Xəbər

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

ABB müştərilərin intellektual əyləncəsinə və fərdi inkişafına dəstək məqsədilə maraqlı bir layihəyə start verib. Bu, ABB mobile-da təqdim olunan ABB Play intellektual oyun müsabiqəsidir. Tətbiqin istifadəçiləri bu intellektual oyunda biliklərini sınayıb hədiyyələr qazana bilərlər. İştirakçı gün ərzində 3 sualı cavablandırır, hər düzgün cavaba görə xal qazanır. Oyunun maraqlı qaydası isə odur ki, suala nə qədər tez cavab verilərsə, o qədər çox xal qazanılır. Hər suala ümumilikdə 1 dəqiqə vaxt ayrılır, hər saniyə isə 1 xal dəyərində hesablanır. Toplanmış xallara əsasən, hər ayın sonunda ən çox xal toplayan 300 nəfərə müxtəlif hədiyyələr təqdim olunur. Oyun yalnız ABB mobile üzərindən oynanılır. İstifadəçi liderlər cədvəlini mütəmadi izləyərək özünün tutduğu yeri və rəqiblərini görə bilir. Mobil bank tətbiqi üzərindən hər kəsə açıq belə bir intellektual-əyləncəli oyun müsabiqəsinin təqdim olunması Azərbaycanda ilk dəfədir. ABB mobile-ı buradan yükləyib oyunda iştirak edə, hədiyyələr qazana bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya!

ABB 8 Noyabr Zəfər Gününə özəl olaraq sosial məsuliyyət yönümlü keşbek kampaniyasına start verib. 1-15 noyabr 2025-ci il aralığında ABB-nin kartları ilə ödəniş edən müştərilərin qazandıqları keşbekin 10 AZN-ə qədər olan hissəsini Bank öz hesabına YAŞAT Fonduna ianə edəcək. Beləliklə, müştərilər həm özləri keşbek qazanacaqlar, həm də YAŞAT Fonduna ianələrin edilməsinə dəstək olacaqlar. Müştərilər ABB mobile tətbiqindəki “Paket seçimi” bölməsində “Zəfər paketi”ni aktivləşdirərək bu kampaniyaya qoşula bilərlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!

ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti “Karyera Həftəsi” keçirilib. “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir. ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov da çıxış edib. O, tələbələrə bank sektorunda karyera yolu barədə məlumat verib. Bu sahədə çalışmaq istəyən gənclər üçün faydalı ola biləcək təcrübələrini bölüşüb. ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyib, gələcək karyera həyatları üçün faydalı məlumatlar alıblar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir

ABB 27 aprel 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə başlayır. Bank ölkəmizin kapital bazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqraz çıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlar üzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklif ediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək. ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək. ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapital bazarlarında davamlı aktivliyi təmin etməkdir. Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiya zamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə istiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyon manat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB maliyyə dayanıqlığını qoruyur

ABB 2020-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 30 iyun 2020-ci il tarixinə Bankın aktivləri 8,5 milyard manat, depozit portfeli isə 4,8 milyard manat olub. Bankda ilin əvvəlindən iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 300 milyon manat civarında kredit verilib. Müştərilərə verilmiş kredit portfelinin həcmi 2,4 milyard manat olub. Qiymətli kağızlar üzrə investisiya portfeli ilin əvvəlindən 185 milyon manat artıb və hazırda 1,05 milyard manat təşkil edir. Bank 6 ay ərzində 28 milyon manat mənfəət vergisi hesablandıqdan sonra rübü 118 milyon manat xalis mənfəətlə başa vurub. ABB-nin sırf əməliyyat fəaliyyətindən əldə etdiyi mənfəət isə 135 milyon manatdan artıqdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 25 milyon manat artaraq 119 milyon manat təşkil edib. Rüb ərzində ABB-nin kapital mövqeyi daha da möhkəmlənib. I dərəcəli kapitalının adekvatlıq əmsalı 36.04%, məcmu kapitalının adekvatlıq əmsalı 37.19% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB tibb sektorunda fəaliyyət göstərən sahibkarlara dəstək verir

