Xəbər

ABB qalıq məbləğə faiz qazancı gətirən yeni məhsulunu təqdim etdi

Müştərilər üçün yeni faydalar yaradan ABB daha bir rəqəmsal məhsulunu təqdim edib. Bu, “DigiHesab Max” məhsuludur. “DigiHesab Max” tam rəqəmsəl təcrübə ilə yaradılır və müştəriyə qalıq məbləğdən faiz gəliri qazandırır. Müştəri bu yeni məhsulun imkanlarından istifadə etmək üçün ABB mobile tətbiqinə daxil olur, “Hesablar” bölməsinə keçid edərək “DigiHesab Max” hesabı yaradır, həmin hesabda vəsait yerləşdirib qalığa faiz gəliri qazanmağa başlayır. Qalığa faiz hesabdakı minimum 200 AZN-dən maksimum 500 000 AZN-dək olan vəsaitlərə hesablanır. Bu, yalnız AZN valyutalı hesablara aiddir. “DigiHesab Max”-a istənilən bank kartından komissiyasız mədaxil də etmək mümkündür. Müştərilər hər biri maksimum 500 000 AZN-dək olmaqla bir neçə “DigiHesab Max” hesabı aça bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin TamEco layihəsi milli KSM mükafatına layiq görüldü

Ölkəmizdə artıq 5-ci ildir təqdim olunan Milli KSM Mükafatının builki qalibləri açıqlanıb. ABB-nin TamEco layihəsi "İqlim dəyişikliyinə qarşı mübarizə" nominasiyası üzrə Milli KSM mükafatına layiq görülüb. "İqlim dəyişikliyinə qarşı mübarizə" BMT-nin dayanıqlı inkişaf məqsədlərindəndir. “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq Azərbaycanın da 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyənləşib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Xatırladaq ki, ölkəmiz 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29 kimi mötəbər bir tədbirə də ev sahibliyi edəcək. ABB-nin TamEco layihəsi də bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə ictimai dəstəkdir. Layihə 2022-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında hazırlanmaqla reallaşdırılıb. Layihəyə əsasən, müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkilməsi imkanı yaranıb. Ağac tinglərinin alınması üçün ianə ödənişini müştərilərin adından Bank öz üzərinə götürüb. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olub. Layihə çərçivəsində Azərbaycan ərazisində ümumən 36 000 ağac əkilib. TamEco kartının özü də dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır. Milli KSM Mükafatının mükafatlandırma komissiyasının tərkibində bir çox dövlət qurumları təmsil olunur. Layihənin əsas məqsədi ölkəmizdə həyata keçirilən korporativ sosial məsuliyyət (KSM) layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

TamKart al, 30 manatadək hədiyyə qazan!

ABB TamKart sahibləri üçün Bahar kampaniyasına start verib. İndi yeni TamKart kredit kartı əldə edən müştərilər nağdsız ödənişlər zamanı 30 manatadək hədiyyə qazanacaqlar. Kampaniya bütün növ TamKart kredit kartı sahiblərinə aiddir və aprelin 10-a qədər davam edəcək. Bu barədə daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz. TamKart eyni vaxtda həm debet, həm kredit kartı funksiyasını özündə birləşdirən kartdır. Bu kart müştərilərə Bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və 40%-dək keşbek imkanı yaradır. Əlavə olaraq qeyd edək ki, TamKart kredit kartı ilə istifadə edilmiş vəsaiti 60 gün güzəşt müddətində faizsiz geri ödəmək mümkündür. Üstəlik, TamKart debetlə ölkədaxili bütün ATM-lərdə 7 000 manatadək nağdlaşdırmaya və ölkədaxili bütün bank kartlarına köçürmələrə görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı

EY Azərbaycan şirkəti ABB və bp-nin maliyyə dəstəyi ilə növbəti “EY İlin İş Adamı” proqramına start verdiyini elan edib. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları artıq öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunmuş müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramlardandır. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 20 dekabr 2021-ci ilədək təqdim etməyə dəvət olunurlar. Xatırladaq ki, “EY İlin İş Adamı” proqramı ölkəmizdə artıq üçüncü dəfə elan edilir. Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı qazanacaq. Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar. Son iki il ərzində şirkətin dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır. Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında https://www.eoy.az tanış olmaq mümkündür. Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ekvita şirkəti də müsabiqənin tərəfdaşlarındandır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı

EY Azərbaycan şirkəti ABB və bp-nin maliyyə dəstəyi ilə növbəti “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunmuş müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramlardandır. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2022-ci ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2023-cü ilin fevralında seçiləcək. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında tanış olmaq mümkündür: https://www.eoy.az Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azpromo, Ekvita, Veysəloğlu şirkətləri də müsabiqənin tərəfdaşlarındandır. Xatırladaq ki, “EY İlin İş Adamı” proqramı Azərbaycanda artıq dördüncü dəfədir ki, keçirilir. Ölkəmizdə sahibkarlığın inkişafına müxtəlif layihələrlə kömək göstərən ABB bu müsabiqələrin hər birinə dəstək verib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB regionlarda rəqəmsal biznes təlimlərinə başladı

