Xəbər

Nihat Şenyuva: “ABB-də informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var”

Son dövrlər ABB innovasiyalar sahəsində bir sıra maraqlı layihələr həyata keçirməkdədir. Bank ən yaxşı rəqəmsal təcrübə ilə tanınmağı özünün strateji hədəflərindən elan edib. Bu isə, təbii ki, digər zəruri addımlarla yanaşı, həm də informasiya texnologiyaları sahəsində əsl peşəkarları cəlb etməklə mümkündür. Bankın informasiya texnologiyaları üzrə Baş direktoru Nihat Şenyuva ilə söhbətimiz də elə bu mövzudadır... -Nihat bəy, bildiyimiz qədər, ABB-də rəqəmsal transformasiya prosesləri başlanıb. Bu proses hazırda necə davam etdirilir? -Rəqəmsal transformasiya layihələri bankın peşəkar komandası və bir çox fərqliölkələrdən dəvət edilmiş təcrübəli mütəxəssislərin iştirakı ilə fəal şəkildə icra olunmaqdadır. Bu sahə bank menecmenti üçün əsas prioritetlərdəndir. Proses gündəlik nəzarətdədir. Nəticələr mütəmadi təhlil edilir. Növbəti mərhələlər diqqətlə planlaşdırılır. Ümid edirəm ki, bu istiqamətdə həyata keçirilən davamlı tədbirlər nəticəsində ABB yaxın gələcəkdə ümumən regionun ən rəqəmsal və çevik bankı olacaq. -COVİD-19-dan sonra gələcəyin bankçılığını necə görürsünüz? -Dünyamız rəqəmsallaşma trendləri ilə çox qarışıq, qeyri-müəyyən bir dövrə daxil olub. COVİD-19 isə bu prosesi daha da sürətləndirdi. Yeni dönəmdə qurumları bir-birindən fərqləndirən əsas cəhətlər dəyişən vəziyyətlərə sürətli uyğunlaşma, adekvat davranış bacarıqları olacaq. Bu baxımdan, bank sektoru COVİD-19 dövründə özünü doğrulda bildi, böhran durumlarına ən hazırlıqlı sektorlardan biri kimi göründü. Dəyişən reallıqlara Agile şəkildə adaptasiya oluna bilən, fərqli platforma və ekosistemləri inteqrasiya edərək qüsursuz rəqəmsal müştəri təcrübəsi formalaşdıran banklar fikrimcə, gələcəyə də yön verən biznes subyektləri olacaqlar. Rəqəmsal bankçılıq həlləri, məsafədən xidmət imkanları ilə banklar və müştərilər bundan sonra həm zaman, həm məkan baxımından daha müstəqilləşəcəklər. Biz də bütün bu reallıqları ABB-nin yeni dönəmdəki fəaliyyətində nəzərə alırıq. -Bazar, müştərilər innovativ dəyişikliklərə necə hazırlanmalıdırlar? -Hər hansı innovativ məhsul və xidmətin müştəriyə faydasını sadəcə hiss etdirmək yetər. Müştərilər faydasını gördükləri məhsul və xidmətləri çox sürətli şəkildə həyatlarına daxil edib ondan istifadə etməyə meyllidirlər. Bunu COVİD-19 dövründə də müşahidə etdik. Bir çox sektorlar məhz müştərilərin təcrübəsinə əsaslanaraq bu prosesdə adaptasiya proseslərini sürətlə həyata keçirə bildilər. Onlayn videokonfransların təşkili, pərakəndə satış sahəsində evə çatdırma xidmətinin yayılması, elektron ticarət istiqamətindəki artımlar və s. buna nümunədir. Cəmiyyətdəki müəyyən bir yaş qrupunun rəqəmsal məlumatlılıq səviyyəsi, təcrübəsi artıq yetərincə yüksəkdir. Bu da təbii ki, tələbləri yuksəldir. Fikrimcə, yeni dönəmdə Agile - çevik iş üslubu daha da güclənəcək. Əməkdaşların rəqəmsal iş təcrübəsi artdığı kimi müştərilər də rəqəmsal vərdişlərini inkişaf etdirəcəklər. Pandemiyadan sonra texnoloji yönümlü məhsulların sayı artacaq. Bir sözlə, artıq rəqəmsal çağa keçirik. Hər bir sektorda bu transformasiyanın baş verdiyini görəcəyik. Pərakəndə bankçılıqda, turizm və başqa sektorlarda Uber, Airbnb və s. bu kimi innovasiyalar meydana çıxa bilər. -Belə bir innovativ inkişaf fonunda bu gün ABB-də informasiya texnologiyaları mütəxəssisləri üçün hansı maraqlı yeniliklər baş verir? -Bankda bu sahədə yeni təşkilati struktur formalaşdırılıb: Digital Lab, İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları departamentləri yaradılıb. Development team üçün açıq məkan ofisi istifadəyə verilib. İşçilərin rahatlığı, produktiv işi üçün lazımi şərait yaradılıb. Software Development prosesləri yenidən