Xəbər

ABB Naxçıvan filialını da yenilədi!

ABB böyük iqtisadi potensiala malik Naxçıvan Muxtar Respublikasında da fəaliyyətini genişləndirir və müştərilərə xidmətin keyfiyyətini artırır. Bankın filiallarının transformasiyası layihəsi çərçivəsində ABB-nin Naxçıvan şəhərindəki filialı da yenilənib. Filial şəhərin mərkəzində - Heydər Əliyev prospekti 13A ünvanında yerləşən yeni binasında xidmətə başlayıb. ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılmış binada bizneslərin, eləcə də fərdi müştərilərin universal maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Müştərilər ABB-nin Naxçıvan filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər. ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib ki, Bankın Naxçıvan filialı regiondakı cari fəaliyyəti ilə yanaşı, bank sektorunun regional inkişafına da öz töhfəsini verməkdə davam edəcək: "ABB olaraq qabaqcıl təcrübə və imkanlarımızdan istifadə edərək bundan sonra da əhaliyə rahat, əlçatan və keyfiyyətli xidmət göstərəcək, regionda bizneslərin inkişafını dəstəkləyəcəyik”. Filialın açılışında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi də iştirak edib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Sumqayıtda 3-cü filialını açdı!

Sənaye əhəmiyyətinə və əhali sayına görə ölkəmizin ən böyük şəhərlərindən olan Sumqayıtda bank xidmət və məhsullarını daha da əlçatan etmək üçün ABB burada yeni bir filial açıb. Beləliklə, ABB-nin hazırda Sumqayıtda xidmət göstərən filiallarının sayı 3-ə çatıb. Yeni yaradılmış filial Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 509 ünvanında fəaliyyətdədir. ABB-nin bu şəhərdəki digər filialları isə 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində və Səməd Vurğun küçəsi - 112/14 ünvanında müştərilərin xidmətindədir. 3 saylı Sumqayıt filialının binası da Bankın yeni brend kimliyinə uyğun qurulub. Müştərilərə ən yüksək səviyyədə xidmət üçün burada hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən digər filialları kimi yeni filialda da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər. Sumqayıt şəhərində ABB-nin daha bir filialının açılması bizneslərin və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət

Mənzil, ev, bağ almaq məqsədilə ilkin ödəniş məbləği toplayan müştərilərə ABB-dən maraqlı təklif var. Bank “Əmanətli ipoteka krediti” məhsulunun şərtlərini dəyişərək müştərilər üçün daha da sərfəli edib. Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir. Müştəri ABB-də “Əmanətli ipoteka krediti” hesabı açıb ora hər ay minimum 300 manat yerləşdirir. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik 9,5%-dək faiz gəliri hesablanır. Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Əmanət müddəti başa çatdıqdan sonra müştəri hesabında yığılmış vəsaitlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır. İpoteka şərtləri: - İllik faiz dərəcəsi: 10%-dən başlayaraq - Maksimal kredit məbləği: 500 000 AZN - Müddət: 25 ilədək - İlkin ödəniş: 15% - Komissiya: yoxdur ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB daşınmaz əmlak bazarı ilə bağlı daha bir araşdırma yaydı!

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı yeni-araşdırma hesabatını təqdim edib. Araşdırmaya əsasən, son dövrlər paytaxtın daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişikliklər baş verir. Müxtəlif amillərin təsiri ilə mənzil qiymətlərində davamlı artım müşahidə edilməkdədir. İlkin və təkrar mənzil bazarlarının ənənəvi artım dinamikasında da müəyyən dəyişikliklər var. Mənzil qiymətlərinin bahalaşması yaşayış sahələrinin ölçülərinə tələbi dəyişir. Son dövrlər bazarda müşahidə edilən müəyyən durğunluq bəzi ərazilərdə torpaq sahələrinin qiymətini azaldıb. İcarə bazarında isə yaşayış sahələrinin qiymətləri davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada başqa mühüm meylləri də izləmək mümkündür. Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu il “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, “Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr”, “Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi”, “Avtomobil bazarına baxış: qlobal trendlər və Azərbaycan” adlı hesabatlarını bölüşüb. Hesabatlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib. Onlara ABB-nin bizneslər üçün yaratdığı yeni məhsul və xidmətlər haqqında geniş məlumat verilib. Bankın müxtəlif layihələri barədə maraqlı təqdimatlar olub. İş adamlarını maraqlandıran çoxsaylı suallar cavabandırılıb. Görüş işgüzar şam süfrəsi arxasında davam edib. ABB-nin korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin ABB üçün ən mühüm prioritetlərdən olduğunu bildirib: “Bizneslərin universal maliyyə tərəfdaşıyıq. Müştərilərimiz arasında müxtəlif miqyaslı sahibkarlıq subyektləri var. Biz maliyyə resurslarının hər kəsə əlçatan, bank xidmətlərinin maksimum rahat olması üçün ardıcıl layihələr reallaşdırmaqdayıq. Yaxın gələcəkdə rəqəmsal xidmətlərimizi daha da təkmilləşdirəcək, iş adamlarının gözləntilərinizə daha da uyğunlaşdıracağıq”. Qeyd edək ki, 2016-cı ildən bəri hər il 25 aprel günü Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu, ölkəmizin sosial-iqtisadi həyatında sahibkarların roluna verilən böyük dəyər kimi cəmiyyətimizdə iş adamlarına dəstək əhval-ruhiyyəsini yüksəldir, biznes mədəniyyətini gücləndirir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən onlayn köçürmə ilə ordumuza dəstək imkanı

