Xəbər

ABB və Azercell “ƏDV geri al” xidmətini daha da asanlaşdırdı

ABB tərəfdaşları ilə imkanları birləşdirib müştərilərin işini daha da asanlaşdırır. Bank bu istiqamətdə inteqrasiya tədbirlərini davam etdirir. Növbəti belə layihələrdən biri Azercell şirkəti ilə həyata keçirilib. ABB-nin xidmət həllərinin bu şirkətin platformasına inteqrasiyası sayəsində istifadəçilər indi “ƏDV geri al” xidmətindən Azercell-in “Kabinetim” tətbiqində də istifadə edə bilərlər. Bunun üçün sadəcə tətbiqin müvafiq bölməsində alış-veriş qəbzi üzərindəki QR kodu oxutmaq lazımdır. ƏDV məbləğləri həm “Kabinetim” tətbiqində, həm də ABB mobile-da görünür. Bununla müştərilər daha bir üstünlük qazanırlar. “Kabinetim” istifadəçiləri yeni xidmətdən faydalanaraq ƏDV balansını dərhal Azercell nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərdən yararlana bilərlər. Bu cür inteqrasiya layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış olur. Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin sənədli əməliyyatlar portfeli 1 milyard manata çatıb

İş adamlarının etibarlı tərəfdaşı olan ABB biznesə dəstəyini sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahəsində də uğurla davam etdirir. Bankın bu istiqamət üzrə portfelinin həcmi martın sonuna 1 milyard manata çatıb. ABB biznes qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların ən müxtəlif növlərini təklif edir. Müştərilər Bankın akkreditiv, bank qarantiyası, inkasso, layihələrin maliyyələşməsi məhsullarından rahatlıqla istifadə edə bilərlər. ABB xaricdə ən geniş müxbir şəbəkəsinə malik Azərbaycan bankıdır. Dünyanın 30-a yaxın bankında, o cümlədən 4 ABŞ bankında müxbir hesabları var. Bundan başqa, 30-dan çox nüfuzlu bankla tərəfdaşlıq edərək sənədli əməliyyatların və ticarətin maliyyələşdirilməsi əməliyyatlarının aparılması üçün kredit xəttləri mövcuddur. ABB xarici tərəfdaşları olan banklardan da şirkətlər üçün qarantiya məktublarının alınmasını təmin edə bilir. Eyni zamanda, xarici bankların vəsaitləri hesabına layihələrin 10 ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait yaratmaq imkanındadır. Bütün bunlar iş adamları üçün böyük fürsətlər deməkdir. Belə ki, ABB-nin sənədli əməliyyat məhsulları hesabına müştərilər beynəlxalq ticarət əməliyyatlarını, hesablaşmalarını heç bir gecikmə yaranmadan həyata keçirə bilirlər. ABB-nin istənilən filialına müraciət etməklə bu imkanlardan yararlanmaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-də sahibkarlar üçün “Bahar endirimi”

ABB kiçik və orta sahibkarlar üçün “Bahar endirimi” kampaniyasına start verib. Kampaniya müddətində ABB-də məsafədən yeni hesab açan sahibkarlar Bankın xidmət paketlərini endirimli şərtlərlə əldə edə bilərlər. Bu fürsətdən yararlanan iş adamları “Standart”, “Standart+” və “İmtiyazlı” xidmət paketlərində 30%, “Premium”, “Premium+” xidmət paketlərində isə 20% endirim qazanacaqlar. Kampaniya 11 aprel tarixindən 30 aprel tarixinədək keçərlidir. ABB-nin xidmət paketlərinə sahibkarların tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Təqdim edilən xidmətlərin çoxu ödənişsizdir. Belə ki, müştərilər bu xidmət paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə edə bilərlər. Xidmət paketlərinin 5 növü var: "Standart”, "Standart+”, "İmtiyazlı”, "Premium” və "Premium+”. Bu barədə daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-də məsafədən hesabı isə buradan çox rahatlıqla açmaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Şamaxı filialı və “Azəriqaz” şöbəsini də yenilədi

