Xəbər

Hər kəsə onlayn kredit yeni ünvanda!

ABB-nin hər kəs üçün əlçatan olan onlayn kredit təklifləri artıq yeni vahid ünvanda təqdim edilir. Heç yerə getmədən www.nagdkredit.az saytına daxil olmaqla hər kəs cəmi 3 dəqiqəyə onlayn kredit ala bilər. Belə ki, iş yerindən və əmək haqqını hansı bankdan almasından asılı olmayaraq rəsmi gəlirə malik bütün şəxslərə, o cümlədən, müəllimlərə, tibb işçilərinə, dövlət qulluqçularına, mühəndislərə və başqa sənət sahiblərinə ABB-nin təqdim etdiyi platforma vasitəsilə sürətli kredit almaq imkanı yaradılıb. Banka müraciət, kreditin rəsmiləşdirilməsi və əldə edilməsi onlayn qaydada baş verir. Müştərinin sifariş etdiyi məbləğ cəmi 3 dəqiqə ərzində birbaşa onun hesabına köçür. Üstəlik, kredit məbləği də 35 000 AZN-ə qədər artırılıb. Kreditin şərtləri: Məbləğ - 35 000 AZN-dək; Müddət - 60 ayadək; İllik faiz dərəcəsi – 11,9%-dən başlayaraq; Zaminlik tələbi - yoxd; Komissiya haqqı – yox Yeni www.nagdkredit.az platforması ilə ABB bank məhsul və xidmətlərini müştərilərə daha rahat və sürətli şəkildə təqdim edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

21 ABB meneceri “Executive Mini-MBA” proqramını uğurla başa vurdu!

ABB menecerlərinin fərdi inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil mərkəzlərindən olan Koç Universiteti ilə birgə təşkil edilmiş “Executive Mini-MBA” proqramı başa çatıb. 21 ABB meneceri “Executive Mini-MBA” təhsilini nailiyyət sertifikatı ilə başa vurub. Bu münasibətlə Koç Universitetinin əsas kampusunda ABB və Universitet rəhbərliyinin iştirakı ilə təntənəli məzun günü tədbiri keçirilib. Tədbirdə çıxış edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu nailiyyət münasibətilə Bank menecerlərini təbrik edib. ABB ilə uğurlu tərəfdaşlığa görə Koç Universitetinə minnətdarlığını bildirib. İdarə Heyətinin sədri bu effektiv layihə ilə ABB-də peşəkar inkişaf üçün daha bir faydalı təcrübənin formalaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, proqram davamlı olacaq, Bankın daha çox meneceri bu imkandan faydalana biləcək. Tədbirdə Koç Universitetinin vitse-prezidenti, professor Zeynep Gürhan, Universitetin Biznes məktəbinin İcraçı direktoru Nida Bektaş da çıxış edərək məzunlara və Banka gələcək fəaliyyətdə uğurlar arzulayıblar. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən yeni Tam DigiCard!

ABB rəqəmsal kart məhsulu olan Tam DigiCard-ı təqdim edib. Tam DigiCard MasterCard debet kartı bir çox bank xidmətlərindən rahat, illik limit olmadan və müxtəlif imtiyazlarla istifadə imkanı yaradır. Kartı anında əldə edib, Apple Pay və Google Pay-lə dərhal yararlanmaq olar. Tam DigiCard sahibləri ölkədaxili kartlara 7000 AZN-dək köçürmə və nağdlaşdırma əməliyyatları həyata keçirərkən heç bir komissiya ödəmirlər. Karta mədaxil zamanı da xidmət haqqı tutulmur. Bu yeni kartla hesabdakı pul qalığına illik 7%-dək gəlir qazanmaq olar. Həmçinin “Faydalı keşbek” paketlərindən birini seçib marketlərdə, restoranlarda, ərzaq və geyim mağazalarında, yanacaqdoldurma məntəqələrində ödəniş zamanı 10%-dək keşbek əldə etmək mümkündür. Müştəri bu kartla “2xƏDV geri al” xidmətindən də yararlana bilər. Hazırda Tam DigiCard-ın sifarişi yalnız ABB mobile tətbiqi ilə mümkündür. Müştəri kart sifarişini SİMA İmza ilə rahat formada rəsmiləşdirir. Kart tam pulsuzdur! Kartınızı sifariş edib anında aktivləşdirərək istifadəyə başlaya bilərsiniz, hər hansısa gözləmə müddətinə ehtiyac yoxdur. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Naxçıvanda 9 ailənin kiçik biznes qurmasına kömək göstərib