Torpaqlarımızın işğaldan azad edilməsi üçün Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə ABB daha bir addım atıb. Çoxsaylı vətəndaşlarımızın bu günlərdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmək üçün kütləvi müraciətlərini nəzərə alaraq Bank bu köçürmələri onlayn qaydada aparmaq imkanı yaradıb. Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələri indi ABB-nin bu xidməti üzərindən yerinə yetirmək olar. Ölkənin ən böyük kommersiya qurumlarından olaraq ABB özü də dünən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirilib: “Bütün mənəvi və maddi dəstəyimizlə qəhrəman hərbçilərimizin yanındayıq. Bu günlərdə torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar arasında Bankımızın çoxsaylı əməkdaşları da var. Hər gün yüzlərlə vətəndaş Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməkdən ötrü ABB-nin filiallarına müraciət edir. Bunun özü də cəmiyyətimizdəki qələbə ruhunun bir göstəricisidir. Biz isə Fonda vəsaitlərin köçürülməsi prosesini asanlaşdırmaqdan ötrü onlayn həllərimizi vətəndaşlarımızın istifadəsinə verdik. Bu tarixi günlərdə ordumuzun zəfəri üçün hər bir vətəndaşımız əlindən gələni edir. Əminik ki, belə bir həmrəyliklə Qələbə tezliklə bizim olacaq”. Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

Xəbər

İndi əməkhaqlarını ödəmək daha rahat olacaq

Kiçik və orta sahibkarların etibarlı tərəfdaşı olan ABB iş adamlarının fəaliyyət imkanlarını genişləndirmək üçün məhsul şərtlərini dəyişib. Bank özünün “Əmək haqqı layihəsinə dəstək” kredit məhsulunu yeni şərtlərlə müştərilərə təqdim edib. Bu məhsul kiçik və orta sahibkarların əmək haqqı xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur. Belə ki, işçilərinin əmək haqlarının ödənişi üçün təcili vəsaitə ehtiyacı yaranan sahibkarlar bu vəsaiti qısa zamanda ABB-dən əldə edə bilərlər. Kreditin özəllikləri: Məbləğ: 5000 AZN-dən 350000 AZN-dək; Müddət: 12 ayadək; İllik faiz dərəcəsi: 12%-dən başlayaraq; Təminatsız. Bu kredit məhsulunun daha bir üstünlüyü ondan ibarətdir ki, kreditin əldə edilməsi üçün əlavə maliyyə təhlilinə ehtiyac yoxdur. Kredit müştərinin son 6 aylıq ardıcıl əmək haqqı fondunun müvafiq göstəriciləri nəzərə alınmaqla ayrılır. Müştəri ödəniş qrafikini özü müəyyənləşdirir. “Əmək haqqı layihəsinə dəstək” krediti haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar. Bu imkandan hər bir kiçik və orta sahibkar faydalana bilər. Digər bankların əməkhaqqı layihəsinə qoşulmuş müştərilərin də bu kreditdən faydalanmasına şərait yaradılır. “Əmək haqqı layihəsinə dəstək” krediti üçün ABB-nin bütün filiallarına müraciət etmək mümkündür. Müasir dövlət bankı olan ABB-nin faydalı və universal məhsul və xidmətləri, həmçinin Sahibkarlar Klubunun imtiyazlı üzvlüyü barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan!

