, mobil kimi bir çox ödənişlər aparmaq, yaxud müxtəlif hədiyyələr əldə etmək olar. Hər müştəriyə toplam 50 əməliyyata görə maksimal 500.000 fayda (50 manat) qazanmaq imkanı yaradılır. Endirimli kart satışı sentyabrın 30-a qədər davam edəcək. TamKartı buradan onlayn sifariş vermək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. TamKart sifariş edin

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!