Xəbər

BİLDİRİŞ

Bakı şəhəri, Nizami küç., 67, "ABB" Açıq Səhmdar Cəmiyyəti 29.07.2020 Hörmətli səhmdar! “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, "ABB" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 15 sentyabr 2020-ci il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küç., 67 ünvanında Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Bununla yanaşı, Koronavirus (Covid 19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarlarımızın sağlamlığının qorunması məqsədilə və kütləvi yığıncaqların qadağan olunmasını nəzərə alaraq səsvermə qiyabi şəkildə keçiriləcək. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: "ABB" ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu ilin maliyyə hesabatının təsdiq edilməsi haqqında; "ABB" ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi haqqında; 2019-cu ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi haqqında; "ABB" ASC-nin strateji baxışı və missiya bəyanatı haqqında Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallar 01.09.2020-ci il tarixindən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və "ABB" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağı haqqında Əsasnamə”nin 2.11-ci bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bildirişə əlavə olunan bülleten formasını dolduraraq zərflə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 14.09.2020-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir. "ABB" ASC-nin İdarə Heyəti

Xəbər

İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!

Ödəniş üzüklərindən daha çox müştərinin istifadə edə bilməsi üçün ABB bu məhsulun çeşidlərini artırıb. İndi “Payment Ring” ödəniş üzüklərini VISA Gold kartları ilə birgə də almaq mümkündür. Yeni məhsuldan istifadə üzrə xidmət haqqı 150 manatdır. Qeyd edək ki, indiyə qədər müştərilərə yalnız 300 manatlıq VISA Platinum və 600 manatlıq VISA İnfinite kartlarına bağlı ödəniş üzükləri təklif edilirdi. VISA Gold kartları ilə təqdim olunan ödəniş üzüyünün istifadə müddəti 4 ilədək, kartın istifadə müddəti isə 3 ildir. Kartı AZN, USD, EUR və GBP hesablarında açdırmaq olar. Ödəniş üzükləri ABB-nin ölkəmizə gətirdiyi innovativ bankçılıq texnologiyalarındandır. Bankın bu ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə ABB-nin istənilən filial və ya şöbəsindən və ya online sifariş edərək əldə etmək mümkündür. Bu imkandan faydalanmaq istəyən müştərilər Banka mümkün qədər tez müraciət etməlidirlər. Çünki “Payment Ring” ödəniş üzüklərinin sayı məhduddur. Müasir dövlət bankı olan ABB-nin məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar. Sifariş et

Xəbər

ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!

ABB ƏDV faizlərini ABB Mobile tətbiqi və ya www.edvgerial.ibar.az portalı vasitəsilə geri alan şəxslər üçün möhtəşəm kampaniyaya start verib. Yanvarın 21-dən başlayaraq ƏDV faizlərini bu vasitələrdən hər hansı biri ilə geri alan ilk 5 min müştərinin ƏDV qazancı 10 AZN-ə çatan kimi əlavə 10 AZN də ABB-dən hədiyyə gələcək. Kampaniya yalnız 21 yanvar tarixindən etibarən əlavə edilən qəbzlərə aiddir. Bu kampaniyadan Bankın müştəriləri, həm də müştəri olmayan şəxslər faydalana bilər. Bunun üçün sadəcə ABB Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud www.edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Qeyd edək ki, bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar. Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə ABB Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər. Kampaniya barədə daha ətraflı məlumatları buradan öyrənə bilərsiniz. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları www.ibar.az internet səhifəsindən, 44 filial və 32 şöbəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən süni intellekt sahəsində beynəlxalq konfransa dəstək

26-28 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. Dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş tədbirin baş sponsorlarından biri də ABBdır. Konfransda 20-dən çox ölkədən 40-dan artıq tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya gələrək süni intellekt sahəsində mühüm mövzuları müzakirə edəcəklər. Tədbirdə əsasən rəqəmsal idarəetmədə süni intellekt və digər yeni nəsil texnologiyaların tətbiqinin sürətləndirilməsi məsələlərinə diqqət yönələcək. Süni intellektin inkişafı, dizaynı və tətbiqi zamanı etik çərçivənin qorunması məqsədilə tələb və təkliflər dəyərləndiriləcək. Azərbaycanda süni intellekt əsaslı həllərin qurulması istiqamətində cari çağırışlar və gələcək baxışlar müəyyənləşəcək. Süni intellekt ekosisteminin cəmiyyətdə təşviqi istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılacaq. Konfrans çərçivəsində təşkil olunacaq data yarışmasından əvvəl iki gün ardıcıl olaraq vörkşoplar olacaq. Konfransın sonuncu günündə isə data yarışması təşkil ediləcək və qaliblər mükafatlandırılacaq. Tədbirin rəsmi veb-səhifəsində konfransın proqramı, spikerlər, həmçinin data yarışmasında iştirak haqqında ətraflı məlumat almaq, eləcə də konfransa qeydiyyatdan keçmək mümkündür. Tədbirlə maraqlananlar, həmçinin tədbirin rəsmi sosial media səhifəsinə baxa bilərlər. Qeyd edək ki, rəqəmsallaşma prosesləri ABB-nin əsas strateji hədəflərindən biridir. Bank son illər bu istiqamətdə ardıcıl layihələr həyata keçirir. “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfransa sponsor dəstəyi də bu fəaliyyətin davamıdır. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“Global Finance” ABB İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!

