Xəbər

ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!

ABB Mərkəzi Bankın AniPay strategiyasına uyğun olaraq sahibkarlar üçün nəzərdə tutulmuş yeni QR-la onlayn ödəniş qəbulu funksionallığını istifadəyə verib. Bu yenilik Bankın ekvayrinq məhsulları arasında QR ödənişi olmayan son xidmətin də rəqəmsallaşdırılmasını təmin edib və ABB-nin ödəniş infrastrukturu tam şəkildə AniPay sisteminə inteqrasiya olunub. Yeni xidmət çərçivəsində müştəri onlayn ödəniş mərhələsində təqdim olunan QR kodu ABB mobile tətbiqi və ya AniPay sisteminə inteqrasiya olunmuş digər bankların mobil tətbiqləri vasitəsilə oxudaraq ödənişi həyata keçirə bilir. Ödəniş tamamlandıqdan sonra vəsait dərhal tərəfdaşın hesabına köçürülür. Bu, həm sürətli ödəniş təcrübəsi formalaşdırır, həm də tərəfdaş üçün ödəniş anında köçən vəsaitlərin operativ şəkildə istifadəsinə imkan yaradır. Xidmət onlayn satış platformalarına sahib olan sahibkarlar üçün nəzərdə tutulub və ödənişlərin daha asan, təhlükəsiz şəkildə qəbulunu təmin edir. Bu da müştəri məmnuniyyətini artırmaqla yanaşı, sahibkarlara ödəniş proseslərini rəqəmsallaşdırmaq imkanı verir. Xidmət bank kartları ilə ödənişdən daha aşağı komissiya şərtləri ilə təklif olunur və tam təmassız ödənişə şərait yaradır. Bu da təhlükəsizlik, rahatlıq və xərclərin azaldılması baxımından əlavə üstünlüklər deməkdir. Texniki infrastruktur artıq tam hazırdır və bu ödəniş həllinin e-ticarət saytlarında, yəni onlayn alış-veriş platformalarında da tətbiq olunması mümkündür. Beləliklə, sahibkarlar müştərilərindən ödənişləri vebsayt üzərindən QR vasitəsilə də qəbul edə biləcəklər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və ya rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB “İlin əqdi” mükafatını qazandı!

Bütün ölkələr üzrə ən innovativ və mühüm maliyyə əməliyyatlarının dəyərləndirilməsini aparan “The Global Banking & Markets” təşkilatı ABB-nin bu ilin aprelində 200 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etməsini Azərbaycan üzrə "İlin əqdi" mükafatına layiq görüb. Mükafat İstanbulda keçirilən təntənəli mərasimdə ABB təmsilçisinə təqdim olunub. “The Global Banking & Markets” təşkilatı maliyyə bazarlarının beynəlxalq investisiya icması ilə əlaqələrini gücləndirərək əməliyyatların xərc və risklərini azaltmağa, səmərəliliyini yüksəltməyə xidmət edir. Mükafatlandırılan əməliyyatların seçimi zamanı onun həcmi, müddəti, strukturu, icra keyfiyyəti, açdığı yeni imkanlar və s. bu kimi amillər nəzərə alınır. Xatırladaq ki, ABB ölkə üzrə “İlin əqdi” mükafatına layiq görülən sindikativ krediti Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edib. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışı olub. Bankın bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı və bunun yüksək dəyərləndirilməsi ABB-nin biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır. “The Global Banking & Markets” təşkilatı haqqında ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!

