Xəbər

ABB-nin 3 müştərisi Disneyland-ə ailəvi səyahət qazandı

ABB-nin uzunmüddətli tərəfdaşı Visa ilə birgə keçirdiyi lotereya kampaniyası başa çatıb. Disneyin 100 yaşı münasibətilə təşkil olunmuş lotereyada Bankın Visa premial kart sahibləri iştirak edib. Onlar 20 sentyabra qədər ödənişləri ABB-nin Visa Platinum, Visa Signature və Visa Infinite debet/kredit kartları ilə aparıblar. Şərtlərə görə, həmin kartlarla 100 AZN (USD, EUR, GBP) məbləğində nağdsız ödəniş edən hər kəs 1 uduş şansı qazanıb. Lotereya bir tirajdan ibarət olub. Uduş oktyabrın 10-da ABB-in Baş ofisində keçirilib və tirajın oynanılması Bankın rəsmi Facebook səhifəsində canlı yayımlanıb. Qaliblər xüsusi proqram təminatının köməyi ilə, təsadüfi üsulla seçiliblər. 1-ci yerin qalibi Kaliforniyaya, 2-ci yerin qalibi Laplandiyaya, 3-cü yerin qalibi Londona tam səyahət paketi qazanıb. Hədiyyələr ABB-nin Baş ofisində qaliblərə təqdim olunub. ABB-nin ödəniş kartlarının yaratdığı fürsətlərdən faydalanmaq üçün kartları buradan onlayn sifariş etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek!

ABB Tam DigiCard Mastercard sahiblərinə özəl kampaniyaya start verib. Kampaniya 12 avqust – 15 sentyabr 2024-cü il tarixlərində (hər iki tarix daxil olmaqla) davam edəcək. Kampaniya müddətində Tam DigiCard Mastercard əldə edən müştərilər nağdsız ödənişlər zamanı 10% keşbek qazanacaqlar. Kampaniya şərtləri: Kampaniya müddətində Tam DigiCard Mastercard debet kartları ilə edilən nağdsız ödənişlərə görə müştərilər əlavə 10% keşbek qazanacaqlar. Təklif Tam DigiCard Mastercard debet kartlarını kampaniya müddətində yeni əldə edən müştərilərə şamil olunur. Kampaniya müddətində qazanılan keşbeklər dərhal müştərilərin keşbek balansına köçürüləcə Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri, nağdlaşdırma əməliyyatları və ləğv edilmiş ödənişlər nəzərə alınmayacaq. Bir müştərinin hər kart üzrə qazana biləcəyi maksimal keşbek məbləği 10 AZN-dir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!

ABB-nin baş sponsorluğu ilə təşkil olunmuş alış-veriş festivalı mayın 12-ə qədər müştərilərə maraqlı fürsətlər yaradır. ABB-nin kart sahibləri qeyd edilən tarixədək ölkəmizin seçilmiş Ticarət Mərkəzlərində və şəhər mağazalarında bu fürsətdən faydalana bilərlər. Festivalda 50-dən çox dünya brendi iştirak edir. Müştərilərə 10%-dən 50%-ə qədər endirimlər təklif olunur. Bankla tərəfdaş məkanlarda ABB-nin kartları ilə alış-veriş edib, sərfəli endirimlərlə yanaşı, 5% əlavə keşbek imkanlarından da faydalanmaq olar. Keşbek yalnız ABB POS-terminalları ilə aparılmış ödənişlərə aiddir. 5% əlavə keşbek taksit ödənişlərinə şamil edilmir. Alış-veriş festivalında iştirak edən partnyorlar haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB daha 15 startapa dəstək verir

ABB-nin İnnovasiya Mərkəzi 3-cü İnkubasiya proqramına start verib. Proqrama 15 startap seçilib. Seçim həm fərdi müraciətlər, həm də 3-cü ABB Regional Hakatonunda iştirak etmiş komandalar arasında aparılıb. Bu proqram erkən mərhələdə olan startapların böyüməsinə dəstək verir. Startap layihələrinin bazara çıxışının təmin edilməsi istiqamətində müxtəlif dəstək imkanları yaradır. İnkubasiya proqramında iştirak edən rezident startaplar ABB kimi güclü və dayanıqlı maliyyə institutu ilə əməkdaşlıq imkanı qazanacaqlar. ABB İnnovasiya Mərkəzindəki komandalara məhsulun inkişafı mərhələsində yerli və xarici mentorlar kömək göstərəcəklər. Proqram başa çatandan sonra onlara öz layihələrini yerli və xarici investorlara təqdim etmək imkanı yaradılacaq. İnkubasiya proqramını uğurla tamamlamış startaplar ABB İnnovasiya Mərkəzinin akselerasiya proqramına keçid alacaqlar. Proqramlar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strateji tərəfdaşlığı ilə təşkil olunur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən ABB Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 yüksək mükafatına layiq görülüb. ABB “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan edilib. Bundan başqa, Bank “Beynəlxalq vergi əməl etməsi üzrə nümunəvi maliyyə institutu” adını da qazanıb. Mükafatlar 5 mart 2026-cı ildə keçirilən “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumu zamanı ABB-yə təqdim olunub. Qeyd edək ki, ABB son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433 milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisi olub. Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiq edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!

ABB xarici maliyyə bazarlarında iştirakını genişləndirən daha bir uğurlu anlaşmaya imza atıb. Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı banklarından olan Mashreqbank-ın təşkilatçılığı əsasında Avropadan 5, BƏƏ-dən 7 olmaqla, ümumilikdə 12 nüfuzlu bankın iştirakı ilə 230 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Əqdin agenti rolunda BƏƏ-nin digər nüfuzlu bankı Abu Dhabi Commercial Bank çıxış edib. Bu, ABB-nin uzun illər sonra ötən ilin aprelində beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışının ardınca cəlb edilmiş növbəti iri məbləğli sindikativ kreditdir. Xatırladaq ki, ötən il də ABB 200 000 000 ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb etmişdi. Bu dəfə əqdin məbləğinin 15% artması və yeni şərtlərin ABB üçün daha əlverişli olması beynəlxalq maliyyə bazarlarında həm Azərbaycanın, həm ABB-nin dayanıqlı inkişafı və güclü maliyyə mövqeyinə yüksək etimadın daha da möhkəmləndiyini göstərir. Cəlb olunmuş vəsait ABB-nin 2026-2028-ci illər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsinə yönələcək. ABB-nin xarici maliyyə bazarlarında iştirakı Bankın beynəlxalq imicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!