ABB xüsusi fəaliyyət sahələri ilə məşğul olan sahibkarlar üçün kampaniyaya start verib. COVID -19 pandemiyasına qarşı mübarizə dövründə tibb sahəsinin prioritet olduğunu nəzərə alaraq bu kampaniyadan ilk növbədə əczaçılıq və tibbin başqa sahələri ilə məşğul olan sahibkarlar faydalanacaqlar. Kampaniya çərçivəsində bu sektorda fəaliyyət göstərən iş adamlarına ABB geniş çeşidli kredit paketi təqdim edir. Sahibkarlar bankın “Tərəfdaşlara anında dəstək”, “İnvoysların maliyyələşdirilməsi”, “Əmək haqqı layihəsinə dəstək”, “Dövriyyə krediti”, “İnvestisiya krediti”, “Biznes refinans” kredit məhsulunun, E-POS və E-COM kredit xəttinin üstünlüklərindən faydalana bilərlər. Hər bir məhsul üzrə 1 milyon manatadək kreditləri aşağı faizlərlə, heç bir xidmət haqqı ödəmədən əldə etmək olar. Bu fürsətdən müvafiq sahələrdə fəaliyyət göstərən hər bir iş adamı yararlanaraq biznesini inkişaf etdirə bilər. Kredit üçün Bankın bütün filiallarına müraciət etmək mümkündür. Qeyd edək ki, ABB sahibkarlara məsafədən bank hesabı açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın təqdim etdiyi ABB Link xidmətindən faydalanaraq virtual POS-terminal əldə edib elektron kommersiya sistemlərini qurmaqla onlayn satışlar həyata keçirə bilərlər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB ölkədə təmassız əməliyyatları dəstəkləyən ilk ATM-ləri quraşdırdı

Ölkəmizin ən geniş ATM şəbəkəsinə malik bankı olan ABB yeni nəsil ATM-lərin quraşdırılmasına başlayıb. Bu qurğuların Azərbaycanın bank sektorundakı əsas yeniliyi NFC funksiyasına malik olmasıdır. Bu isə o deməkdir ki, müştəri təmassız ödəniş kartı, ödəniş üzüyü, mobil telefonu vasitəsilə də həmin ATM-lərdə əməliyyatlar edə bilər. Bu ödəniş vasitələrini ATM-ə sadəcə yaxınlaşdırmaqla müxtəlif əməliyyatları təmassız həyata keçirmək, o cümlədən balansdakı qalığı öyrənmək, hesaba mədaxil etmək və vəsaiti nağdlaşdırmaq da olar. Ölkəmizdə ağıllı ödəniş cihazları, o cümlədən ödəniş üzükləri vasitəsilə ATM-lərdən istifadə indiyədək mümkün deyildi. ABB ilk dəfə bu yeniliyi tətbiq etdikdən sonra artıq bu, mümkün olacaq. Yeni ATM-lər vasitəsilə vəsaitləri cash-in qaydada kart hesabına keçirmək də mümkündür. Eyni anda 250 - 300 əskinası hesaba mədaxil etmək olur. Müştərilər manatla yanaşı, dollar və avro əskinaslarını da bu ATM-lər vasitəsilə müvafiq hesablarına cash-in qaydada daxil edə bilərlər. Yeni ATM-lər Bakı və regionlardaki filiallarla yanaşı, müştərilərin sıx olduğu ərazilərdə və partnyor şəbəkələrində də quraşdırılacaq. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Moody’s ABB-nin reytinqini yüksəltdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozlarını yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib. Bankın kredit ödəmə qabiliyyəti reytinqi də bir pillə yüksələrək b3-dən b2-də qərarlaşıb. Bankın uzunmüddətli depozit reytinqi isə B1 səviyyəsində saxlanıb. Bankın beynəlxalq reytinqləri ilə bağlı daha ətraflı məlumatları buradan əldə etmək olar. Moody’s analitiklərinin Bankın reytinq proqnozlarını pozitiv qiymətləndirməsi Azərbaycanın ölkə reytinqinin gələcəyinə pozitiv baxışlardan irəli gəlir. Kredit ödəmə qabiliyyəti reytinqinin bir pillə irəliləməsində isə Bankın yüksək gəlirliliyi və kapital adekvatlığı səviyyəsi mühüm rol oynayıb. Bu, Agentlik ekspertlərinin şərhində də xüsusi vurğulanır. Qeyd edilir ki, pandemiya şəraitinin iqtisadiyyat üçün yaratdığı çətinliklərə baxmayaraq Bank yüksək gəlirliliyini və kapital mövqeyini qoruya bilib. Bankın kapital adekvatlığı əmsalı hazırda tənzimləyicinin müəyyən etdiyi normadan bir neçə dəfə çox - 33.3% səviyyəsindədir. Bu da gələcəkdə yarana biləcək hər hansı risklərin qarşısının alınmasına imkan yaradır. ABB-nin yerli və xarici valyutada qısamüddətli depozit reytinqinin B1 səviyyəsində olması da Bankın kredit qabiliyyətinin inkişafını əks etdirir. Moody’s ABB-nin depozit reytinqinə hökumət dəstəyini də yüksək səviyyədə dəyərləndirir. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən sahibkarlar üçün kampaniya