ABB yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığı istiqamətində də ardıcıl layihələr reallaşdırıb səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplayır. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən TravelCard məhsulundan, ödənişlərdən millər qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM xidmətini təqdim edib. İndi isə hətta aviabiletləri də ABB mobile tətbiqindən almaq olar. Bankın təqdim etdiyi DigiTravel xidməti belə bir imkanı yaradır. Bu, ölkəmizdə məhz ABB-nin həyata keçirdiyi bir ilkdir. İstifadəçilər tətbiq üzərindən bir çox istiqamətlərə biletlər axtara, ən uyğun reysləri seçib aviabileti tətbiqdən çıxmadan ödəniş edərək ala bilərlər. Tezliklə bu imkan bütün istiqamətlərə uçuşlara aid olacaq. İstənilən ölkəyə və istiqamətə dünyanın aparıcı hava yollarından aviabiletlərin alınması imkanı, ödənişlərin tətbiq üzərindən birbaşa həyata keçirilməsi, mövcud biletləri real vaxtda görərək qiymətləri müqayisə edə bilmək və bilet rezervasiyası səyahətsevərlər üçün DigiTravel xidmətinin əsas üstünlükləridir. Xidmətdən istifadə çox rahatdır. Müştəriyə axtarışlarına uyğun ən sərfəli seçimlərlə bağlı tövsiyələr də verilir. ABB səyahətsevərlərin eyni platformadan xidmət almaq imkanlarını yeni layihələrlə bundan sonra da genişləndirəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

Pandemiyadan zərər çəkmiş sahibkarlara ABB-dən güzəştli kredit

COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində ABB da yaxından iştirak edir. Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb. İş adamları indi biznes kreditlərini Azərbaycan Beynəlxalq Bankından daha aşağı faizlərlə əldə edə bilərlər. Belə ki, 36 ayadək verilən kreditlərin faizi 7.5%-ə endirilib. Bu kreditlər sahibkarlara subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilir. Biznesə dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara sürətli və ənənəvi olmaqla iki növ kredit təklif edilir. Sürətli kreditin məbləği 200 min manata, ənənəvi kreditin məbləği isə 3 milyon manata qədərdir. Dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına zəruri məlumatları daxil edərək müvəkkil bankı seçir. Biznes-planına uyğun şəkildə kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sürətli kredit üçün müraciət etmiş sahibkarın müraciətinə Bankda maksimum 7 iş günü, ənənəvi kredit üzrə müraciətlərə isə 10 iş günü ərzində baxılır. Subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilən kreditlərin məqsədinə uyğun olaraq bu kreditlərdən yalnız pandemiyadan ziyan çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər. Bu kreditlərdən istifadə qaydalarının sahibkarlara ətraflı izahı üçün avqustun 7-də, ABB-nin Sahibkarlar Klubunun üzvləri üçün vebinar keçirilib. Vebinarda Bankın və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri bununla bağlı sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Sahibkarlar E-manatla pulsuz mədaxil edə bilərlər

Sahibkarların etibarlı maliyyə tərəfdaşı olan ABB onlar üçün daha bir imkan yaradıb. Hüquqi şəxslər və fərdi sahibkarlar artıq E-manat terminalları vasitəsilə gündəlik 15000 manatadək mədaxil əməliyyatlarını heç bir komissiya haqqı ödəmədən həyata keçirə bilərlər. Buna qədər belə əməliyyatlar üçün komissiya haqqı ödənilməli idi. İndi isə mədaxil əməliyyatlarını banka gəlmədən, çox rahat şəkildə, ən yaxın E-manat köşkündə yerinə yetirmək olar. İş adamlarının rahatlığı və vaxtına qənaət üçün ABB maliyyə xidmətlərindən məsafədən istifadə imkanlarını getdikcə genişləndirir. Korporativ müştərilər banka gəlmədən məsafədən hesab aça, ABB-nin İnternet Bankçılıq xidməti ilə bir çox əməliyyatlarını da onlayn qaydada yerinə yetirə bilirlər. Ölkədə kiçik və orta biznesin inkişafına davamlı dəstək verən ABB tərəfindən yaradılan Sahibkarlar Klubunun üzvlərinə müxtəlif çeşiddə məhsul və xidmətlər xüsusi güzəştlərlə təqdim edilir. Fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin təqdim etdiyi xidmət paketlərindən faydalanaraq tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətlərini ABB-dən ödənişsiz, yaxud böyük güzəştlərlə əldə edə bilərlər. Müvafiq xidmət paketlərindən yararlanmaqla hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə etmək, digər xidmətlərdən isə endirimlərlə faydalanmaq mümkündür. Qeyd edək ki, “Sahibkarlar Klubu” haqqında ətraflı məlumatı bu keçiddən istifadə edərək əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin baş sponsorluğu ilə “Karyera sərgisi”!