dizayn edilib. Yeni metodologiyaların və texnologiyaların tətbiqinə başlanıb. Bu ilin əvvəlindən Agile metodologiyası tətbiq edilməkdədir. İl ərzində DevOps təcrübələrinə və alətlərinə start veriləcək. İnformasiya texnologiyaları infrastrukturunun əsaslı modernizasiyası üzrə silsilə layihələr, təşəbbüslər də nəzərdə tutulub. Onu da qeyd edim ki, ötən ilin sentyabrında yaradılmış ABBTech Akademiyasının məzunlarından bir qrupu artıq bankda işə götürülüb. Onlar Core development komandasına uğurla uyğunlaşıblar. Mentorluq proqramları indi də aktiv şəkildə davam etməkdədir. -Bu bankda çalışmağın informasiya texnologiyaları mütəxəssisləri üçün əsas üstünlükləri nələrdir? -İnformasiya texnologiyaları sahəsinə yenicə gələn mütəxəssislər üçün yeni texnologiyalarla işləmək, gənc kollektiv və professional liderlərlə çalışmaq böyük maraq kəsb edir. Əslində, belə dinamik mühitə düşməyin özü inkişaf üçün çox gözəl şansdır. Əminliklə deyə bilərəm ki, ABB-də informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var. Müasir açıq məkan ofisi, rahat iş mühiti, istirahət zonası, şəffaf kommunikasiya, Onboarding mərhələsində və sonrakı dönəmlərdə tam dəstək, gənc və mehriban kollektiv, peşəkar rəhbərlər informasiya texnologiyaları mütəxəssisləri üçün ABB-də çalışmağın əsas üstünlükləri sayıla bilər. -Bankın informasiya texnologiyaları komandası hansı meyarlar əsasında formalaşır? -ABB-də İnformasiya texnologiyaları departamentinin təməli 1995-ci ildə qoyulub. Bu, 25 illik böyük bir təcrübə deməkdir. Komandamız yeniliklərə açıqdır. Yeni texnoloji trendləri izləyən və tətbiq edən fərdlərdən ibarətdir. Bankın İnformasiya texnologiyaları komandası, illərin təcrübəsini, normativ bilikləri, komanda ilə iş bacarıqlarını, mentorluq, liderlik, innovativlik, uzaqgörənlik kimi xüsusiyyətləri iş prosesinə birbaşa inteqrasiya edən menecment komandasının müəyyənləşdirdiyi əsas meyarlar üzrə formalaşır. -Rəqəmsal layihələrə mütəxəssisləri necə cəlb edirsiniz? -ABB-nin həyata keçirdiyi layihələrə mütəxəssislərin marağı böyükdür. Daxil olan müraciətlər əsasında dəyərlərimizə, peşəkar tələblərimizə və planladığımız layihələrə ən uyğun namizədləri seçib, professional bacarıqlarını sınaqdan keçirib, komandamıza cəlb edirik. -Bank bu sahədə daha çox hansı istiqamətlər üzrə mütəxəssislər axtarır? -Proqramçılıq – bura Frontend və Backend aiddir, QA Engineering, QA testing, PL/SQL development, DWH engineering, Data Analysis, iOS developer, DevOps engineering, Scrum Masters, System/Network administration və s. -Kadrların peşəkar inkişafı üçün tədbirlər həyata keçirilir? -Bəli, Onboarding müddətində hər bir yeni işçiyə mentorlar təyin olunur. Onlar, birbaşa əməkdaşların işləri, problemləri və ehtiyacları ilə yaxından maraqlanırlar. Rüblük hesabatlar və qiymətləndirmə də prosesin tərkib hissəsidir. Bütün işçilərin - istər yeni işçilər olsun, istər əvvəlki - bilik və bacarıqlarında aşkarlanan boşluqlar əsasında təlim və kvalifikasiya ehtiyacları müəyyən olunur. Rəhbərlər tərəfindən İnsan resursları departamentinə bununla bağlı müraciətlər təqdim olunur. Bu proses mütəmadi şəkildə icra olunaraq nəzarətdə saxlanılır. İnformasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərimizin layihələrin təqdimatı, vaxtın idarə edilməsi, danışıqların aparılması, komanda işi və s. bu kimi sadə bacarıqlarının inkişafına, biznes biliklərinin artırılmasına da dəstək veririk. Öz potensialını ABB-dəkı bərabər imkanlar mühitində reallaşdırmaq istəyən hər bir informasiya texnologiyaları mütəxəssisi müxtəlif kommunikasiya kanallarımız, o cümlədən LinkedIn və digər sosial şəbəkələrdəki karyera səhifələrimiz vasitəsilə bizə müraciət edə bilərlər. Onlarla şəxsi LinkedIn profilim üzərindən ünsiyyətdən də məmnun olardım.