ABB-nin xidmət ofislərinin Bankın yeni inkişaf konseptinə uyğun qurulması davam etdirilir. Bankın Şamaxı filialı və “Azəriqaz” şöbəsi də yeni konseptdə müştərilərin istifadəsinə verilib. Şamaxı filialı Şamaxı şəhəri, Heydər Əliyev prospekti - 51 ünvanında, yeni inşa edilmiş binada xidmət göstərir. “Azəriqaz” şöbəsi isə Bakı şəhəri, Yusif Səfərov küçəsi – 23 ünvanında fəaliyyətdədir. Şamaxı filialı və “Azəriqaz” şöbəsində müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Xidmət ofislərinin profilindən asılı olaraq fərdi və korporativ müştərilər müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər. ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib: “ABB xidmət ofislərini yeni brend kimliyinə uyğunlaşdırmaqla, müştərilərə daha rahat və əlçatan bank məhsulları və xidmətləri təklif etməyə çalışır. Bu istiqamətdə apardığımız fəaliyyət ilk növbədə üst səviyyədə müştəri məmnuniyyətinə nail olmağı və təmsil olunduğumuz yerlərin inkişafına töhfə verməyi hədəfləyir. Bu il ərzində yenilənmiş konsepsiyaya uyğun daha bir neçə filialımızın müştərilərin istifadəsinə verilməsi nəzərdə tutulub”. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Ağalı kəndində ABB-nin Mastercard və Maestro kartları ilə sərfəli alış-veriş!

Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Rahat” marketdə alış-veriş 10% keşbek qazandıracaq. Bunun üçün ödənişi ABB-nin Mastercard və Maestro kartları ilə həyata keçirmək kifayətdir. Bir ödəniş kartı üzrə ümumilikdə əldə oluna biləcək keşbekin maksimal məbləği 50 AZN-dir. Hesablanmış keşbeklər hər növbəti ayın əvvəlində kart hesabına köçürüləcək. Kampaniya Mərkəzi Bank, ABB və Mastercard beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində Ağalı kəndində nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə həyata keçirilir. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə inşa olunan yeni yaşayış məskənlərinin "Ağıllı kənd" konsepsiyası əsasında tikilməsi planlaşdırılır. "Ağıllı kənd" konsepsiyası insanların həyatını asanlaşdırmağı, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur. Artıq yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb. Həyata keçirilən quruculuq proseslərinə paralel olaraq ABB işğaldan azad olunan bütün ərazilərdə müasir və universal bankçılıq xidmətlərinin göstərilməsini təmin edəcək. Xatırladaq ki, ABB işğaldan azad edilmiş ərazilərimizdə xidmətə başlayan ilk bankdır. Belə ki, 2020-ci ilin dekabr ayının əvvəlindən Hadrut qəsəbəsində Bankın ilk ATM-i quraşdırılıb. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Şəki filialını da yenilədi

Maliyyə xidmətlərinin müştərilər üçün daha da rahat və əlçatan olması məqsədilə ABB filiallarını yeniləyir, xidmət şəbəkəsini ardıcıl şəkildə inkişaf etdirir. Filialların transformasiyası layihəsinə əsasən, ABB-nin Şəki filialı da Bankın müasir konseptinə uyğun qurulub. Yenilənmiş filial Şəki şəhəri, Heydər Əliyev prospekti - 61A ünvanında xidmət göstərir. Fərdi və korporativ müştərilər ən yüksək şəraitə malik Şəki filialında kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər. ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası layihəsinin uğurla davam etdirildiyini bildirib: “Filialların transformasiyası prosesi yalnız xarici görkəmin yenilənməsi və müştərilərə xidmət şəraitinin yaxşılaşdırılmasını deyil, həm də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əhatə edir. Bank alternativ xidmət imkanları yaratmaqla və biznes proseslərini təkmilləşdirməklə müştəri müraciətlərinin icrasının sürətləndirilməsi istiqamətində ardıcıl iş aparır. Əminik ki, yenilənmiş Şəki filialımız müştərilərə xidmət standartlarını daha da yüksəldəcək, regionun inkişafına öz töhfəsini verəcək və bütün müştərilərimizə dəstək olacaq. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən sahibkarlar üçün onlayn kredit

Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə xidmətlərini onlar üçün daha da rahat və əlçatan etməkdən ötrü yeni həll təqdim edib. İndi fərdi sahibkarlar da kreditlərini ABB-dən onlayn qaydada sifariş verib ala bilərlər. Dövriyyəni bank hesabları üzərindən həyata keçirən hər bir fərdi sahibkar bu imkandan faydalanaraq Bankın “Tərəfdaşlara Anında Dəstək” krediti məhsulunu onlayn sifariş verə bilər. Bunun üçün Bankın cari müştərisi sadəcə İnternet Bankçılıq sisteminə daxil olub sifarişini verir, yeni müştəri isə “Müştəri ol” prosesindən keçdikdən sonra sifariş edir. Beləliklə, Banka gəlmədən maksimum 2 gün ərzində sərfəli şərtlərlə krediti əldə edir. ABB-nin bu təklifi fərdi sahibkarlara bir çox üstünlüklər yaradır: Müraciətlər asan şəkildə Banka göndərilir; Sifarişlər operativ şəkildə təhlil edilir; Sənədləşmə elektron qaydada aparılır; Rəsmiləşdirmə prosedurları çox sadədir, müştəri minimum sayda sənəd təqdim edir. 18 avqusta qədər davam edəcək kampaniya müddətində onlayn kredit müraciəti edən fərdi sahibkarlar krediti cəmi 13 faizlə əldə edirlər. Üstəlik onlardan xidmət haqqı da tutulmur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “Agile Azərbaycan Beynəlxalq Sammit”i başlanır

Noyabrın 4-də “Agile Azərbaycan Beynəlxalq Sammit”i başlanır. Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a maraq göstərən hər kəs burada bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, effektiv şəkildə tətbiq edən ABB də sammitin tərəfdaşıdır. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır. Elə tədbirin məqsədi də Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaqdır. Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər bu sahədə ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni paylaşacaqlar. Sammitin rəhbərlik panelində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da çıxış edəcək. O, Bankın Agile sahədə əldə etdiyi təcrübəni bölüşəcək, iştirakçıların suallarını cavablandıracaq. Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 600-dən çox əməkdaşın çalışdığı 17 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB daha bir vacib maliyyə xidmətini də rəqəmsallaşdırdı!

Müştərilərin universal maliyyə tərəfdaşı olan ABB ehtiyacları nəzərə alaraq daha bir rəqəmsal həlli bazara təqdim edib. Artıq daşınmaz əmlakın icbari sığortasını da ABB mobile tətbiqindən əldə etmək mümkündür. Müştərilər bu sığorta məhsulunu rəqəmsal təcrübə ilə tətbiqdən ala bilərlər. Beləliklə, ABB mobile istifadəçilərə bu imkanı yaradan ilk bank tətbiqi olub. ABB bu imkanı “Atəşgah” sığorta şirkəti ilə tərəfdaşlıq əsasında yaradıb. Daşınmaz əmlak icbari sığorta edilərkən yanğın, təbii fəlakətlər və digər səbəblərdən əmlaklara dəymiş ziyan ödənir. Beləliklə, əmlak sahibinin gəliri qorunur, maddi ziyana düşməsinin qarşısı alınır. Bu sığorta məhsulundan başqa digər müxtəlif sığorta növlərini, o cümlədən avtomobil sığortasını da ABB mobile tətbiqindən əldə etmək mümkündür. Bu məhsulları tətbiqdən almağın üstünlüyü bunun son dərəcə rahatlığı, sadəliyi, cəmi bir neçə toxunuşla sürətli şəkildə həyata keçirilməsidir. Daha bir üstünlük isə budur ki, müştərilər sığorta müqavilələrini ABB mobile tətbiqində görə bilirlər. Tətbiq vasitəsilə sığorta müqavilələrinin müddətinin bitmə tarixini izləmək mümkündür. Daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB 2 sektor üzrə araşdırma hesabatlarını təqdim etdi!

ABB 2 maraqlı hesabatı ictimaiyyətə təqdim edib. Araşdırmalardan biri Bakı şəhərində daşınmaz əmlak bazarı ilə bağlıdır. Digər hesabat isə pərakəndə ticarətlə əlaqədar mövcud vəziyyəti, bu sahədə əsas inkişaf trendlərini əks etdirir. Hər iki hesabat Bankın apardığı geniş araşdırmalara əsaslanır. “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatda bazardakı qiymət dəyişikliklərinə diqqət yönəlib. Bazar göstəriciləri və əməliyyatları izlənib. Araşdırma daşınmaz əmlak bazarında baş verən dəyişikliklərin əsas səbəblərinin müəyyənləşdirilməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına xidmət edir. “Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr” adlı hesabatda isə 2023-cü il üzrə pərakəndə ticarət dövriyyəsi araşdırılıb. Pərakəndə ticarətin sektorlar, bazar payları, məhsul qrupları, coğrafi təsnifat və s. bölgülər üzrə ətraflı təhlili aparılıb. Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. ABB bununla belə bir təcrübəni ilk dəfə ölkəmizdə də tətbiq etməyə başlayıb. Bu başlanğıcın davamı kimi Bank araşdırmaları yaxın gələcəkdə daha da genişləndirərək təkmilləşdirəcək. Hər iki hesabatla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!