ABB-nin baş sponsorluğu ilə ADA Universitetində “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera sərgisi” keçirilib. “Karyera həftəsi” ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar ediblər. Gənclərdə əmək bazarı, bu bazarın mövcud tələbləri barədə təsəvvür yaradılıb. “Karyera həftəsi” zamanı xüsusi prosedurlar əsasında 3 tələbə seçilib. Onlar ABB-nin Təcrübə proqramına cəlb olunub. Həmin gənclər ABB-nin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. “Karyera sərgisi”ndə isə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib. ABB-nin Baş direktoru Aynur Süleymanlı “Karyera sərgisi”ndə çıxışı zamanı Bankın istedadlı gənclərə dəstək üçün bir sıra proqramlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, ABB müəyyən bilik və bacarıqlara malik, amma iş təcrübəsi olmayan gənclərə də imkanlar yaradır. Onlara təcrübə qazanmaqda dəstək verir. “Bank sektorunun ən yaxşı işəgötürəni olmaq bizim əsas hədəflərimizdən biridir. Bu məqsədlə ABB ölkəmizdəki aparıcı ali məktəblərlə əməkdaşlığı, bu cür karyera tədbirlərinə tərəfdaşlığı da fəaliyyətində xoş bir ənənəyə çevirib” – deyə o vurğulayıb. Aynur Süleymanlı tələbə və məzunları bu cür imkanlardan faydalanmağa çağırıb. Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Miles-dan 5 qat əlavə mil hədiyyə!

Ödənişlərindən millər toplayıb pulsuz səyahət etmək istəyənlər üçün ABB-də gözəl bir fürsət var. Bankın start verdiyi yeni kampaniya çərçivəsində ABB Miles və ABB Miles Premium kart sahibləri 5 qat mil hədiyyə qazanacaqlar. Belə ki, bu kartlarla toplam, yaxud birdəfəlik 100 AZN-lik, mil hesablanan ödəniş edənlərə 5 qat əlavə mil veriləcək. Bu imkandan yararlanaraq maksimum 3 000 mil qazanmaq mümkündür. Kampaniya iyunun 9-dan iyulun 9-a qədər davam edəcək. ABB Miles və ABB Miles Premium kart sahibləri ABB mobile tətbiqində “Qoşul” düyməsini seçməklə kampaniyaya qoşula bilərlər. ABB Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. ABB Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onlardan istədiyi formada istifadə edə bilər. Millərin hesablanması qaydaları və şərtləri ilə https://abbmiles.az/ səhifəsindən tanış olmaq mümkündür. Sifariş edilmiş ABB Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. ABB Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başladı

İyunun 17-də ABB ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imza atıb. Bu əməkdaşlıq tələbə və məzunlara təcrübə, karyera imkanlarının yaradılması, müəyyən elmi layihələrdə iştirak, ABB İnnovasiya Mərkəzi vasitəsilə tələbə startaplarının dəstəklənməsi və s. bu kimi istiqamətləri əhatə edəcək. Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, ABB cəmiyyətimizin gələcəyinə töhfə verməyə çalışır. Təhsil müəssisələri ilə əlaqələr bu baxımdan Bank üçün böyük əhəmiyyət daşıyır: “İstedadlı gənclərimizin çoxu ali məktəblərimizdə yetişir. Biz də bu cür əməkdaşlıqlarla gənclərimiz üçün yeni imkanlar yaradırıq. ABB indiyə qədər bu istiqamətdə bir sıra uğurlu addımlar atıb. ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi kimi layihələrimiz bizə istedadlı gəncləri cəlb etməyə, onların yaradıcı potensialını üzə çıxarmağa imkan verir. Bakı Ali Neft Məktəbi ilə çoxşaxəli əməkdaşlığımız da, inanırıq ki, hər cəhətdən faydalı olacaq”. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu təhsil müəssisəsinin bir çox biznes qurumları ilə əlaqələri inkişaf etdirdiyini bildirib: “Bütün bunlar tələbələrimiz qarşısında geniş imkanlar açır. Eyni zamanda elm, təhsil və biznes arasında faydalı inteqrasiya yaradır. Regionun aparıcı banklarından olan ABB ilə işbirliyi də bizim üçün çox önəmlidir. Bu əməkdaşlıq tələbələrimizin gələcək karyerasında mühüm rol oynayacaq. Bir çox uğurlu layihələrimizə dəstək olacaq”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Süni İntellekt xidmətini təqdim etdi