Xəbər

Tibb işçiləri üçün güzəştlər!

Tibb işçilərimizin fədakar əməyinə hər zaman yüksək dəyər verən ABB 17 İyun Tibb İşçilərinin Peşə Bayramı gününü özünəməxsus tərzdə təbrik edib. Bank bu günə özəl olaraq tibb işçiləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində ABB-nin TamKart Mastercard Gold, TamKart Visa Classic və TamKart Mastercard Standard kartları tibb işçilərinə pulsuz təklif edilir. Üstəlik, əməkhaqqını ABB vasitəsilə alan tibb işçilərinə bu kampaniya çərçivəsində TamKart üzrə ən azı 1000 AZN-lik kredit limiti ayrılacaq. TamKartın üstünlükləri, müştərilərə yaratdığı imkanlar haqqında ətraflı məlumatları buradan əldə etmək olar. Kampaniya dövründə tibb işçiləri nağd pul kreditini də ABB-dən 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə, həm də komissiyasız əldə edə bilərlər. 10 000 manata qədər kreditin rəsmiləşdirilməsinə görə onlardan zamin tələb olunmur. 17 iyundan 30 iyunadək davam edən bu kampaniyanın üstünlüklərindən Azərbaycanın hər bir tibb işçisi faydalana bilər. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə Türkiyədən tibb mütəxəssisləri dəvət olunub

Regionun aparıcı banklarından olan ABB koronavirus pandemiyasına qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə dəstək verir. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub. Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları bu xəstəliyin müalicəsində geniş təcrübə qazanmış peşəkarlardır. Onların gəlişi uzun müddətdən bəri ölkəmizdə koronavirusa qarşı mübarizə aparan yerli tibb işçilərinin fədakar əməyinə dəstək olacaq. Xəstələrin müalicəsində faydalı təcrübə mübadiləsinə imkan verəcək. ABB özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ilk günlərdən koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmağa çalışır. Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat məbləğində ianə edib. Pandemiya dövründə həm korporativ, həm də fərdi müştərilərin işini asanlaşdıran, banka gəlmək ehtiyacını aradan qaldıran innovativ həllər təqdim edib. Sahibkarlara bir sıra güzəştlər edib, yeni imkanlar yaradıb. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB bu il də səhmdarlarına dividend ödəyir