ABB özünüməşğulluq proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında 9 ailənin kiçik biznes qurmasına dəstək verib. Beləliklə, ABB-nin özünüməşğulluq proqramı üzrə dəstək verdiyi ailələrin sayı 146-a çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı əsasında aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. ABB həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edib. Məqsəd ailələrə kiçik biznes qurmaq, yaxud mövcud bizneslərini inkişaf etdirmək üçün şərait yaratmaqdır. Proqramın unikallığı vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması və daimi məşğulluğa yönəlməsidir. ABB də kiçik və orta biznesə dəstək niyyətindən, dayanıqlı inkişaf məqsədlərindən irəli gələrək bu proqramda fəal iştirak edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən Bolt sürücülərinə özəl Visa kartı!

Sifariş et ABB Visa və Bolt şirkəti ilə tərəfdaşlıq əsasında yeni kobrend kartını təqdim edib. Bu kart Bolt-la əməkdaşlıq edən taksi sürücüləri üçün nəzərdə tutulub. Onlar kartı “Business İnternet Bank” sistemindən əldə edib onun imkanlarından faydalana bilərlər. Həm debet, həm kredit funksiyasını özündə birləşdirən bu kart sürücülərin də, sərnişinlərin də işini xeyli asanlaşdırır. Sərnişinlərin nağdsız şəkildə ödədikləri gedişhaqqı və Bolt tərəfindən bonus ödənişləri bu kart vasitəsilə əlçatan olacaq. Taksi sürücülərinə bu kartdan kredit kartı kimi də istifadə etmək imkanı yaradılıb. Kart üzrə kredit limitini artırmaq, əlavə edilmiş vəsaitlərlə ödənişlər aparmaq olar. Kartın başqa üstünlükləri də var. Sürücülər bu kartla ABB-nin “Fayda” loyallıq sisteminə və “Fayda Max” proqramlarına qoşulurlar. ABB onların fərdi ehtiyaclarına, müştəri təcrübələrinə uyğun maraqlı imkanlar yaradıb. Belə ki, taksi sürücüləri ən çox istifadə etdikləri məkanlarda – yanacaqdoldurma məntəqələrində, avtomobillər üçün ehtiyat hissələri satılan mağazalarda, bəzi kafe və restoranlarda bu kartla yüksək keşbek qazanacaqlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqladı

ABB Maliyyə Qrupu 30 iyun 2024-cü il tarixinə cari ilin birinci yarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Hesabatda ABB-nin, Bankın törəmə şirkətləri olan “ABB-Moskva”-nın, “ABB-GEO” QSC-nin, Azərikard prosessinq mərkəzinin, “Beynəlxalq Lizinq Şirkəti”nin və “ABB-İnvest” İnvestisiya Şirkətinin 6 aylıq fəaliyyət nəticələri öz əksini tapıb. Qrupun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6% artaraq 196 milyon 801 min manata çatıb. Bank bu müddət üzrə 50 milyon 315 min manat mənfəət vergisi xərci hesablayıb. ABB Qrupunun 6 aylıq maliyyə hesabatlarını qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY şirkəti təhlil edib. Xatırladaq ki, cari ilin 11 iyun – 24 sentyabr tarixləri arasında həyata keçirilən səhm emissiyası nəticəsində ABB-nin səhmdarlarının sayı 35 105 nəfərə qədər artıb. Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB korporativ müştərilər üçün mühüm bir xidməti təqdim etdi