Müştəri təcrübələrini daim inkişaf etdirən ABB, müştərilərlə əlaqələri daha da genişləndirmək üçün ABB Süni İntellekt xidmətini təqdim edib. Bankın mövcud kommunikasiya kanallarına əlavə olaraq ABB Süni İntellekt məhsul və xidmətlərlə bağlı suallara anında cavab verir. ABB Süni İntellekt ABB mobile tətbiqində istifadəçi müraciətlərini qəbul edir, onları maraqlandıran məsələlərə aydınlıq gətirir, müştərilərə kömək göstərir. Bu həll Generativ Süni İntellekt (GPT-4) texnologiyası əsasında hazırlanıb. Hazırda Beta versiyasında çalışdığından ABB Süni İntellekt xidməti hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır. Tədricən ondan bütün istifadəçilər faydalana biləcəklər. Bu mərhələdə ABB Süni İntellektin mümkün suallara cavablar hazırlayaraq təqdim etməsi təmin edilib. Sistem Open AI-ın xidmətlərinə inteqrasiya olunub. Müştərilərdən gələn suallar və bu suallara cavablar mütəmadi olaraq təhlil ediləcək, buna əsasən ABB Süni İntellekt daha da təkmilləşdiriləcək, tədricən verdiyi cavabların dəqiqliyi artacaq. Bu mərhələdə ABB Süni İntellektin bəzi suallara cavabları tam ətraflı olmaya bilər. Belə hallarda, daha dəqiq məlumat üçün müştərilərə Bankın çatbot xidməti olan ABB Bot-a, yaxud Bankın Məlumat Mərkəzinə müraciət tövsiyə olunur. ABB Süni İntellektin müştərilərin fərdi bank məlumatlarına çıxışı olmadığından xidmət bu məlumatlarla bağlı suallara cavab vermir. ABB Süni İntellekt xidməti hazırda Azərbaycan dilində mövcuddur, tezliklə digər dillərdə də olacaq. Bu xidmət hələlik iOS istifadəçiləri üçün aktivdir, tədricən tətbiqin bütün istifadəçilərinə təqdim ediləcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin yeni səhmdarları da 2024-cü ilin nəticələri üzrə dividendlər alacaqlar