ABB regionlarda fəaliyyət göstərən və Sahibkarlar Klubuna üzv olan iş adamları üçün təlimlərə başlayıb. 13-14 may tarixlərində Şəkidə keçirilən təlimlərə KOBİA və ABB Tech Akademiyası da dəstək verib. Tədbirə Şəki – Zaqatala iqtisadi rayonundan olan 40-a yaxın iştirakçı qatılıb. Burada onlara elektron ticarət haqqında məlumat verilib. Müxtəlif kanallarla onlayn satışın yolları öyrədilib. Rəqəmsal biznes, PR və s. bu kimi gərəkli fəaliyyətlər haqqında təqdimatlar olub. İştirakçılar bu istamətlərdə bilik və bacarıqlarını artırmaqla yanaşı, yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanıblar. “Sahibkarlar Klubu” təlimlərinin silsiləvi şəkildə digər iqtisadi zonalarda da təşkili planlaşdırılır. ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib: “Kiçik və orta sahibkarlarla tərəfdaşlıq ABB üçün prioritetdir. Biznes layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, biz onlara başqa sahələrdə də dəstək olmağa çalışırıq. Biznesdə rəqəmsal imkanlardan istifadə ilə bağlı təlimlərimiz, ümid edirik ki, fayda verəcək”. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

Yarı qiymətinə TamKart al, 50 manat da əlavə qazan!

ABB TamKart-la bağlı yeni endirim kampaniyası elan edib. TamKart əldə etmək indi daha da rahat və sərfəlidir. Kampaniya çərçivəsində TamKart MasterCard Standard debet kartlarını onlayn kanallarla (ABB mobile tətbiqi, https://abb-bank.az/ və https://tamkart.az/ saytı) düz 50% endirimlə, cəmi 5 manata almaq olar. Bu, AZN, EUR və USD valyutalarında olan kartlara aiddir. Müştərilər daha bir imkandan da qazanacaqlar. Belə ki, bu kampaniyadan faydalanıb ABB-dən endirimlə TamKart alan müştərilər kartı aldıqdan sonrakı 30 gün ərzində minimal hər 5 manatlıq keşbek hesablanan ödənişlərinə görə 10 000 Fayda əldə edirlər. 10 000 Fayda 1 manat dəyərindədir. Bu Faydalarla ABB mobile vasitəsilə kommunal, mobil kimi bir çox ödənişlər aparmaq, yaxud müxtəlif hədiyyələr əldə etmək olar. Hər müştəriyə toplam 50 əməliyyata görə maksimal 500.000 fayda (50 manat) qazanmaq imkanı yaradılır. Endirimli kart satışı sentyabrın 30-a qədər davam edəcək. TamKartı buradan onlayn sifariş vermək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. TamKart sifariş edin

Xəbər

ABB Naxçıvanda 9 ailənin kiçik biznes qurmasına kömək göstərib

ABB özünüməşğulluq proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında 9 ailənin kiçik biznes qurmasına dəstək verib. Beləliklə, ABB-nin özünüməşğulluq proqramı üzrə dəstək verdiyi ailələrin sayı 146-a çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı əsasında aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. ABB həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edib. Məqsəd ailələrə kiçik biznes qurmaq, yaxud mövcud bizneslərini inkişaf etdirmək üçün şərait yaratmaqdır. Proqramın unikallığı vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması və daimi məşğulluğa yönəlməsidir. ABB də kiçik və orta biznesə dəstək niyyətindən, dayanıqlı inkişaf məqsədlərindən irəli gələrək bu proqramda fəal iştirak edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin sənədli əməliyyatlar portfeli 1 milyard manata çatıb

İş adamlarının etibarlı tərəfdaşı olan ABB biznesə dəstəyini sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahəsində də uğurla davam etdirir. Bankın bu istiqamət üzrə portfelinin həcmi martın sonuna 1 milyard manata çatıb. ABB biznes qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların ən müxtəlif növlərini təklif edir. Müştərilər Bankın akkreditiv, bank qarantiyası, inkasso, layihələrin maliyyələşməsi məhsullarından rahatlıqla istifadə edə bilərlər. ABB xaricdə ən geniş müxbir şəbəkəsinə malik Azərbaycan bankıdır. Dünyanın 30-a yaxın bankında, o cümlədən 4 ABŞ bankında müxbir hesabları var. Bundan başqa, 30-dan çox nüfuzlu bankla tərəfdaşlıq edərək sənədli əməliyyatların və ticarətin maliyyələşdirilməsi əməliyyatlarının aparılması üçün kredit xəttləri mövcuddur. ABB xarici tərəfdaşları olan banklardan da şirkətlər üçün qarantiya məktublarının alınmasını təmin edə bilir. Eyni zamanda, xarici bankların vəsaitləri hesabına layihələrin 10 ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait yaratmaq imkanındadır. Bütün bunlar iş adamları üçün böyük fürsətlər deməkdir. Belə ki, ABB-nin sənədli əməliyyat məhsulları hesabına müştərilər beynəlxalq ticarət əməliyyatlarını, hesablaşmalarını heç bir gecikmə yaranmadan həyata keçirə bilirlər. ABB-nin istənilən filialına müraciət etməklə bu imkanlardan yararlanmaq olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “Agile Azərbaycan Beynəlxalq Sammit”i başlanır

Noyabrın 4-də “Agile Azərbaycan Beynəlxalq Sammit”i başlanır. Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a maraq göstərən hər kəs burada bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, effektiv şəkildə tətbiq edən ABB də sammitin tərəfdaşıdır. Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır. Elə tədbirin məqsədi də Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaqdır. Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər bu sahədə ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni paylaşacaqlar. Sammitin rəhbərlik panelində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da çıxış edəcək. O, Bankın Agile sahədə əldə etdiyi təcrübəni bölüşəcək, iştirakçıların suallarını cavablandıracaq. Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 600-dən çox əməkdaşın çalışdığı 17 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!