“Global Finance” jurnalı maliyyə innovasiyaları sahəsində ən yaxşı mərkəzlərlə bağlı seçimlərini elan edib. “Best Financial Innovation Labs” nominasiyasının qalibləri sırasında ABB-nin yaratdığı ABB İnnovasiya Mərkəzi də var. “Global Finance” maliyyə innovasiyaları sahəsindəki mərkəzlərlə bağlı belə bir hesabatı artıq dördüncü ildir ki, hazırlayır. Seçim prosesi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bankların, universitetlərin, dövlət və qeyri-hökumət qurumlarının və s. innovasiya mərkəzləri arasında aparılır və müxtəlif kateqoriyaları əhatə edir. Bura nağd vəsaitlərin idarə olunması, korporativ maliyyə, islam bankçılığı, ödənişlər, ticarətin maliyyələşdirilməsi və digər istiqamətlər aiddir. Belə bir hesabatın məqsədi FinTech sistemlərinin inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu sahədə yeni tendensiyalar, müasir trendlərlə bağlı mötəbər bir istinad mənbəyi yaratmaqdır. Builki qaliblər sırasında ABB İnnovasiya Mərkəzi ilə yanaşı, Commerzbank, Deutsche Bank, Deloitte, Barclays və digər aparıcı qurumların analoji mərkəzləri də var. Ayrı-ayrı regionlardan müxtəlif nominasiyalar üzrə qalib olmuş mərkəzlərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür. Xatırladaq ki, ABB İnnovasiya Mərkəzi ötən ilin iyunundan fəaliyyətə başlayıb. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda innovasiya ekosisteminin inkişafına kömək göstərmək, bütün maraqlı tərəfləri bu mühitdə bir araya gətirməkdir. Mərkəz müxtəlif stratap layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərir. Açıq innovasiya ekosisteminə dəstək proqramları həyata keçirir. Eləcə də bankdaxili korporativ innovasiyaların təşviqinə dəstək verir. Artıq 12 startap layihəsi Mərkəzdə inkubasiya dövrünü uğurla başa vuraraq investorlara təqdim edilib. Mərkəzin fəaliyyəti haqqında daha ətraflı: https://ibainnovation.az/az ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“The Banker” ABB-ni “İlin bankı” elan etdi!

Maliyyə dünyasının tanınmış nəşrlərindən olan “The Banker” jurnalı 2022-ci ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərinin siyahısını elan edib. Azərbaycan üzrə “İlin bankı” nominasiyasına ABB layiq görülüb. Adı çəkilən nəşrin bununla bağlı yaydığı açıqlamada ABB-nin yüksək mükafata layiq görülməsi gənc mütəxəssislər üçün rəqəmsal bankçılıq və İT təlimləri istiqamətində aparılan işlər, rebrendinq layihəsinin uğurla həyata keçirilməsi və Bankın kapital mövqeyinin güclənməsi ilə izah olunur. 2019-cu ilin sonunda ABB Tech akademiyasının fəaliyyətə başlaması Bankın ölkəmizin gələcəyinə töhfəsidir. Akademiya Azərbaycanın əmək bazarı üçün informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislər yetişdirir. ABB Tech Academy-nin təlim proqramlarına back-end, front-end, veb və mobil tərtibat, kibertəhlükəsizlik, maşın öyrənməsi, məhsul sahibliyi və s. kimi önəmli istiqamətlər daxildir. ABB korporativ innovasiya layihəsi kimi ABB İnnovasiya Mərkəzini də yaradıb. Mərkəz ideyalarını biznesə çevirmək istəyən, erkən mərhələdə olan startaplar üçün mühüm inkubator kimi özünü təsdiqləyib. İndiyədək 22 startap bu Mərkəzin inkubasiya programında yetişdirilib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İlin bankı” mükafatına layiq görülməyimiz beynəlxalq məkanda da ABB-nin uğurlarına verilmiş yüksək obyektiv qiymətdir. Yeni hədəflərə doğru yolumuzda bu, bizi daha da ruhlandırır. Bankımızın nailiyyətlərində böyük rolu olan bütün tərəfdaşlarımıza, müştərilərimizə və əməkdaşlarımıza minnətdarlığımızı bildiririk". 2022-ci il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında Raiffeisenbank, UniCredit Bank, BBVA kimi nüfuzlu banklarda yer almışdır. Daha ətraflı siyahı ilə buradan tanış olmaq mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ən çox mükafatı ABB qazandı!