Azərbaycan Mərkəzi Bankının və Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) birgə təşkilatçılığı ilə SWIFT istifadəçiləri qrupunun görüşü keçirilib. Görüşdə ölkəmizdə fəaliyyət göstərən və SWIFT-in xidmətlərindən faydalanan bankların təmsilçiləri iştirak edib. Tədbir zamanı ABB-nin SWIFT-lə tərəfdaşlıq əsasında ABB Business İnternet Bankçılıq platforması üzərindən korporativ müştərilərin istifadəsinə verdiyi “G4C” xidməti təqdim olunub. Bu, ABB-nin son illər ölkəmizin bank sektoruna gətirdiyi ilklərdəndir. “G4C” xidməti vasitəsilə korporativ müştərilər ölkə xaricindən onlara başqa ölkələrin valyutalarında edilən köçürmələri İnternet Bankçılıqda izləyə, əməliyyatların statusunu mütəmadi nəzarətdə saxlaya bilirlər. Qeyd edək ki, ABB-nin ilk dəfə yaratdığı bu imkana qədər yalnız ölkədən xaricə valyutada edilən köçümələri bu şəkildə izləmək olurdu. İndi isə “G4C” xidməti vasitəsilə həm ölkəyə, həm də ölkədən edilən köçürmələrin statusunu nəzarətdə saxlamaq olar. Görüş zamanı ABB-nin SWIFT-lə əməkdaşlıq çərçivəsində yaxın vaxtlarda müştərilərə təqdim edəcəyi “Pre-validation” və “Swiftref” məhsulları haqqında da məlumatlar verilib. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başlandı!

ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti “Karyera Həftəsi” başlanıb. Aprelin 23-ə qədər davam edəcək “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir. ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar. “Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev də çıxış edib. O, tələbələrə bank sektorunda karyera yolu barədə məlumat verib. Bu sahədə çalışmaq istəyən gənclər üçün faydalı ola biləcək tövsiyələr verib. ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr növbəti günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Qarabağ Universitetinin 45 tələbəsinə təqaüd ayıracaq

İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Təhsilin İnkişafı Fondunun, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının, Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Forum çərçivəsində ABB ilə Təhsilin İnkişafı Fondu arasında təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb. Anlaşmaya əsasən, Bank Qarabağ Universitetinin yüksək təhsil nailiyyətləri olan 45 tələbəsinə illik təqaüd verəcək. Təqaüd 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunaraq burada təhsil alan gənclərə ayrılacaq. Forum çərçivəsində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ətrafında panel müzakirələri təşkil edilib. Panel müzakirələrindən biri də Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanlarına həsr olunub. Müzakirələrdə ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də çıxış edib. O, Qarabağ regionunda innovasiyalar və startap ekosisteminin inkişafı üçün birgə tərəfdaşlıq əsasında görülməli olan işlər barədə danışıb. ABB-nin təcrübələrini bölüşərək Bankın bu sahədə inkişaf proseslərinə verə biləcəyi töhfələri diqqətə çatdırıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keçirilən “Award of Excellence” mükafatının təqdimatı tədbirində elan edilib. ABB mükafata rəqəmsal kanallardan istifadə edən müştərilərin sayının artımı, rəqəmsal bankçılıq təcrübəsini gücləndirən uğurlu inkişaf strategiyası, rəqəmsal məhsul və xidmətlərdən istifadəni asanlaşdıran həllərin tətbiqi, açıq bankçılıq ekosistemlərinə inteqrasiya və fintek əməkdaşlıqları kimi meyarlara görə layiq görülüb. Mükafatlandırma zamanı ABB-nin kibertəhlükəsizliyə qarşı həyata keçirdiyi ardıcıl və effektiv tədbirlər də nəzərə alınıb. 1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın “Award of Excellence” mükafatı maliyyə qurumları üçün ən nüfuzlu beynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!