15 sentyabr 2020-ci ildə "ABB" Açıq Səhmdar Cəmiyyətinin Baş ofisində Bankın səhmdarlarının ümumi yığıncağı təşkil edilib. COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətləri nəzərə alaraq iclas materialları ilə tanışlıq və səhmdarların səsverməsi qiyabi formatda keçirilib. Yığıncaqda "ABB" ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu il üzrə maliyyə hesabatı təsdiqlənib. Qeyd edək ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində Bankın kapital mövqeyi, maliyyə dayanıqlığı, mənfəətliliyi təmin edilib. ABB-nin 2019-cu ildə qazandığı mənfəət 2018-ci ildə olduğu kimi ötən il üzrə də səhmdarlara dividend ödəməyə imkan verir. Beləliklə, yığıncaqda 2019-cu ilin maliyyə nəticələrinə əsasən bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb. Hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsi qərara alınıb. Bununla yanaşı, səhmdarlar qiyabi səsvermə əsasında Bankın Nizamnaməsini yeni redaksiyada təsdiqləyiblər. Təqdim edilən materiallarda səhmdarlara Bankın missiya və strateji baxışı barədə də məlumat verilib. Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB ilk dəfə Şuşada

Şuşa şəhərində ilk dəfə olaraq Azərbaycan bankının ekvayrinq şəbəkəsi ilə nağdsız ödəniş imkanı yaradılıb. Şuşada ilk POS terminalı Azərbaycan Beynəlxalq Bankı quraşdırıb. Bankın POS terminalı Şuşanın azadlığından sonra ilk sahibkarlıq subyekti kimi burada öz filialını açmış AzCake mağazasındadır. POS terminalın istifadəsi yalnız gələcəkdə mülki şəxslərin Şuşaya gəlişində istifadə üçün nəzərdə tutulub. Şəhərdə sahibkarlıq subyektlərinin sayı artdıqca burada Bankın POS terminallarının sayı da artırılacaq. Eyni zamanda Şuşada Bankın bir neçə ATM-i quraşdırılacaq. Yaxın aylarda Şuşa şəhərində Azərbaycan Beynəlxalq Bankının filialının da açılması planlaşdırılır. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı işğaldan azad edilmiş ərazilərimizdə xidmətə başlayan ilk bankdır. Dekabrın əvvəlindən Hadrut qəsəbəsində Bankın ilk ATM-i quraşdırılıb. Ərazilərdə həyata keçiriləcək quruculuq proseslərinə paralel olaraq Bank azad edilmiş bütün rayonlarda öz filiallarını yaradacaq. Bu rayonlarda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən sakinlər ilk günlərdən Azərbaycan Beynəlxalq Bankının yerli filiallarının çeşidli məhsul və xidmətlərindən faydalana biləcəklər. Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Elektron ticarətlə məşğul olanlara Azərbaycan Beynəlxalq Bankından dəstək

Elektron ticarətini quran, eləcə də ABB-nin digər nağdsız ödəniş imkanlarından faydalanan sahibkarların işini asanlaşdırmaq, bizneslərinin inkişafına dəstək olmaq məqsədilə Bank yeni kredit məhsulunu onlara təqdim edib. “E-COM və E-POS Terminal kredit xətti” adlanan kreditdən Bankın POS-terminal, Smart kassa və E-commerce sisteminin bütün istifadəçiləri faydalana bilərlər. Bu kreditin əsas üstünlükləri sərfəli faizləri, rəsmiləşdirmə prosesinin maksimum rahatlığı və operativliyidir. Kreditin rəsmiləşdirilməsi zamanı əlavə maliyyə təhlilinə ehtiyac qalmır. Sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitini qısa zamanda əldə edə bilirlər. Bu məhsul iş adamlarının dövriyyə kapitalının dəstəklənməsinə xidmət edir. Kreditin özəllikləri: Məbləğ: 5000 AZN-dən 350 000 AZN-dək Müddət: 12 ay İllik faiz dərəcəsi: 12%-dən başlayaraq Təminatsız “E-COM və E-POS Terminal kredit xətti”nin imkanlarından faydalanmaq istəyən sahibkarlar ABB-nin istənilən filialına müraciət edə bilərlər. Kredit barədə əlavə məlumatları buradan öyrənmək mümkündür. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən sahibkarları gücləndirən tədbir