ABB mobile tətbiqində qeydiyyatdan keçib tətbiqin imkanlarından istifadə etməyə başlayan yeni müştəriləri qazanc fürsətləri gözləyir. Bu müştərilər ABB-dən aşağıdakı hədiyyələri qazanacaqlar: 6 AZN hədiyyə; 20-dən çox kateqoriya üzrə 10%-dək keşbek; Ölkədə ilk dəfə dərhal qayıdan “2x ƏDV geri al” məbləği Qazanc fürsətləri bununla bitmir. Yeni müştərilər komissiyasız köçürmələrdən də yararlanacaqlar. Üstəlik, ABB mobile ilə bütün ödənişlərindən 2% keşbek qazanacaqlar. Əgər müştəri tətbiqdə avtoödəniş də yaradarsa, keşbeki 3% olacaq. Dərhal “2x ƏDV geri al” gün ərzində oxudulan maksimum 5 qəbzə aiddir. Hər qəbzdəki əməliyyatın 100 AZN-lik hissəsinə hesablanır. Bir yeni müştəri ay ərzində 50 AZN-ə qədər “2x ƏDV” geri qazanır. Daha ətraflı burada Hazırda ABB-nin hər hansı məhsulundan istifadə etməyən istənilən müştəri tətbiqdə Tam DigiCard sifariş verib bu fürsətlərdən faydalana bilər. Tam DigiCard ABB-nin həm rəqəmsal, həm real kart məhsuludur. Bu kart bir çox bank xidmətlərindən rahat, illik limit olmadan və müxtəlif imtiyazlarla istifadə imkanı yaradır. Kartı anında əldə edib, Apple Pay və Google Pay-lə dərhal yararlanmaq olar. Tam DigiCard tamamilə ödənişsizdir və ABB mobile tətbiqində anında aktivləşdirmək olur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Agile təcrübəsini sahibkarlarla paylaşıb

ABB-nin bir qrup sahibkar müştərisi üçün Bankın Agile ofisinə infotur təşkil edilib. Onlara Agile iş metodu barədə ətraflı məlumat verilib. ABB-də tətbiq edilən Agile təcrübə haqqında söhbət açılıb. Müştərilər Bankın ayrı-ayrı Agile struktur bölmələri ilə tanış olublar. Agile təcrübənin ən mühüm cəhətlərindən biri müştərilərlə müntəzəm kommunikasiyalardır. Müştərilərin layihələrə cəlb edilməsi, onların faydalı rəylərinin alınması məhsul və xidmətlərin daha da mükəmməlliyinə xidmət edir. Bu cür infoturların məqsədi də müştərilərin Agile iş prinsipləri barədə məlumatlılıq səviyyəsinin artırılması, məhsul və xidmətlərin yaradılması prosesində onların fəal iştirakının təmin olunmasıdır. Sahibkar müştərilərə ABB-nin bizneslər üçün yaratdığı yeni imkanlar haqqında da ətraflı məlumatlar təqdim edilib. O cümlədən, məsafədən hesabın açılması, biznes kartları, SİMA elektron imzasından istifadə, xidmət paketləri, POS terminal və e-ticarət həlləri, investisiya imkanları və s. haqqında geniş təqdimatlar olub. Sahibkarları maraqlandıran suallar cavablandırılıb. İnfoturda 20-dən çox şirkətin nümayəndəsi iştirak edib. Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 17 Agile struktur fəaliyyət göstərir. Bu strukturlarda 600-dən çox əməkdaş çalışır. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yaydı

ABB ölkəmizin ev sahibliyi edəcəyi COP29 ərəfəsində daha bir maraqlı hesabat yayıb. Hesabat “İqlim dəyişikliyinin təsirləri və nəticələri” adlanır. Burada iqlim dəyişikliyinin əsas səbəbləri, onun qlobal və yerli səviyyədəki təsirləri barədə ətraflı məlumat verilib. İqlim dəyişikliklərinin ayrı-ayrı aspektləri, o cümlədən su resursları, atmosfer çirklənməsi və s. istiqamətlər üzrə geniş təhlillər aparılıb. İqlim dəyişikliyi səbəbindən Azərbaycanda quraqlıq riskinin artması və şirin su ehtiyatlarının azalması, buna rəğmən son onilliklərdə ölkədə atmosferə buraxılan çirkləndirici maddələrdə azalma meylinə xüsusi diqqət yetirilib. Bununla bağlı müqayisəli göstəricilər təqdim olunub. Hesabatda iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsirləri geniş təhil edilib. Araşdırmada iqlim dəyişikliyinin qlobal iqtisadiyyata təsirləri, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi axını, YSDD istiqraz bazarının inkişafı, enerji transformasiyası və s. bu kimi məsələlərlə bağlı da zəngin məlumatlar var. Hesabatda həmçinin iqlim dəyişikliyinin bank sektoruna təsirləri ilə bağlı informasiyalar təqdim edilir. Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. ABB-nin silsilə hesabatları ilə buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!