Azərbaycan Banklar Assosiasiyası ABB-nin ötən il həyata keçirdiyi bir sıra layihələri mükafatlandırıb. 2022-ci ilin nəticələrinə görə ABB 6 nominasiya üzrə mükafatlandırılıb: “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə layihələr”. Qeyd edək ki, ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində Şuşanın mərkəzindən Cıdır düzünə aparan yolun təmir-bərpasını həyata keçirib. Ağdamda Günəş panellərinin qurulmasına dəstək verib. Azərbaycan Boks Federasiyası ilə tərəfdaşlıq çərçivəsində boksçularımızın yerli və beynəlxalq yarışlarda iştirakına dəstək olub. Şuşada ilk dəfə keçirilən "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinə sponsorluq köməyi göstərib. Əhalinin maliyyə savadlılığının artması məqsədilə ayrı-ayrı radiolarla birgə maarifləndirici layihələr reallaşdırıb. ABB Tech Akademiyasında informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara yiyələnmək istəyənlər üçün təqaüdlü təhsil proqramlarını davam etdirib. Kitab nəşri, jurnalistlərin rəqəmsallaşma sahəsində fərdi inkişafı məqsədilə tədbirlər həyata keçirib. 2022-ci ildə ABB kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirləri davam etdirib. O cümlədən regionlarda iş adamları üçün “Rəqəmsal sahibkarlıq” mövzusunda təlimlər keçirib. Ötən il Bank nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində də ardıcıl addımlar atıb. Gənc müştəri seqmenti üçün TamKart Gənc məhsulunu yaradıb. Google Pay ödəniş həllini müştərilər üçün əlçatan edib. Yeni İnternet Bankçılıq xidmətini, Business mobile tətbiqini korporativ müştərilərinin istifadəsinə verib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB istedadların inkişafı sahəsində 2 nüfuzlu beynəlxalq mükafat qazandı!

Ölkəmizdə sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB “The Brandon Hall Group” beynəlxalq təşkilatının 2 Mükəmməllik Mükafatına layiq görülüb. Mükafatlardan biri Bankda istedadların idarə olunması ilə bağlıdır. Digəri isə öyrənmə və inkişaf istiqamətindədir. ABB hər iki mükafata əməkdaşlar üçün təşkil etdiyi “Gələcəyin Liderləri” proqramına görə layiq görülüb. Bank 6 aylıq proqramı bu sahədə ixtisaslaşmış beynəlxalq BTS konsaltinq şirkəti ilə birgə həyata keçirib. Proqramda seçim prosedurlarından keçmiş 30 əməkdaş iştirak edib. Onlar üçün müxtəlif liderlik mövzularını öyrədən fərdi seminarlar təşkil olunub və iştirakçıların fərdi inkişaf planları hazırlanıb. Belə proqramlarda məqsəd yüksək potensiallı əməkdaşların inkişafına dəstək vermək, ABB-nin cari və gələcək layihələri üçün peşəkar bacarıqlara malik biznes liderləri hazırlamaqdır. “The Brandon Hall Group”un nüfuzlu mükəmməllik mükafatları qlobal biznes və HR icmasında kifayət qədər populyardır. Bu mükafatlar ayrı-ayrı şirkətlərin öyrənmə və inkişaf, istedadların idarə edilməsi, əməkdaşların liderlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilati təkmilləşdirmə və s. bu kimi sahələrdəki nailiyyətlərini qiymətləndirir. İnsan kapitalının idarə edilməsində mükəmməlliyi vurğulayır. Sözügedən mükafatların təqdim olunması üçün əhatəli təhlil və qiymətləndirmələr aparılır. Seçim prosedurlarına görə bu mükafatlar müvafiq kateqoriyalarda ən yüksək standart meyarı sayılır. 1993-cü ildən fəaliyyət göstərən “The Brandon Hall Group” peşəkar inkişaf şirkəti kimi təşkilatlara data, araşdırma, sertifikatlaşdırma və s. sahələrində dəstək verir. Qurum indiyə qədər dünyanın müxtəlif ölkələrində 10 000 000-dan çox işçinin fərdi inkişafına təsir göstərən layihələr həyata keçirib, təşkilatlarda müvafiq istiqamətlərdə mükəmməlliyi gücləndirib və sertifikatlaşdırma aparıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Biz-lə sahibkarların işi yüngülləşir!