Daim iş adamlarına faydalı olmağa çalışan ABB kiçik və orta sahibkarlar üçün yeni kampaniyaya başlayıb. Bankın elan etdiyi kampaniya “Sahibkarlara faydalı” adlanır. Kampaniya müddətində Bankın xidmət və məhsullarından yeni istifadə etməyə başlayan sahibkarlara SahibKart, Business/Korporativ kartı və əməkhaqqı kartları hədiyyə olaraq pulsuz veriləcək. Bundan başqa, Bankdan biznes krediti alan şirkət rəhbərlərinə, yaxud fərdi sahibkarlara TamKart Classic hədiyyə edilir, TamKart Gold, Platinum və Premium kartları isə 50% endirimlə təklif olunur. Kredit məbləğindən asılı olaraq sahibkarlar ABB-dən hədiyyə ABB Miles və ya Azercell kobrend kartı əldə etmək, yaxud bu kartları 50% endirimlə almaq fürsəti də qazanırlar. Standart tarifə uyğun gələn müştərilərin ticarət və xidmət məkanlarındakı POS-terminallarda və ya onların veb resurslarında “Azericard” prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bank kartları ilə qəbul edilmiş ödənişlər zamanı 50%-dək komissiya güzəşti edilir. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsində isə müştərilər komissiyada – 50%-dək endirim güzəşti və 12 ayadək güzəşt müddəti qazanırlar. Kampaniya 30 iyun 2021-ci il tarixinə qədər keçərlidir. Bu barədə daha ətraflı Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Taksi ilə gediş haqqına 10% endirim!

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına dəstək verən və nəqliyyat sistemində də nağdsız ödənişlərə şərait yaradan ABB bu məqsədlə növbəti yeniliyi təqdim edib. Baku Taksi Xidmətinin London taksilərində ABB-nin yerləşdirdiyi POS terminallarda istənilən Visa kartı ilə ödəniş zamanı gediş haqqına dərhal 10% endirim tətbiq olunur. Baku Taksi Xidmətinin taksilərindən istifadə zamanı sərnişin gediş haqqını Visa kartı ilə yanaşı, ödəniş üzüyü, NFC sistemini dəstəkləyən mobil telefonu və ya Garmin saatı ilə rahatlıqla ödəyə bilər, endirim bu vasitələrə də aiddir. Sərnişin 10% endirimi ABB-nin Baku Taksi Xidmətinin London taksilərində quraşdırılmış məsafədən idarə olunan POS terminalları vasitəsilə ödədikdə qazanır. ABB ilə partnyorluq ticarət və xidmət məkanlarına geniş imkanlar verir. Təsərrüfat subyektləri ABB-nin POS terminallarını quraşdıraraq müştərilərinə müxtəlif faydalar yarada bilərlər. Bank ticarət və xidmət məkanlarında ödənişlərini ABB-nin POS terminalları ilə aparan müştərilərə böyük endirimlər, güzəştlər qazandırır. ABB-nin partnyoru olmaq istəyən təsərrüfat subyektləri ABB-ə bu email vasitəsilə müraciət edə bilər: [email protected] Bankın təqdim etdiyi Visa kartlarının siyahısı ilə buradan tanış olmaq mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!