ABB Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində təlimlərə başlayıb. Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AMEA-nın İqtisadiyyat İnstitutunun tərəfdaşlığı ilə keçirilən təlimlərə ölkəmizin müxtəlif regionlarından və müxtəlif sahələrdə fəaliyyət göstərən 30-dan çox iş adamı qatılıb. Təlimləri Bankın və adı çəkilən qurumların əməkdaşları keçiblər. İştirakçılara düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları barədə ətraflı məlumat verilib. Bu regionlara özəl sektorun investisiyalarının təşviqi mexanizmləri nəzərdən keçirilib. Bankların bu prosesdəki imkanlarına diqqət yönəlib. Təlim zamanı ABB-nin iş adamlarına təqdim etdiyi məhsul və xidmətlərlə bağlı da təqdimatlar olub. Bank əməkdaşları iş adamlarını onların biznesinin inkişafı üçün yaradılmış imkanlarla tanış ediblər. İştirakçılara mikromüəssisələrdə mühasibat işinin təşkili, biznesin təkmilləşdirilməsi ilə bağlı bilgilər verilib. Təlimlər zamanı sahibkarlar komandalarda çalışaraq yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanıblar. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Apple Pay ilə ödəyin, 15 AZN keşbək qazanın!

Apple Pay ödəniş sisteminin yeni istifadəçiləri üçün ABB-də gözəl bir kampaniya başlanıb. Kampaniya müddətində müştərilər hər biri 10 manatdan az olmayan ilk 3 Apple Pay ödənişlərinə görə toplam 15 manat keşbək qazanacaqlar. Kampaniya 8 dekabrdan başlayaraq ilk 10.000 müştəriyə aiddir. Qazanılmış keşbək faizləri kampaniya müddətində müştərilərin bank hesabına qayıdacaq. Hər müştəri 15 manatlıq keşbəki yalnız bir dəfə qazana bilər. ABB ölkəmizdə Apple Pay sisteminin tətbiqinə başlayan ilk banklardandır. Apple Pay müştərilərə mobil telefonla təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırır. Apple Pay vasitəsilə həyata keçirilən bütün əməliyyatlar etibarlı şəkildə qorunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz. Apple Pay barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən qadın sahibkarlara 20% endirim

ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sahibkarlara gözəl bir imkan yaradıb. Onlar ABB-nin kiçik və orta sahibkarlar üçün xidmətlər paketini 20% endirimlə ala bilərlər. Bu təklif 5 və 9 mart günü boyunca qüvvədə olacaq. ABB-nin xidmət paketlərinə fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Müəyyən dövr ərzində davamlı qaydada ABB-də müxtəlif növ əməliyyatlar həyata keçirən müştərilər bu imkandan faydalanmaqla xidmətlərdən daha sərfəli şərtlərlə yararlana bilərlər. Təqdim edilən xidmətlərin bir çoxu ödənişsizdir. Məsələn, hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə etmək olar. Digər xidmətlər isə güzəştli şərtlərlə təqdim edilir. ABB-nin xidmət paketləri ilə bağlı daha ətraflı məlumatı buradan öyrənmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Moody’s ABB-nin reytinqlərini yüksəltdi

Moody’s beynəlxalq reytinq agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın əsas kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqlərini yüksəldib. Belə ki, ABB-nin BCA reytinqi b2 səviyyəsindən b1-ə yüksəldilib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B1 səviyyəsindən Ba3 səviyyəsinə qədər artırılıb. ABB-nin uzunmüddətli depozit reytinqinin proqnozu isə “Stabil” qiymətləndirilib. Bankın reytinqlərindəki müsbət dəyişikliklər, əsasən, Azərbaycanın suveren reytinqinin yüksəlməsi, habelə ABB-nin güclü kapital adekvatlığı göstəriciləri, aktivlərinin orta risk dərəcəsi, yüksək likvidlik balansı ilə bağlıdır. Bank xarici təsirlər qarşısında güclü kapital buferinə malikdir. Uzunmüddətli depozit reytinqinin artırılması ABB-nin müsbət ödəmə qabiliyyəti ilə əlaqədardır. Moody’s agentliyi ölkədə getdikcə artan ümumi iqtisadi fəallıq fonunda bankların, o cümlədən ABB-nin biznes imkanlarının daha da yaxşılaşmasını, gəlirliliyinin artmasını proqnozlaşdırır. Rəydə o da qeyd edilir ki, maliyyə mövqeyinin davamlı inkişafına paralel olaraq ABB-nin reytinqləri daha da yaxşılaşdırıla bilər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!