Xəbər

ABB tərəfindən Bank “BTB” ASC-nin aktivlərinin alınmasına dair məlumat

Bank “BTB” ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin də ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 02.03.2026-cı il tarixində Bank “BTB” ASC ilə ABB arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmışdır. Qeyd olunan bankın aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə, böyümə niyyətlərinə, o cümlədən müştəri bazasını və portfelini genişləndirmək məqsədlərinə uyğundur. Proses çərçivəsində Bank “BTB” ASC-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də ABB tərəfindən qarşılanacaq. Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər. Bank “BTB” ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin ABB tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək. Müştərilər kredit ödənişlərinin edilməsi və müvafiq sənədləşmə işləri üçün ABB-nin istənilən filial və ya şöbəsinə yaxınlaşa bilərlər. Qeyd olunan məsələlərlə bağlı ABB-nin Məlumat Mərkəzinə (937) müraciət etməklə əlavə məlumat əldə oluna bilər.

Xəbər

ABB-də nağd kreditə 6%-dək endirim!

ABB Yeni il münasibətilə nağd pul kreditlərində xüsusi kampaniyaya start verib. Bu kampaniya ABB-dən kredit alarkən müştərilərə illik faiz dərəcəsində 6%-dək endirim qazandıracaq. Belə ki, ABB-dən kredit əldə edərək digər bank kreditlərini bağlayan müştərilər faiz dərəcəsinə 4%-dək endirim əldə edəcəklər. ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsinə əlavə 2%-dək endirim ediləcək. Rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan hər bir müştəri bu sərfəli fürsətdən yararlana bilər. Üstəlik, rəqəmsal kanallardan 31 dekabra qədər krediti komissiyasız əldə edə bilərsiniz. Kredit müraciəti və məbləğin əldə olunması prosesi tamamilə onlayn həyata keçirilir. Kreditin şərtləri: Məbləğ – 50 000 manatadək Müddət – 60 ayadək Minimal illik faiz dərəcəsi – 10.9% Zaminsiz Komissiyasız Kampaniya 18 dekabr 2025-ci ildən – 31 yanvar 2026-cı ilədək keçərlidir. Güzəştli şərtlərlə 50 000 AZN-dək nağd pul kreditini bank filiallarına getmədən, tam onlayn olaraq ABB mobile tətbiqindən və ya nagdkredit.az saytından sifariş etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Tam Visa kartını təqdim etdi

ABB müştərilərə yeni üstünlüklər qazandıran Tam Visa kartını bazara təqdim edib. Məhsulun əsas üstünlükləri rəqəmsal olmasıdır. Tam Visa kartını dərhal aktivləşdirib ondan istifadəyə başlamaq olar. Bu isə müştəri üçün sürət və rahatlıq deməkdir. Bu kart ödənişlərdən 10%-dək faydalı keşbek qazandırır. Kartla köçürmə və nağdlaşdırma 3 000 AZN-dək komissiyasızdır. FaydaMax-da “Qızıl”mərhələyə çatdıqda müştəri 2x ƏDV Geri Al-dır. Üstəlik, kart sahibləri Tam Visa ilə apardıqları əməliyyatların dövriyyəsinə görə də müəyyən hədiyyələr əldə edirlər. Onlara dövriyyədən asılı olaraq Costa Coffee-də, ParkCinema-da, Crunch Burger-də müxtəlif imtiyazlar verilir. Bundan başqa, 31 mart 2026-cı il tarixinə qədər keçiriləcək kampaniya çərçivəsində ölkə ərazisində nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında ABB-nin yeni Tam Visa kartı ilə Apple Pay, yaxud Google Pay vasitəsilə edilən ödənişlər sərnişinlərə 100% keşbek qazandıracaq. Ödənilən gediş haqqı məbləği 100% keşbek olaraq ABB mobile-dakı “Faydalı keşbek” balansına köçürülür. Kampaniya yalnız AZN valyutalı yeni Tam Visa kartı ilə keçərlidir. Hər müştəri kampaniyadan maksimum 10 dəfə yararlana bilər. Kampaniya yalnız Apple Pay və Google Pay texnologiyalarını dəstəkləyən avtobuslarda keçərlidir. Tam Digi Visa kartının yaratdığı bütün imkanlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən daha bir uğurlu anlaşmaya imza atıb. Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı banklarından olan Mashreqbank-ın təşkilatçılığı əsasında Avropadan 5, BƏƏ-dən 7 olmaqla, ümumilikdə 12 nüfuzlu bankın iştirakı ilə 230 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Əqdin agenti rolunda BƏƏ-nin digər nüfuzlu bankı Abu Dhabi Commercial Bank çıxış edib. Bu, ABB-nin uzun illər sonra ötən ilin aprelində beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışının ardınca cəlb edilmiş növbəti iri məbləğli sindikativ kreditdir. Xatırladaq ki, ötən il də ABB 200 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb etmişdi. Bu dəfə əqdin məbləğinin 15% artması və yeni şərtlərin ABB üçün daha əlverişli olması beynəlxalq maliyyə bazarlarında həm Azərbaycanın, həm ABB-nin dayanıqlı inkişafı və güclü maliyyə mövqeyinə yüksək etimadın daha da möhkəmləndiyini göstərir. Cəlb olunmuş vəsait ABB-nin 2026-2028-ci illər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsinə yönələcək. ABB-nin xarici maliyyə bazarlarında iştirakı Bankın beynəlxalq imicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!