ABB kiçik sahibkarlar üçün yaradılmış ABB Biz tətbiqi haqqında video təqdim edib. Video-da sahibkarların işini yüngülləşdirərək onları əlavə qayğılardan azad edən ABB Biz tətbiqinin kiçik bizneslər üçün yaratdığı böyük imkanlar diqqətə çatdırılır. ABB Biz tətbiqi sadə və gözoxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq “Beyond banking” həllərini əhatə edir. Belə ki, fərdi sahibkarlar ABB Biz tətbiqi vasitəsilə qeydiyyatdan keçə, hesab aça, debet kart sifariş edə, sərfəli şərtlərlə və əvvəldən sona tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit ala bilərlər. ABB Biz tətbiqi kiçik sahibkarlara xüsusilə böyük ehtiyac duyduqları xidmətdən - depozitsiz mobil POS terminaldan istifadə imkanı yaradır. Bundan başqa, istifadəçilər QR kodlar yaradıb ən sərfəli şəkildə ödənişlər apara, eləcə də kodu paylaşıb başqalarından ödənişlər qəbul edə bilərlər. “E-Mühasibim” həlli ilə tətbiq üzərindən vaxt itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək olar. ABB Biz tətbiqi ilə sahibkarın öz hesabları arasında, həmçinin bankdaxili və ölkədaxili köçürmələrini həyata keçirmək, büdcə, kommunal, telekommunikasiya ödənişləri etmək imkanı var. Müştəri tətbiq vasitəsilə təyin olunmuş müştəri meneceri ilə əlaqə də qura bilir. Hazırda ABB Business tətbiqindən istifadə edən sahibkarlar da ABB Biz-ə daxil olaraq bu tətbiqin geniş imkanlarından faydalana bilərlər. ABB Biz haqqında yeni videonu buradan izləmək olar. Tətbiqi iOS üçün buradan, Android üçün buradan yükləyə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB rəqəmsal bankçılıqda liderdir!

Bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity 2024" (DBM-2024) hesabatı yayılıb. Müştərilərə ən yaxşı rəqəmsal təcrübə təqdim etməyi əsas strateji hədəflərindən elan etmiş ABB də hesabatın nəticələrinə görə müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb. DBM hesabatlarının hazırlanmasında məqsəd bankların rəqəmsal kanallar üzrə inkişaf səviyyəsini ölçmək, onları qlobal və regional səviyyədə müqayisə etmək, ən yaxşı təcrübələri ortaya çıxarmaqdır. Araşdırmalarda bankların müştəriyönümlü rəqəmsal strategiyaları, innovativ həll yolları və rəqəmsal xidmətlərdə üstünlük verdikləri əsas trendlər təhlil olunur. Beləliklə, bankların hansı strategiyalarla uğur qazandıqları göstərilir. Eyni zamanda, innovativ texnologiyaların bank sektoruna təsirlərinə diqqət yönəlir. Araşdırmalar ölkələr və regionlar üzrə böyük, orta, kiçik bankların rəqəmsal təcrübələri əsasında aparılır. Məlumatlar kənar və müstəqil qiymətləndiricilər tərəfindən 1005 funksionallıq üzrə müştəri təcrübələrinə əsaslanan açıq mənbələrdən toplanır. Bu funksionallıqlar həmçinin, bankların rəqəmsal kanallarını, yəni mobil bankçılığı, İnternet Bankçılığı da əhatə edir. DBM-2024 araşdırması dünyanın 44 ölkəsindən 349 bankı əhatə edib. Bu zaman 6 əsas istiqamət üzrə suallar cavablandırılıb. Bura “Məlumatlılıq, “Hesab açmaq”, “Müştəriyə tanıtım”, “Gündəlik bankçılıq”, “Bankdankənar xidmətlər”, “Hesabın bağlanması” istiqamətləri daxildir. Bu istiqamətlərin hər biri üzrə toplanmış ümumi ballara əsasən, rəqəmsallaşma sahəsində lider bankların qlobal reytinqi hazırlanıb. ABB də müxtəlif meyarlar üzrə ən yüksək balları toplayaraq ölkə üzrə lider banklar qrupunda qərarlaşıb. DBM-2024 hesabatı və araşdırmanın ümumi nəticələrini şərh edən məqalə ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!