Müsahibimiz Bankın İdarə Heyəti sədrinin müavini Nəbi Əliyevdir. - ABB bir neçə gün əvvəl maliyyə göstəricilərini açıqladı. İlk yarımilliyin nəticələrinə əsasən, Bankın bu ili də böyük həcmdə mənfəətlə başa vuracağını proqnozlaşdırmaq olarmı? - ABB 2024-cü ilin birinci yarısını 172 milyon manatdan çox xalis mənfəətlə başa vurdu, ötən ilin müvafiq dövründə bu rəqəm 164 milyon manat olmuşdu. 2023-cü ili 322,3 milyon manat xalis mənfəətlə tamamlamışdıq, bu isə, son illərdə ABB-nin və ümumən ölkə banklarının mənfəətində ən yüksək göstərici idi. Cari ilin ilk altı ayının nəticələri isə göstərir ki, böyük ehtimal, ABB bu il də yüksək mənfəət əldə edəcək. Bu isə mövcud və yeni səhmdarlarımız üçün yüksək gəlir deməkdir. -Sentyabrın 10-da ABB-nin səhmlərinə abunə yazılışı tamamlanır. Bankın minlərlə yeni səhmdarı da builki mənfəətdən dividend ala biləcəkmi? -Əlbəttə, yeni səhmdarlarımız da təkcə Bankın cari ilinin deyil, habelə növbəti illərinin də maliyyə nəticələrinə əsasən, dividend gəlirləri əldə edəcəklər. Bank rəhbərliyi 2024-cü ilin yekunları üzrə səhmdarlarımıza dividendin verilməsi məsələsinin Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməsi üçün müvafiq qaydada təklif irəli sürəcək. Düşünürük ki, ötən illərdə olduğu kimi Səhmdarların Ümumi Yığıncağında bu təklif dəstəklənəcək. Bu isə o deməkdir ki, yeni səhmdarlarımız da gələn ilin ortalarına qədər ABB-dən dividend qazancı əldə edəcəklər. - Səhmdarların dividend qazancı nə qədər olacaq? - ABB son 6 ildə səhmdarlarına ardıcıl şəkildə dividendlər ödəməkdədir. Son illərdə dividend məbləği ardıcıl artır. Belə ki, 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat dividend ödəmişik. Səhmbaşına düşən dividend 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. Faizlə ifadə etsək, 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Proqnozlarımıza görə, gələn il də səhmdarlarımızın dividend gəliri 15%-dən çox olacaq. - İndiyə qədər neçə investor ABB səhmlərinə abunə yazılıb? - Artıq 13 mindən çox investor 17 minə yaxın sifariş yerləşdirib. Bu, ölkəmizin qiymətli kağızlar bazarı üçün tarixi bir göstəricidir. Çünki səhmlərin kütləvi təklifi prosesində bu qədər investorun iştirakı heç vaxt olmayıb. Cəmi ay yarım ərzində ABB səhmləri üçün bu qədər vətəndaşımızın sifariş yerləşdirməsi Bankımızın gələcəyinə olan böyük inamı, ABB səhmlərinə yüksək marağı göstərir. Hazırda ABB səhmdarlarının ümumi sayı 1800-ə yaxındır. Səhmlərə belə kütləvi marağa əsaslanaraq əminliklə deyə bilərik ki, biz Bankımıza on minlərlə yeni investorun cəlb edilməsi hədəfinə çatacağıq. - Bildiyimiz qədər, indi səhm sifarişlərini başqa bankların filiallarında da yerləşdirmək olur... - Bəli, səhmlərə ABB mobile tətbiqi, ölkəmizdəki əksər bankların filialları, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə abunə yazılmaq mümkündür. Səhm almaq niyyətində olan investorlara tövsiyəmiz bu olardı ki, qərarlarını sürətləndirib sifarişlərini vaxtında etsinlər. Çünki müddət azalır, hazırki proses sentyabrın 10-da tamamlanacaq. Digər tərəfdən, səhm sifariş etmiş investorlar 10 sentyabr tarixinə qədər ABB-də ödədikləri sifariş məbləğinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Bu faiz gəliri investorlara əvvəlcədən, yəni sifariş verilən gün ödənilir. Səhmlərə daha tez abunə yazılanlar bu imkandan da faydalanmış olurlar. Bundan başqa, avqustun 1-dən etibarən ABB səhmi sifariş verən investorlar üçün lotereya kampaniyasına da start verdik. İnvestorlar avqust və sentyabr aylarındakı səhm sifarişlərinə görə 5000 manatadək uduş şansı qazanacaqlar. - ABB səhmlərini təkrar bazarda satmaq olacaqmı? - Yerləşdirmə bitdikdən sonra hər bir səhmdar öz səhmlərini “ABB-İnvest” şirkəti və ya digər investisiya şirkətləri vasitəsilə sata bilər. Bununla yanaşı, sentyabrın sonunadək səhmləri ABB mobile vasitəsilə də satmaq mümkün olacaq. Yəni səhmdar malik olduğu səhmləri istədiyi zaman ən rahat şəkildə sata biləcək. ABB səhmlərinin alqı-satqısında yüksək likvidliyin təmin olunması üçün hazırda Bank aidiyyəti qurumlarla müvafiq tədbirlər həyata keçirir.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!